Suç mənim - Zəlimxan Yaqub (Səsləndirdi: Mikayıl Arifoğlu)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Aldanmışam sәrvәtinә dünyanın,
    Ömrüm-günüm yalan mәnim, puç mәnim.
    Nahaq yerә yaxasından yapışdım,
    Tәqsir mәnim, günah mәnim, suç mәnim.
    Beş-altı gün yas paltarı geyәrlәr,
    Hәrdәn yaxşı, hәrdәn yaman deyәrlәr.
    Ehsanımı şirin-şirin yeyәrlәr,
    Qırxa qәdәr yeddi mәnim, üç mәnim.
    Qәlәm alsın baş daşımı yazanlar,
    Bel götürsün mәzarımı qazanlar.
    Ay Zәlimxan, ağı desin ozanlar,
    Kәfәn mәnim, karvan mәnim, köç mәnim.

Комментарии •