Hüseyn Cavid - Niyə getdin, niyə döndün, niyə baxdın?

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • Şeir: Hüseyn Cavid - Niyə getdin, niyə döndün, niyə baxdın?
    Səsləndirmə: Kamran Yunis
    Biraddımla'ya RUclipsda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    HÜSEYN CAVİD - NİYƏ GETDİN, NİYƏ DÖNDÜN, NİYƏ BAXDIN?
    Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
    Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
    Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
    Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
    Sərpildi alev ruhuma süzgün baxışından,
    Sarsıldı da həp bənliyim, ey afəti-devran.
    Gəl, gəl olayım səndəki hər cilvəyə qurban.
    Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
    Bahram Alazan:
    "... Mən Cavidlə ikinci dəfə 1934-cü ildə Bakıda görüşdüm. Bu görüşümüzdə o mənə belə bir maraqlı əhvalat danışdı:
    - Bir dəfə Azərbaycanın o zamankı xalq maarif komissarı Mustafa Quliyev Hüseyn Cavidi evinə çay içməyə dəvət edir. Cavid bu dəvəti məmnuniyyətlə qəbul edib, axşam çağı onun mənzilinə gedir. Çay içdikdən sonra M. Quliyev onu özünün kabinetinə aparır. Cavidin diqqətini xalq maarif komissarının kabinetinin divarına vurulmuş şəkillər cəlb edir. Yağlı boyalarla çəkilmiş bu şəkillərin içərisində təbiət təsvirləri, gözəl qadın portretləri, natürmortlar və s. var imiş.
    Onlar kabinetdə oturub söhbət edərkən M. Quliyev Hüseyn Cavidə deyir:
    - Yoldaş Cavid, siz çox böyük şairsiniz, xalq sizi çox sevir. Lakin sizin poeziyanız bizim yeni həyatımızdan çox geri qalır. Siz ancaq təbiət, məhəbbət, gözəl qadınlar və s. bu kimi apolitik mövzularda yazırsınız: siz kəndlərimizdə yaranan dəyişiklikləri görürsünüz? Kənddə həyat kökündən dəyişilib, kolxozlar təşkil olunur, çöllərdə traktorlar işləyir. Lakin təəssüflə deməliyəm ki, sizin şeirlərinizdə biz traktora təsadüf etmirik. Bəs siz nə vaxt traktor haqqında yazacaqsınız?
    Böyük sənətkar özünəməxsus müdrikliklə kabinetin divarlarından asılan tabloları göstərib kinayəli təbəssümlə ona belə cavab verir:
    - Yoldaş Quliyev, sizin kabinetinizin divarlarında nələr görürəm? Təbiət, məhəbbət, gözəl qadın, alma, armud, qədəh, kuzə və s. Bu divarlardan bir dənə də olsun traktor şəkli asılmayıb. Axı traktorlar bizim çöllərimizə səs salıb. Nə üçün bu qadın portretlərinin yanından bir dənə də olsun traktor şəkli asmayıbsınız?
    Cavidin gözlənilməz cavabından sonra Quliyev deyir:
    - Siz nə danışırsınız, yoldaş Cavid! Bunlar bədii lövhələrdir. Traktorun bunların yanında nə işi var?
    Cavid yenə kinayə ilə cavab verir: - Yoldaş Quliyev, siz nə fikirdəsiniz, bəs mənim şeirlərim bədii lövhələr deyil? Siz niyə öz tırtıllı traktorlarınızı mənim şeirlərimin içinə salırsınız? Əgər sizin divarlarınızdan heç olmasa bircə traktor şəkli asılsa, o zaman siz traktorun səsini mənim şeirlərimdən də eşidərsiniz.
    Cavid bu sözləri deyərək xalq maarif komissarı ilə vidalaşıb onun evini tərk edir..."
    #hüseyncavid #huseyncavid #niyəgetdinniyədöndünniyəbaxdın #ədəbiyyat #şair #şeir #sənət #ədib #poeziya #sənətkar #musiqi #melodiya #melody #biraddimla #biraddimlayol

Комментарии • 8