Qarabağ qazisi İsmət Rəsulova hərs olunur (qiraət: Əli və Zəhra, Ana Vətən qrupu)

Поделиться
HTML-код
  • Опубликовано: 21 июл 2020
  • #qarabağqazisi #vətən
    Qarabağda düşmənlə havada və quruda gedən döyüşlərdə şucayət göstərən , əvvəl əsgər və sonra isə zabit kimi vətənin bütövlüyü uğrunda qəhrəmancasına döyüşən Qarabağ qazisi İsmət Rəsulovun doğum gününə həsr olunan şeir.
    Şuşada keçirdək doğum gününü.
    Sən ey vətənimin igid, ərəni,
    Qeyrət coşur damarında, qanında.
    Açaq Qarabağda bəndi, bərərəni,
    Cəsarət var o yaralı canında.
    Gedək, sən vuruşan Bozdağa çıxaq,
    Ağdam həsrət qalıb gül camalına.
    Ay İsmət, gəl gedək sədləri yıxaq,
    Gedək Kəlbəcərdə çat amalına.
    Boşdu Ağdərənin düzənlikləri,
    Dağlara sığınıb dağ adamları.
    Yenə şahin kimi göydə pərvaz et,
    Yandır Qarabağda sönən şamları.
    Elə bil bu yerdə zaman dayanıb,
    Təbiət küləyə, küyə həsrətdi.
    Sərsəng su anbarı qana boyanıb,
    O yerdə torpaqlar suya həsrətdi.
    Gedib Qubadlıda düşməni əzək,
    Üç rəngə boyayaq, ayın üçünü.
    Xocalı, Xankəndi, Laçını gəzək,
    Şuşada keçirdək doğum gününü.
    Etibar Vəliyev

Комментарии • 2