Biz niyə belə yaşamırıq? İsveçin yeni rayonları

Поделиться
HTML-код
  • Опубликовано: 31 июл 2024
  • Yaxşı yaşayış massivi nədir? Burada evlər, həyətlər, küçələrin görünüşü necə olmalıdır, nəqliyyat necə təşkil olunmalıdır?
    Stokholmda Hammarby Sjöstad rayonunda keçmidə zavodlar və fabriklər yaşayırdı, indi isə bura ən son və müasir standartlara uyğun yaşayış kompleksləri tikirlər. Bu ərazini gəziştim, Bakıdakı Yeni Yasamal və Ağ Şəhər ilə müqayisə elədim.
    Yeni Yasamal ilə buranı müqayisə edin:
    • Tikinti xaosun pik nöq...
    🇸🇪 Stokholdam digər videolar:
    İsveçdə yaşayan Azərbaycanlı ilə gəzinti
    • Stokholm küçələrindən ...
    Stokholmun təhlükəsiz və rahat küçələri:
    • Stokholm: Tıxacsız və ...
    Stokholm metrosu:
    • Stokholm metrosu: Yera...
    --------
    💰 Bloqa maliyyə dəstək göstərmək istəyənlər üçün:
    - Patreonda abunə olun: / city4people
    - Kartlara köçürmə: city4people.az/destek
    - Reklam məsələləri üçün əlaqə: info@city4people.az
    --------
    🔔 "İnsan yönümlü şəhərlər" bloqunu sosial şəbəkələrdə izləyin:
    Facebook: / city4people.az
    Instagram: / city4people.az
    Telegram: t.me/city4people_az
    TikTok: / city4people
    Twitter: / anarek
    --------
    Taymkodlardan istifadə edərək Sizi maraqlandıran bölməyə keçid edə bilərsiniz:
    00:00 Anonslar
    00:25 Gedirik yeni rayona baxmağa
    01:57 Hammarby Sjöstad buradan başlayır
    02:12 Rayonun tarixi
    02:49 Tipik həyətlərdən biri
    03:36 Küçə sahəsi israf olunmayıb
    04:27 Evlər arası kiçik küçələr
    05:33 Çayın qırağına bulvar
    07:41 Daha bir həyət
    08:43 Küçə parklanması
    09:58 Maraqlı detallar
    10:45 Sizcə bu nədir?
    11:47 Əfsanəvi avto
    12:10 Müxtəlif arxitektura
    12:55 Bəyəndiyim daha bir həyət
    14:27 Ağ Şəhər və Yeni Yasamal ilə müqayisə
    15:32 Bu küçədən niyə adam zövq alır?
    16:08 Bu dünya tendensiyadır
    17:08 Xülasə
    --------
    #Yaşayış #Stokholm #HammarbySjöstad #Urbanistika #yeniyasamal

Комментарии • 29

  • @AnarAliyev
    @AnarAliyev  Год назад +4

    🔹 Beləliklə, İsveçə son səfərimdən videolar bitir və yaxın həftələrdə isə artıq daha çox öz şəhərlərimizdən yeni reportajlar çıxacaq, Patreon-da dəstək olanlar videoları hər kəsdən tez görə biləcək:
    patreon.com/city4people

  • @faridnusratli2565
    @faridnusratli2565 Год назад +15

    Hər millət layiq olduğunu yaşayır. Azərbaycanlılar isveçlilər qədər mədəni, etik səviyyəyə çata bilsə Bakı və digər şəhərlərimiz onsuzda gözəlləşəcək, insanyönümlü olacaq. Ancaq hazırda bu millət inkişaf etmək əvəzinə daha da cahilləşir və elə yeni yasamal kimi mühitə layiqdi

  • @dilqmismaylov9854
    @dilqmismaylov9854 Год назад +8

    Əla, Bakıda bundan da gözəl yaşayış kvartalları yaratmaq mümkündür. Yetərki, buna istək və siyasi iradə olsun. Bakının klimatı da bir çox kriteriyaları da Stokholmnan daha yaxşıdır. Sadəcə bunu vətəndaşlar olaraq istəməliyik. Əziz Bakı və digər şəhər sakinləri, əmin olun ki, sizlər bucür şəhərlərdə yaşamaq istədikcə hər şey mümkün olacaq. Əsas odur ki, inamlı və istəkli olun.

  • @planet0406
    @planet0406 10 месяцев назад +2

    Aaa...Nə yaxşı təmizlikdi.Bizdə olsaidi indiyə balkonların altı zibil və çay artığları ilə daşardı(üzrlü sayın ifadəmə görə)Biz bu adətlərə sadəcə baxırıq,təəssüf ki,əməl etmirik...(hər şey bir tərəfə,üzr istəyirəm hələ küçəyə tüpürməyi demirəm)😔

  • @ariftarverdiyev2213
    @ariftarverdiyev2213 Год назад +3

    Yaginki orda ne goyumçuluĝla ishe götürürler nede rüshvet var...Hami öz ishini layig maishle yerine yetirilir...

  • @isgendervelizade2397
    @isgendervelizade2397 Год назад +6

    Yeni Yasamal heç vaxt belə ola bilməz, çünki orda azərbaycanlılar yaşayır, isveçlilər yox. İnsanlar necə düşünürsə, sırada necə dayanırsa, ictimai qaydalara necə riayət edirsə, başqasının şəxsi həyatına, fərdi seçimlərinə, ifadə azadlığına necə münasibət bəsləyirsə ona uyğunda şəhərlərdə yaşayır. Bu şəhər bir düşüncə tərzinin, həyat tərzinin, dünyagörüşünün məhsuludur. Yəni bir "mindset"in son məhsullarından biridir.
    Xoşqədəmin maymaq verilişlərinin reytinqinin Allahu-Əkbər dağına dırmaşdığı , təhsil səviyyəsininsə yerlərdə süründüyü, bir balaca açıq saçıq geyinən qadının pozğun hesab olunduğu, geylərin qısnandığı ( geylərinin yüzdə 90nın da defka olması ayrı bir dərd) və sair cəmiyyətdə belə şəhər ola bilməz! Bunu başa düşmək bu qədər çətindir?!
    Əgər azərbaycanlılar belə şəhərlər, belə həyat istəyirsə bircə yolları var - şərqliliklərinin, şərqliliyin onlara bəxş etdiyi bütün primitiv, osduraqçı tayfa-qəbilə ənənələrinin ( hansı ki, onlara "milli mənəvi dəyərlər" adı uydurublar) üzünə bilmərrə tüpürməlidir. Vəssalam.
    Yox, əgər milli-mənəvi dəyərlərini çox əziz hesab edir, ondan imtina edə bilmirlərsə bu parıltılı həyatı, gözəl şəhərləri də unutsunlar. Həyat bu qədər asan deyil yoldaşlar! Sən həm pipim olsun, həm də doğum deyə bilməzsən. Toplum olaraq yol ayrıcında bu kritik qərarı verməlisən .
    Təbii ki, son qərar əlahəzrət xalqındır! Amma xalq da gərək verdiyi qərarın nəticələrinə qatlananda axx uxx eləməsin

    • @Gigachad-bv8zr
      @Gigachad-bv8zr 10 месяцев назад +2

      Hər şeyi izah edən şərh ♥️♥️♥️

  • @user-ix3wg1sq5c
    @user-ix3wg1sq5c Год назад

    Təşəkkür edirəm sizə.

  • @huseynhuseynov3217
    @huseynhuseynov3217 Год назад +1

    Əla video 👍👍👍👍👍

  • @emilshikhlar5772
    @emilshikhlar5772 Год назад

    Çox maraqlı reportajdır .

  • @caucasianrugs
    @caucasianrugs Год назад

    Əla 👍🏿

  • @turalmecidov3405
    @turalmecidov3405 Год назад +1

    👍👍👍👍

  • @mehdi3404
    @mehdi3404 Год назад

    👍👍👍

  • @mamedaslanov9141
    @mamedaslanov9141 Год назад

    Anar Bəy Yasamalda və Badamdarda bu projenin reallaşması üçün birincisi Bəzi Tikinti Mafioz dəstəni Baş Prokurorluğa cağırmaq lazımdır sorğu sual aparılmalıdır Dövlətə və Bakıya vırılan böyük zərər hesablanmalıdır bu hamısı şərtlərdi

    • @ruabossy4700
      @ruabossy4700 11 месяцев назад

      Duz dediz "MAFIOZ" !!! Bu esas problemdir.

  • @azeri5977
    @azeri5977 6 месяцев назад

    Artıq Azərbaycanda 60ı keçənə qəhrəman deyirlər.

  • @djuvarlinski
    @djuvarlinski Год назад +1

    Аy Anar,küçələri yox,İsveçin deputatların mülkünü,yaşayış səviyəsini göstər və bizim Milli ( pullu) məclisinin deputatları ilə müqayisə et

  • @xyalibrahimov108
    @xyalibrahimov108 Год назад

    Sən yəqin Bakını və başqa şəhərləri görməmisən kəntdə dağda böyüyüb getmisən ora ona görə sənə qəribə gəlir

    • @AnarAliyev
      @AnarAliyev  Год назад +3

      Doğulandan Bakıda yaşamışam. Dünyanın 40-dan çox şəhərində olmuşam. Diqqətiniz üçün təşəkkürlər.

    • @nicatliyev7958
      @nicatliyev7958 Год назад

      Sheher heyatindan bizi melumatlandirin .

  • @xyalibrahimov108
    @xyalibrahimov108 Год назад

    Get yaşada orda sənə kim mane olurki😏

    • @AnarAliyev
      @AnarAliyev  Год назад +11

      Mən istəyirəm mənim ölkəm inkişaf etsin. Hamısını qoyub qaçmaq çıxış yolu deyil. Təşəkkürlər.

    • @Gigachad-bv8zr
      @Gigachad-bv8zr 10 месяцев назад +2

      Bu nə şərhdi, adam sənin üçün çəkir bunu ki qoyun olma, adam kimi yaşamaq sənin də haqqındır, sən isə qoyun kimi başını aşağı salıb otlayırsan dünyadan xəbərsiz, hörmətsizlik eləyirsən sənə kömək etmək istəyən adama

    • @elmddinabdullayev8570
      @elmddinabdullayev8570 10 месяцев назад +1

      500 manata icranin trollugunu edirsense her seyini de satarsan

  • @MuradAkhad
    @MuradAkhad 8 месяцев назад

    Bakidaki kimi yollarda boş-boş gəzən adamlar yoxdur

  • @ruabossy4700
    @ruabossy4700 11 месяцев назад

    В Баку никогда не будет порядка. Почему? Потому, что все те, кто занимают важные городские посты, все погрязли в коррупции. Они нанимают на важные посты таких же коррупционеров, и это продолжается уже десятилетия, нет никаких признаков того, что этот замкнутый круг разорвется. Дошло уже до того, что в самом центре города, на Площади Фонтанов строится, как они говорят, "незаконный" об"ект. Это в каком цирке мы живем? Кто в здравом уме поверит, что об"ект строится незаконно, без разрешения всех вовлеченных чиновников? Неужели власть думает, что население дураки и больные психи? Вот вроде кто-то поднял шум и вроде остановили. А где виновные? Кто наказан? Если бы в стране был закон, всю исполнительную власть сейчас бы выкинули на пенсию. А также надзорные органы, и многие, многие другие, кто был вовлечен в этот процесс. Поэтому те, кто хочет жить в цивилизованной стране/городе, не мечтайте, в Азербайджане никогда не будет верховенство закона и защита интересов граждан. НИКОГДА!

  • @user-my9on2qf2q
    @user-my9on2qf2q Год назад +4

    Çünki sen isvecli deyil, Azerbaijanlisan.Yasamalda emin amanligi insanligi teblig etmak evezine,ogru alemini, kriminali teblig etmaya davam et"her şey ela olacaq

    • @dilqmismaylov9854
      @dilqmismaylov9854 Год назад

      Yeni Yasamal haqqında çəkilən analizə də baxa bilərsiniz bu kanalda. Heçnə etməyib, insanlarda ümidsiz yaratmaqdansa, sizin də nəsə bir iş görməyinizi arzu edirəm bu xalq üçün.

    • @kingofozymandias
      @kingofozymandias Год назад

      ​@@dilqmismaylov9854 yox bu xalq deyinməyi demaqoqluq eləməyi xoşlayır.