Salyan, Goranboy və Tovuzda şəhidlərimiz dəfn olundu - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 5 фев 2025
  • #APATV #Salyan #Goranboy #Tovuz #şəhid #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Salyan rayonunun Qaraçala qəsəbə sakini, 2003-cü il təvəllüdlü Hüseynov Elmir Abdul oğlu ilə vida mərasimi keçirilib.
    APA TV-nin yerli bürosunun xəbərinə görə, 19 yaşlı şəhid Elmir Hüseynov Qaraçala kənd qəbiristanlığında torpağa tapşırılıb.
    Kəlbəcər istiqamətində şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq xidmət edən 2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlu Goranboyda dəfn edilib.
    APA-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi əvvəlcə yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gətirilib. Onunla evində vida mərasimi keçirilib. Daha sonra 20 yaşlı şəhid rayonun Balakürd qəbiristanlığında (Şəhidlər Xiyabanında) torpağa tapşırılıb.
    Qeyd edək ki, şəhid Səfiyar Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyənin “Yurdda sülh, cahanda sülh” medalı ilə də təltif olunub.
    Kəlbəcər istiqamətində şəhid olan 2003-cü il təvəllüdlü İmamquliyev Ümid Vüqar oğlu da Goranboyda dəfin edilib.
    Şəhidin cənazəsi bu gün doğulduğu rayonunun Qaradağlı kəndinə gətirilib. Yaşadığı evdə baş tutan vida mərasimindən sonra şəhidin nəşi kənd qəbiristanlığına gətirilərək dəfn olunub.
    1997-ci il təvəllüdlü şəhid Hüseynov Səddam Rafiq oğlunun nəşi Tovuz rayonunun Çeşməli kəndinə gətirilib.
    Şəhidlə vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib. Daha sonra şəhid Səddam Hüseynov kənd qəbiristanlığında dəfn edilib.
    Səddam Hüseynov Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 14

  • @petikerimov3391
    @petikerimov3391 2 года назад +2

    Can şəhidim ALLAH Bütün şəhidlərə rəhmət eləsin AMİN

  • @gulbnizjfrzade9760
    @gulbnizjfrzade9760 2 года назад +2

    ALLAH AZƏRBAYCAN UĞRUNDA CANINI FƏDA VERƏN ŞƏHİDLƏRİMİZİN MÜQƏDƏS RUHUN DAİM ŞAD ELƏSİN🤲🤲🤲😭😭😭💔💔💔🥀🥀🥀🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
    VƏTƏN BAŞIN SAĞ OLSUN 💔💔💔💔💔😭😭😭😭😭🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @_GS33
    @_GS33 2 года назад +3

    Men haqli olmaq istemirem,men güçlü olmaq istemirem,men sebrli olmaq istemirem.....Men OĞLUMU isteyirem....Ruhunuz şad olsun

  • @sirliqadn2894
    @sirliqadn2894 2 года назад +2

    Yeriniz cənnət olsun

  • @vuqarcavadov5821
    @vuqarcavadov5821 2 года назад +2

    Allah rehmet elesin can balalar

  • @isaesdov1936
    @isaesdov1936 2 года назад

    Allah rehmet elesin şehdlermize

  • @Muhiisali31
    @Muhiisali31 2 года назад +1

    Allah rəhmət eləsin.

  • @qrnfilaslanova8607
    @qrnfilaslanova8607 2 года назад +1

    Allah rəhmət eləsin məkanı cənnət olsun 😥😥

  • @namiqhuseynov3187
    @namiqhuseynov3187 2 года назад +1

    Məqamınız ucadır Şəhidlərimiz məkanınız cənnət

  • @husniyyebagirova6677
    @husniyyebagirova6677 2 года назад +2

    Ne qeder cekecek bu usaqlarin rehmete getmeyi

  • @cansonmez1623
    @cansonmez1623 2 года назад +2

    GORESN NIYE TEXRIBAT DEYIRSINIZ AXI BU ESIL MUHARIBEDIR

  • @prvizkrimov5147
    @prvizkrimov5147 2 года назад +1

    Allah rəhmət eləsin