Polikistozun tam müalicəsi varmı?

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • #Ginekoloq #Polikistoz #Şəhla
    Şəhla Hüseynova (Ginekoloq)
    Tel: 050 989 82 52
    İnstaqram: Ginekoloq_shehla.huseynova
    Yumurtalıqların polikistoz sindromu
    Yumurtalıqların polikistoz sindromu nədir?
    Yumurtalıqların polikistoz sindromu poliendokrinoloji sindrom olub yumurtalıqların funksiyasının pozulması ilə özünü biruzə verir. Hormonların ifrazının pozulması nəticəsində ovulyasiya prosesi pozulur, follikullar tam yetişmir, içərisinə maye dolur və kiçik kistalara çevrilir. Bu yaranmış kiçik çoxsaylı kistalar yumurtalığın səthində və daxilində yerləşərək yumurtalıqların ölçüsünü böyüdürlər. Polikistoz yumurtalıq sindromu qadınlarda ən çox görülən hormonal pozğunluqlar arasında ən üst yerdədir. Bu xəstəliyi həmçinin Şteyna-Leventel sindromu, hiperandrogenemiya və s. də adlandırırlar.
    Bu sindromun yaranma səbəbi tam dəqiq öyrənilməmişdir. Heteroqen xəstəlikdir - menstrual tsiklin pozulması, xroniki anovulyasiya, hiperandrogeniya və yumurtalıqların kistoz dəyişikliyi ilə xarakterizə olunur. Əsasən reproduktiv yaşda olan qadınlarda rast gəlinir. Rast gəlməsinə görə 2 qrupa bölünür: Birincili və ikincili
    Birincili və ya anadangəlmə formada yeniyetməlik dövründə menstrual tsiklin formalaşması ilə meydana çıxır.
    İkincili - Xroniki anovulyasiya və orqanizmin hormonal balansının pozulması nəticəsində yaranır.
    Əsasən böyrəküstü vəzin funksiyasının pozulması nəticəsində yaranan hiperandrogeniya olan qadınlarda yaranır.
    Birincili polikistoz zamanı praktiki olaraq özbaşına hamiləlik baş vermir.İkincili polikistoz zamanı hamiləlik baş verə bilər.
    Polikistoz Sindromu menstruasiyanın olmaması və ya uzun fasilələr düzənsiz menstruasiyanin olması ilə özünü biruzə verir. Bu zaman qanda androgen hormonunun artması ilə əlaqədar dəridə səpkilər, yağlanma, saç tökülməsi və tüklənmə, sonsuzluq kimi əlamətlər yaranır.
    #Doğuş #Doğum #TəbiiDoğuş #Keysəriyyə #Qeysəriyyə
    #Ginekoloq #DoğumHəkimi #Sancı #Hamiləlik
    #Doğmaq #Şəhla #ŞəhlaHüseynova #Vaginal
    #Cırıq #Yırtıq #Hamilə #Döl #Gücənmə #Mayalanma
    #SüniMayalanma #Abort #Uşaqlıq #Yumurtalıq
    #YaxşıDoğum #QızlıqPərdəsi #Qızlıq #CinsiƏlaqə
    #Cinsi #VaginalQaşıntı #Axıntı #Qaşınma #Qoxu
    #İnfeksiya QadınXəstəlikləri #Aybaşı #Qan

Комментарии • 19

  • @eminezulfiqarova9422
    @eminezulfiqarova9422 2 года назад

    Salam Hekim folikisdoz mualice edib yumurtaliq yetiwdirib sunu mayalanma etmek olurmu ?

  • @konulhasilova8218
    @konulhasilova8218 2 года назад +1

    Yeməyimə artıq diqqət edirəm çəkim azalmağa başlayıb

  • @turkangoyce781
    @turkangoyce781 2 года назад

    Hekm nolar sualmi cvblandirin varikosel emelyatindan sonra hamile qalmaq olurmu nece ay sonra

  • @konulhasilova8218
    @konulhasilova8218 2 года назад +2

    Hekim salam.Mən müalicə alıram hele de aybaşı olmamsam müalicəm bir həftədir başlayıb.Hekim dedi 17 güne olassan

  • @kemale_ceferi
    @kemale_ceferi Год назад

    Polikistozun malicəsi var təbii tanponlarla və çaylarla özüm istifadə edirəm palikisotuz əridib tökür..

    • @RoyalRzayev-li4py
      @RoyalRzayev-li4py Год назад

      Salam deyerdiz da o çayin adini birde tanponu?

    • @kemale_ceferi
      @kemale_ceferi Год назад

      @@RoyalRzayev-li4py o çaylar və tanponlar hansıda aptekdə satlmır onu xüsusi düzəldən insanlar var nömrələrini verə bilərəm sifariş edəsiz ...

    • @RoyalRzayev-li4py
      @RoyalRzayev-li4py Год назад

      @@kemale_ceferi vererdiz nomresini birde mende balacadi teze emele gelib olari etsem xeyir edermi sizce?yeni bir ziyani yoxduki

    • @zuruyatiskenderova1240
      @zuruyatiskenderova1240 10 месяцев назад

      Sizde eridi?sağaldız?

    • @kemale_ceferi
      @kemale_ceferi 10 месяцев назад

      @@zuruyatiskenderova1240 həmişə uziyə gedəndə deyrdlər polikistozsan bu tanponlardan sonra gedəndə dedilər indi yoxdu