Həkimlər Ürək Xəstələrindən BUNU NİYƏ GİZLƏDİR?

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • #BirBax #damar #ürək
    Salam dəyərli izləyicilərim. Bu gün sizə ürək xəstəliklərinə səbəb olan qidalar barəsində danışacaqm. Videomuza sona kimi baxsanız, ürək damarlarını təmizləyən 5 təbii bitki barədə də məlumat alacaqsınız. Diqqətiniz məndə olsun.
    Müasir dövrümüzdə ürəklə bağlı narahatlıqlar yaşamayanların sayı, demək olar ki, azdır. Narahatlıqların əksəriyyəti isə qeyri-düzgün qidalanmadan qaynaqlanır. Bir çox qidaların tərkibində orqanizm üçün, xüsusilə, ürək-damar sistemi üçün təhlükəli sayıla biləcək maddələr var. Bu qidaları mütəmadi yeyən insanlar 45-50 yaşına çatdıqdan sonra damar tutulması problemi ilə üzləşirlər. Nəticədə qan dövranı pisləşir, varikoz, infarkt, insult kimi ciddi xəstəliklərə tutulma riski artır. Bunlardan qorunmaq üçün bəzi qidalardan uzaq durmaq lazımdır. Bəs bu qidalar hansılardır? İndi biləcəksiniz.
    Duz ürək-damar sisteminə zərər vuran qidaların siyahısında liderdir. Bəli, Duz orqanizmdəki maye balansını pozur, yağlanmaya səbəb olur. Nəticədə, ürək yüklənir. Yüksək miqdarda qəbul edilən duz arterial təzyiqi yüksəldir. Xolesterin səviyyəsinin yüksəlməsi isə damarların elastikliyini itirməsinə, divarlarının qalınlaşmasına səbəb olur. Bu da ateroskleroz, insult, hətta infarkt riskinin artması deməkdir.
    Marqarin. Birmənalı olaraq, marqarinin orqanizmə heç bir faydası yoxdur. Marqarinin hazırlanmasında palma yağından istifadə olunur. Palma yağı insan orqanizmi tərəfindən mənimsənilmir. Üstəlik, marqarinin tərkibində damarları pis xolesterinlə yükləyən trans yağlar da var. Mütəmadi olaraq, hər gün 50 qr-dək marqarin qəbul etmək ateroskleroz, insult və bir çox onkoloji xəstəliklərə tutulma riskini artırır. Hazırda mağazaların vitrinlərini bəzəyən əksər süd məhsullarının və şirniyyatların tərkibində marqarin var. Yaxşı olar ki, aldığınız məhsulun tərkibi ilə tanış olasınız ki, onun ziyanlarından qaça biləsiniz.
    Yarımfabrikatlar. Bura dondurulmuş, yarıbişmiş yeməklər, hazır xəmir məmulatları da daxildir. Yarımfabrikatların hazırlanması əlavə əmək və uzun vaxt tələb etmir. Onları mikrodalğalı sobaya atırsan, düyməni vurursan və sən süfrəni hazırlayanadək bişirlər. Təbii ki, bu məhsulların mağaza rəflərində uzun müddət xarab olmadan qalması üçün onlara yüksək miqdarda konservantlar əlavə edirlər. Bu cür tez hazırlanan yeməklər damarların pis xolesterinlə dolmasına gətirib çıxarır.
    Mayonez və ketçuplar. Marketlərdə vitrinləri bəzəyən souslərın sağlamlığınıza ciddi ziyan vurduğunu bilirsiz? Çünki onlar palma yağı başda olmaqla, trans yağlarla zəngindir. Bu cür qida əlavələrini mütəmadi olaraq qəbul edənlər damarların sağlamlığı haqqında da düşünsələr, yaxşı olar. Mayonezlərin, ketçupların, sousların səbəb olduğu ən gərgin ateroskleroz baş beyin damarlarında yaşanır ki, bu da insulta zəmin yaradır. Bu cür sousların tərkibində orqanizmə faydalı olacaq heç bir vitamin və ya mineral yoxdur. İş orasındadır ki, bu sousların hazırlanması zamanı xammal sayıla biləcək qidalar yüksək termik emala məruz qalırlar. Bu da onların rəf müddətinin uzanması məqsədilə edilir. Yaxşı olar ki, bu cür sousları evə özünüz hazırlayasınız. Ev üsulu sousların hazırlanmasında ancaq təbii məhsullardan istifadə edin.
    Hisə verilmiş qidalar. Bu cür məhsulların tərkibində pis xolesterinlə zəngin olan toyuq dərisi var. Üstəlik, kolbasa istehsalında kimyəvi əlavələrdən bol miqdarda istifadə edilir. İkicə dilim belə, hisə verilmiş kolbasa yesəniz, gündəlik duz normasını aşmış olacaqsınız. Bu da damarlarda şişkinliklərə, ürək əzələlərində spazmlara, arterial təzyiqin yüksəlməsinə, tromb riskinin artmasına səbəb olur. Hisə verilmiş ət məhsullarının tərkibindəki emala məruz qalmış heyvan mənşəli yağlar da orqanizmə zərər vura bilir. Onlar konserogen birləşmələrə, yəni, onkoloji xəstəliklərin və ürək-damar sistemi xəstəliklərinin təminatçılarına sahibdirlər. Yaxşı olar ki, bu cür qidaları rasionunuzda minimuma endirəsiniz. Hisə verilmiş ət məhsullarını təbii, buxarda, yaxud suda bişmiş ətlə əvəz edin.
    Şəkər. Tərtəmiz karbohidratdır. Həzm prosesi zamanı o, bağırsağa qlükoza şəklində daxil olur. Gün ərzində orqanizm şəkəri enerji kimi istifadə edir. Ona görə də, mütəxəssislər şəkərli qidaların günün ilk yarısında qəbul edilməyini məsləhət bilirlər. Səbəb kimi, günün ikinci yarısında orqanizmin artıq şəkərdən xilas olmaq fürsəti olduğunu deyirlər. Əks halda, şəkər yağa çevrilir və dərialtı yağ toxumalarında yığılmağa başlayır. Yüksək şəkər damarların daxili divarlarını zədələyir, ya da yığıntılar şəklində qalaqlanır. Nəticədə, aterosklerozun meydana çıxması qaçınılmaz olur. Gündəlik şəkər norması 1 yetkin insan üçün 50-75 qr-dır. Bir şərtlə ki, fiziki aktivlik təxirə salınmasın. Aktiv həyat tərzi keçirənlər şəkərin miqdarını, cüzi də olsa, artıra bilərlər.

Комментарии • 122