Yalan nədir? | Biz niyə yalan danışırıq? | Psixiatr Elçin Aslanov | Söhbətgah

Поделиться
HTML-код
  • Опубликовано: 26 окт 2024

Комментарии • 128

  • @Vulkanlı
    @Vulkanlı 2 года назад +62

    Adam həkim olsada, hər sahədən biliyi var bu cür insanları dinləməkdən zövq almamaq mümkün deyil. Çox sağolum mükəmməllik üçün.

  • @doktorqulu3184
    @doktorqulu3184 2 года назад +44

    Bütün cavan həkimlərimizə belə məntiqli və intellektual olmalarını arzu edirəm!

  • @azrisgndrov718
    @azrisgndrov718 2 года назад +8

    Mövzu bir yana, qonağın diksiyası superdi.

  • @arzuqniyeva5689
    @arzuqniyeva5689 2 года назад +24

    Ne yaxsi bele genclerimiz var.Cox maraqli , savadli söhbet gedir

  • @aytacaghayeva7577
    @aytacaghayeva7577 2 года назад +17

    Çox maraqlı podcastlardan biri daha👌 son günlərdə psixologiyaya aid o qədər kitablar oxuyub araşdırıram ki, bu söhbət qazandığım bilikləri möhkəmlətməyim üçün əla fürsət oldu👌

  • @turajafarli2240
    @turajafarli2240 2 года назад +12

    Daha detallı yuxu mövzusunda bir podcastda gözləyirik Elçin bəyi 💙💚

  • @kamalimanov9932
    @kamalimanov9932 2 года назад +22

    Hər şey əladır 🤙 belə davam edin 👍🏻 .... Lakin 2 buraxılışdır ki, sanki qonağın səsində problemlər olur, elə bil qonaq biraz tərpənən kimi səsdə itmələr olur. Mümkünsə, bu problemin həlli yolunda müəyyən bir addımlar atasınız.... Diqqətiniz üçün təşəkkürlər

  • @gulnarismayilova3719
    @gulnarismayilova3719 2 года назад +11

    Daha çox informasiya ala biləcəyimiz bir insan daha. Davamlı olsun💡

  • @aynurazohrab
    @aynurazohrab 2 года назад +24

    izləmədən like ediləcək qədər etibarlı podcast kanalı💚💙

  • @ziznovruzov3984
    @ziznovruzov3984 10 месяцев назад +1

    Hekim qardaşımıza ve size tesekurlerimi bildirirəm .çox saqolun.

  • @emilmikayilov7653
    @emilmikayilov7653 2 года назад +9

    Mövzu maraqlı olanda 1 saat 24 dəqiqənin necə keçdiyinin fərqinə varmır insan. Faydalı oldu. Çox
    təşəkkür edirik belə mövzular və məlumatlı qonaqlarınız üçün

  • @vuskam588
    @vuskam588 2 года назад +13

    Sizi dinlədiyim gun yolda yuxum gəlmir beynim cox aktif dusunur və zovq alir 💜

  • @hikmetalekberov763
    @hikmetalekberov763 2 года назад +6

    Bu defeki qonaginiz cox melumatli ve savadlidir..sohbetine doymadim ..yene Cagirin

  • @muradismayilov1566
    @muradismayilov1566 2 года назад +3

    Bax bizim tibb sistemində bu cür savadlı , avropa təcrübəsi olan kadrlara üstünlük verilməlidir. Ölkədə sistemi elə qurmalıdırlar ki, belə həkimlər ölkədən diksinməməlidir... Elçin doktor isə görünən odur ki, öz sahəsini bilən , dünya görüşü vizyonundan bəlli olur.. Elçin doktora təşəkkürlər. Verlişə ayrı bir abu hava qatdı. Çox maraqlı verliş oldu. Ardı gəlsin.
    Uğurlar Elçin doktor! Yolunuz açıq olsun!

  • @chingizpiri-zade6925
    @chingizpiri-zade6925 2 года назад +7

    Çox maraqlı alındı! Tezliklə yeni podkastlarda görüşmək ümidi ilə 🙂

  • @Said_tuco
    @Said_tuco 2 года назад +5

    Bizim Elçin hekim kimi yenilikleri takip eden savadlı hekimlere ehtiyacımız var.

  • @nigararzuqizi
    @nigararzuqizi 2 года назад +10

    Çox təşəkkür edirəm ilk növbədə sizə ki, belə savadlı gəncləri tapıb dəvət edirsiz, 2-ci növbədə, təbii ki, Elçin bəyə. 👍🏻👍🏻👍🏻

  • @vasifkerimov5452
    @vasifkerimov5452 10 месяцев назад +2

    Uğurlar arzulayıram,

  • @salehvalehoglu
    @salehvalehoglu 2 года назад +3

    Çox faydalı podkastlardan daha biri. 👍🏻Yalanla bağlı bir məqama da mən toxunmaq istəyirəm. Hal-hazırda bizim cəmiyyətdə ən çox istifadə olunan yalan nə kiməsə ziyan vermək, nə də fayda vermək məqsədi daşımır. Daha çox özünü təstiq etmək, önəmli hiss etmək, görünmək, bəyənilmək, izlənilmək üçün istifadə olunur. Bu yalan forması qarşıdakından çox insanın özünə yönəlmiş olur. Həm də zərər şəklində. İnsan yalanla önəmli hiss etmə ehtiyacının ödənəcəyini sanır, özünü təsdiq etdiyini düşünür, həqiqətən bəyənildiyini, sevildiyi üçün izləndiyini düşünə bilir. Dolayısı ilə yalanı özünə qarşı istifadə etmiş olur. Səbəbi yenə valideynlər, travmalar, psixoloji zədələr, böyümə mühiti və s. ola bilər. Bizim cəmiyyətdə ən böyük problem əslində özünüifadədir. Bunu bloklayan o qədər maneələr var ki. Özünü ifadə edə bilməyən, ifadə edən, lakin olduğu kimi ifadə edə bilməyən o qədər yaradıcı, savadlı, qabiliyyətli insanlarımız var ki... Yalan da bu özünüifadə bloklanmasının yan təsirlərindən sadəcə biridir...

  • @eldanizrustam
    @eldanizrustam 2 года назад +2

    Maraqlı, maarifləndirici podcast idi,qonaq da çox savadlı idi.Sadəcə biraz çox "atıram" dedi. Bu da Türkiyə türkcəsindən keçib dilimizə.

    • @aytacaghayeva7577
      @aytacaghayeva7577 2 года назад +3

      Təəssüf ki, azərbaycan dilində psixologiyaya(həm də ümumən hər sahəyə) aid maraqlı kitabların sayı azdır. Məcburən başqa dillərdə oxuyuruq və bu da istər-istəməz dilə yansıyır✨

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 2 года назад +6

    Maşallah yeni sezonda videolar dalbadal - qısa aralıqlarla gəlir. Bir çox adam yazıb mən də hiss elədim xüsusən də qonağın mikrofonda səs qırılmaları vardı, amma əminəm ki, bunu tezliklə düzəldəcəksiniz. Həyatımıza dəyər qatdığınız üçün təşəkkür edirəm.

  • @ulviyarahimova6275
    @ulviyarahimova6275 2 года назад +1

    Təşəkkürlər. Əməyinizə sağlık

  • @fira694
    @fira694 Год назад

    Cox tessekur edirik size,cox vacib bir kanaldi,bizim cemiyyetin cox ehtiyaci var bele kanallara 👏🏻👏🏻👏🏻

  • @narminm.9903
    @narminm.9903 2 года назад +4

    Çox sağolun.

  • @vgr_gallery
    @vgr_gallery 2 года назад +11

    ikinci sezon xeyirli, uğurlu olsun!! Müsahibiniz Elçinin timsalında savadlı soydaşlarımızın söhbətləri vizyonumu açır, ağzım işləməsə də doyuram😀 Tempi saxlamaq üçün motivasiya, ruh yüksəkliyi, hüzur, uğurlar arzu edirəm sizə yoldaşlar!!
    P.S. Subyektiv fikrimdir, əməyinizi kiçiltmək niyyətilə demirəm, zəhmət olmasa mikrofonara encam cekin:( qonaqlar azacıq aralandıqda ses itir, əl hərəkətləri edib stola toxunduqda küt səsələr gəlir. Məncə kronşteynə bağlı, stoldan aralı olanlar daha gözəl səs verirdi. Özgə hər şey əjdaha!!

  • @feyziaghayev973
    @feyziaghayev973 2 года назад

    Çox maraqlıdır. Həkimin səsində qırılma çoxdor heyif.

  • @elxanbabayev2651
    @elxanbabayev2651 2 года назад

    Verilisleriniz cox gozeldi
    Elaxsusdeki bele qonaqlarin olmasi cox maraqlidi
    Tesekkurler her kese

  • @aytacbabayeva4548
    @aytacbabayeva4548 2 года назад +1

    qonaq çox qəşəng izahlar verir!👏🏻👏🏻

  • @ramincahangirov7033
    @ramincahangirov7033 Год назад

    Möhtəşəm buraxılışlardan biridir.

  • @yazgulmovlayeva2213
    @yazgulmovlayeva2213 Год назад

    Coooxxx təşəkkür edirəm.Almanlara yaxşı mənada qibtə edirəm ki, bu cür mütəxəssis onlarda xidmət edir.Əslində gəlin etiraf edək ki, bu cür mütəxəssisə bizim özümüzün daha cox ehtiyacımız var.Amma bir məsələ də var ki, bizdə səhiyyə sistemində baş cıxarıb , işləmək özü də bir "bacarıq" tələb edir......

  • @a_aliyeva04
    @a_aliyeva04 2 года назад +1

    cox faydali ve maraqlisiz.davam🙏

  • @AfqanQuliyev
    @AfqanQuliyev 2 года назад

    Elçin həkimə böyük təşəkkür edirəm. Necə gözəl izah edir. İlk dəfədir ki Söhbətgahın tez bitməsini istəmirdim.

  • @RaufGuliyev-rh8yk
    @RaufGuliyev-rh8yk 2 года назад +2

    Çox gözəl buraxılış, çox maraqlı qonaq, zövq aldım. Şəxsi Top 3-mə daxil etdim deyərdim. O qədər rahat, sakit, səlis ifadə edir ki demək istədiklərini, adam özü sakitləşir. Bir şeyi müşahidə etdim, bu günə kimi dəvət olunan qonaqlar arasında ən çox danışan (yaxşı mənada, yəni Tural və Əli bəyin daha çox dinlədiyi, sakit olduğu) qonaq oldu. Sonuncu dəfə bunu Aysel xanımın iştirak etdiyi buraxılışda müşahidə etmişdim.
    Təşəkkürlər və uğurlar!

    • @RaufGuliyev-rh8yk
      @RaufGuliyev-rh8yk 2 года назад +2

      Yalanı mənə hələ bu qədər rəngarəng, hərtərəfli və əsaslı izah edən olmamışdır

  • @seymur0484
    @seymur0484 2 года назад +2

    Çox gözəl.

  • @juneydhasanli3097
    @juneydhasanli3097 Год назад

    Elçin bəyin iştirakı ilə olan bu podkast tam yerinə düşüb, uğurlar!

  • @mahirbabayev5272
    @mahirbabayev5272 2 года назад

    VAR OLUN...👏👏👏👏

  • @aynurkazimova348
    @aynurkazimova348 2 года назад +5

    Elçin seni dinlemek xoş oldu. Üniversitet illerimizi xatırladım.😊

    • @Huseyn-so1xo
      @Huseyn-so1xo Год назад

      Elcin beyin instagram sehifesini eger bilirsinizse vere bilersiz?

    • @incigunes4073
      @incigunes4073 Год назад

      Salam, Lisseydebir sinif yuxari oxuyurdu, aramizda xos munasibet olub. Coxdandir axtarirdim dusunurdum goresen hardadir ne edir, sesinden tanidim. Cox sevindim qurur duydum, instagram sehifesini men de tapa bilmirem bilen olsa zehmet olmasa gonderer link. Teshekkurler.

  • @Nora36866
    @Nora36866 2 года назад +3

    Men shexsen qonaginizdan chox shey öyrendim.chox maragli buraxilish idi👍

  • @gullusohbetler
    @gullusohbetler 2 года назад +1

    Çox sag olun ,biri birindən dəyərli bəylər 😎

  • @royaaliyeva9767
    @royaaliyeva9767 Год назад +2

    İndiki dövrdə çox insan zamanının qıtlığından şikayət edir .Belə insanları gördükdə bütün dünyaya paylaşmaq istəyirəm ki, o insan bu qədər informasiyanı əldə edib şəxsi həyatını , karyerasını balansda saxlaya bilirsə , demək hər kəs hər şeyi bacara bilər 🫂 Mükəmməlsiniz , uğurlarınız bol olsun✨

  • @seymurali33
    @seymurali33 2 года назад +2

    Aydınlar🧠💙

  • @zauribrahimov8422
    @zauribrahimov8422 2 года назад +5

    Ela idi. Fikrimce fincanlatinizi armudu stekana deyishin, onda chayda chox ichilecek)

  • @tebessumelizade5842
    @tebessumelizade5842 2 года назад

    saatlarla dinləyə bilərdim, mükəmməl buraxılış oldu.

  • @elchinmevliyev7683
    @elchinmevliyev7683 2 года назад +2

    Her zamanki kimi super sohbet olub, cox sag olun, cox tesekkur edirem. Yorulmadan dinleyir adam. Ancaq burda bir qardas da reyde vurgulayib, mikrofona diqqet yetirseniz yaxsi olardi. Yaxa mikrofonu taxsaniz qonaqlara mence daha yaxsi olar, yeni qonaqlar hem serbest oturarlar, hem de ses daha yaxsi geler. Stolustu mikrofonda qonaq mecburdurki, mikrofona dogru eyilsin.

  • @trioxsama
    @trioxsama 2 года назад +2

    Darıxdırmıyın özünüzü. Hər videonuz maraqlı və şən keçir.

  • @nuraneeliyeva4043
    @nuraneeliyeva4043 Год назад

    Çox faydalı bir söhbətgah seriyasındandır deyə bilərəm ❤

  • @gulnarhesenova6523
    @gulnarhesenova6523 2 года назад +1

    Maraqli idi.ses problemi olsada tesir etmedi .yalanla bagli fikirde cox xosuma geldi.etiraf edeki deyirik yalan.turşu ile bagli yeni bir melumat aldim))cox xoşdu sizi görmek ve dinlemek.

  • @Nerohaciyev
    @Nerohaciyev 2 года назад +1

    Çox gözəl bilgiler idi Təşəkkürlər 🔥❤️

  • @mehribanjabrayilova5528
    @mehribanjabrayilova5528 2 года назад

    Chox sag olun ,chox faydali ve eylenceli podcast alindi birlikde.Sevindirici haldirki,Almaniyada bizim de ozunu ,bilgilerini cox gozel ifade yeteneyine malik genc hekimlerimiz var.

  • @ilqarismayilzade9864
    @ilqarismayilzade9864 2 года назад

    Mükəmməl.Hər üçünüzə minnətdaram❤️👍

  • @anaraghayev4491
    @anaraghayev4491 2 года назад

    Möhtəşəm!

  • @Qurbancahangirov2669
    @Qurbancahangirov2669 2 года назад +2

    Super

  • @emilquliyev5711
    @emilquliyev5711 2 года назад

    Çox maraqlı və faydalı söhbət oldu. Vaxt necə keçdi, hiss olunmadı 👍👍👍👍

  • @Reshad967
    @Reshad967 2 года назад

    Meni narahat eden bir suala sizin bu verlişde cavab tapdim. Teşekkurler ! .

  • @5271809
    @5271809 2 года назад +2

    Maşallah, necə savadlı gənclərimiz var.

    • @5271809
      @5271809 2 года назад

      @@Sohbatgah ən maraqlı və faydalı buraxılış oldu

  • @emilsuheyl8296
    @emilsuheyl8296 2 года назад +4

    İzləməyə başlamamış məndən bir like 💚💙

  • @vugarhasanov4710
    @vugarhasanov4710 2 года назад +1

    Hər vaxtınız xeyir. Gözəl podkastlara görə təşəkkür edirəm. Sadəcə olaraq, sizdən ricam var ki, mikrofonları əgər mümkünsə tənzimləyərdiniz, çünki danışdıqda bir balaca arxaya çəkilən kimi səs zəifləyir və tam anlamaq olmur. Bir neçə dəfə videonu arxaya çəkmişəm buna görə :-)
    Öncədən təşəkkürlər.

  • @gabilhuseynov5776
    @gabilhuseynov5776 Год назад

    Bu söhbəgahı bəyəndim. Məncə gələcəyi parlaq bir psixiatırlardandı

  • @namiqismayilsoy2775
    @namiqismayilsoy2775 2 года назад

    Möhtəşəm

  • @KonulZeynalov-ou7me
    @KonulZeynalov-ou7me Год назад

    Əlanın Əlası ❤

  • @azrap.shorts
    @azrap.shorts 2 года назад +1

    💚💙 Uğurlar

  • @validcavid3805
    @validcavid3805 2 года назад +1

    Uğurlar cenablar...!

  • @eljafa8963
    @eljafa8963 2 года назад +1

    Finlandiyadan sevgilər, sayqılar!

  • @elgizqasimov3883
    @elgizqasimov3883 2 года назад +1

    Çox zövq aldığım münasibətlərdən biri oldu.
    Söhbətgah sizi tanıdığıma çox xoşbəxtəm.
    Zəhmət olamsa deyərdiz yuxunuzu ölçdüyünuz proqram hansıdi.

  • @nizamimammadaliyev8571
    @nizamimammadaliyev8571 2 года назад

    Tural ve Ali bey. Ses videoda tez tez zeifleyir. Artiq necenci videodu. Bunda. onceki videolarda ve mikrofonlarda bele problem mushahide edilmirdi.

  • @dinaraaliyeva9
    @dinaraaliyeva9 2 года назад

    Əla🤩🤩

  • @teymurovchannel6246
    @teymurovchannel6246 2 года назад +1

    Dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkürlər

  • @turalabisov1045
    @turalabisov1045 Год назад

    COX XAHIŞ EDIREM ASTRAL BAREDE PODCAST EDIN 😊

  • @celirzayev
    @celirzayev 2 года назад

    Salam. Gözəl söhbət üçün çox sağ olun. Səsin gedib-gəlməsi problemi hələ də qalıb.

    • @celirzayev
      @celirzayev 2 года назад

      @@Sohbatgah siz sağolun ki, maraqlı mövzularda müzakirələr edirsiniz.

  • @elsnbabazad7520
    @elsnbabazad7520 2 года назад +2

    Time kodlar yoxdur, ya mənə elə gəlir?
    Uğurlar bu arada.

  • @samadmehriban
    @samadmehriban 2 года назад +1

    Tural, Əli lütfən səsdə olan bu oynamalara bir çarə qılın, çünki adətən podkastı sadəcə dinləyirəm(yeriyəndə qulaqlıqda və ya nəsə iş görəndə fonda). Mənim sizə təklifim qulaqlıqlar istifadə edin ki, mikrafondan uzağlaşan kimi danışan özü səsdəki oynamanı eşitsin və özünü ona görə nizamlasın, çünki bu səs oynamaları şəxsən məndə qıcıq yaradır(kəskin olmasa da, bu hal öz təsirini qoyur). Qalan hər şey əladı, yorulmayasız. Elçinə də salam və uğurlar! ✌🏻

  • @gourmettv6476
    @gourmettv6476 2 года назад +5

    27:46 Əhsən Tural!! Əli Xəyyamın səhvini ustalıqla düzəltdi. ALLAH heçbir ayəsində insanı şeytan adlandırmayıb. Şeytana uyan insanlar vurğulanib bəli amma bu haldada belə hansısa əməl sahibinin şeytan adlandırılması yoxdur. Hədislərdə ola bilər olsun. Zatən hədislərdidə İslam dinini bu formaya gətirən. Hər bir vəziyyətdə mollalardan məsləhət alırıq onlarda bizə hədisdən əsas gətirir. Biz yazıqlar isə başa düşmürük ki, hər şeyin cavab hədislər yox QURAN-dır. Kimi dindirirsən 100 dənə hədis bilir amma bir dənədə olsun QURAN ayəsini öz gözü ilə oxumayıb. Nədir görəsən bir ömür yaşayıb saysız kitab oxuyan bir insanın (müsəlmanın) ən əsas oxumalı olduğu kitabı (QURAN-ı) oxumamağının səbəbi???

  • @eminkhalilov1483
    @eminkhalilov1483 2 года назад

    super

  • @servialekberova
    @servialekberova 2 года назад +1

    Yalançılara paxıllıq edirəm. Azından yaxşı yaddaşları var.

  • @muradahmedov91
    @muradahmedov91 Год назад

    11:36 da alimin soyadı səhv səsləndirilir. Jung (Yunq) kimi səslənir, Cunq kimi yox. Xahiş edirik izləyiciləri dezinformasiya etməyək. Sayğılar.

  • @bunainan382
    @bunainan382 2 года назад +3

    Salam. Qonağın mikrafonunda problem var. Səs azalıb, çoxalır. Onu düzəltsəniz yaxşı olar🙏🏻

    • @Bayelçin
      @Bayelçin 2 года назад +1

      @@Sohbatgah yenisiniz?

    • @Bayelçin
      @Bayelçin 2 года назад +1

      @@Sohbatgah Anladım. Uğurlar.💙💚

  • @kloki7550
    @kloki7550 Год назад

    beyendim🎉

  • @Slavik822
    @Slavik822 2 года назад

    Sadece mohteshem!!!

  • @konulaslanova8954
    @konulaslanova8954 Год назад

    Məncə şərqdə ünsqyyət çoxdu. Qərbdə isə yox. Həmdə bu bizim kasıbçılığımızdan irəlu gəlir. Beləki barı çəkə bilmirik setka çəkirik ondada tez tez bir birimizi görürük. Və ünsüyyət baş verir. Görüsüz kasıbçılıq çoxda pis deyil. Həyatı təbii axarına qoyuruq.

  • @medinefetiyeva3489
    @medinefetiyeva3489 2 года назад +1

    👍👍👍

  • @feridshahbazov8247
    @feridshahbazov8247 2 года назад

    qeweng bizimkilerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

  • @ehmedsemedov915
    @ehmedsemedov915 2 года назад +1

    💚💙

  • @huseynhuseynlii
    @huseynhuseynlii 2 года назад +1

    Lütfən mikrofon problemini həll edin 💙💚

  • @familajdarovic724
    @familajdarovic724 2 года назад +2

    💙👍💛

  • @tural.masimov
    @tural.masimov 2 года назад

    Dostlar,qonaq mikrofonunuzda problem var. Səs tam olmasa da gedir-gəlir. İşiniz isə möhtəşəmdir.

  • @huseynmehdizade9473
    @huseynmehdizade9473 2 года назад +1

    Nə yaxşı mövzular dəqiqələrə bölünməyib?

  • @s.t.a.r.d.u.s.t.8
    @s.t.a.r.d.u.s.t.8 4 месяца назад +2

    22:30 Sizə qətiyyən qatılmıram. Fikrimcə uşağa əsla yalan danışmamalıyıq. Həqiqəti demeyində yolu var axı ''Torpağa attıq çürüdü'' deməyə məcbur deyilik, həqiqəti ''Bilmirik sadəcə bilincimiz qapanır və sonrasın hələ ki bilmirik'' də deyəbilərik yoxsa torpağa attıq cürüdü niyə deyək.

  • @etibarhaciyev8917
    @etibarhaciyev8917 2 года назад

    Təzə mikrofonlardan sonra əməlli səs prablemi var, Ali zəhmət olmasa nəzərə al. Fikri yayındırası əlavə səslə (məsələn əlin stola dəyməsi səsi) birdə səsin azalıb çoxalması

  • @Filankesov
    @Filankesov 2 года назад

    Marketinq mövzusunda Murad Dadaşovu qonaq isteyirik

  • @Goodtime1021
    @Goodtime1021 2 года назад

    Zəhmət olmasa okb haqqında video gəlsin.

  • @nonamenovruzovnonameanar6821
    @nonamenovruzovnonameanar6821 2 года назад +1

    👍

  • @sonasalman3819
    @sonasalman3819 2 года назад +2

    Necə savadlı qonaqdır:)

  • @cshirinovay4427
    @cshirinovay4427 2 года назад +1

    Bizde hekime sual vermek olar? Hekimlerimizin 90%-i qarsisindaki xesteni ele alcaldib tupoy yerine qoyur baxa baxa qalirsan.Bu yaxinlarda bir hekimnen atama hara istehsali ximya vurulacaq,hansi dermanlar vurulacaq suali verdim deye bizi qebul etmediler dusunun))

  • @novruz6342
    @novruz6342 11 месяцев назад

  • @elcinmemmedov7476
    @elcinmemmedov7476 2 года назад

    evvelki veerlislerde seslendirme daha temiz idi yoxsa mene ele gelir?

  • @emmamusayeva5559
    @emmamusayeva5559 Год назад

    Salam üreyim sıxıldı mikrafondandı nedendi bilmirem sesiniz çox normal gelmir sözleri aydın başa düşmek olmur buna baxın çox xayiş edirem😔

  • @bizimkanal5867
    @bizimkanal5867 2 года назад +1

    Səs problemi var idi videoda(

  • @ramizibrahimli1757
    @ramizibrahimli1757 2 года назад

    Maks ve şokolad testini iki defe qulaq asandan sonra başa düşən, 2 diplomlu sahibi mən 🙄😅

  • @n.n8433
    @n.n8433 2 года назад +2

    Vətənpərvərlik nədir? Vətən haqqında da bu tipli video olsa daha da yaxşı olardı

  • @vusalzeynalov4855
    @vusalzeynalov4855 6 месяцев назад

    Yuxunuzu hansı qayda, hansı proqram ilə ölçürsüz? Dəstək zəhmət olmasa