Gecələr Dəmləyib İçin - KÖP Probleminiz Qalmayacaq

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • #BirBax #xalqtəbabəti #bitkiler
    Qədim Misirdə bu bitkinin toxumlarını yuxu pozğunluğu olan insanların yeməklərinə qatırdılar. Həzm prosesinə kömək edən, əsəbləri sakitləşdirən, köp problem yaşayanların dadına çatacaq bir bitkidən danışacam bu gün. Lakin videoya keçməzdən əvvəl sizə sualım var. Bu dərman bitkisini tanıdınızmı? Ondan heç müalicə vasitəsi kimi istifadə etmisizmi? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Mən də bitkinin faydalarından danışım.
    Elmi adı Anason olan bu bitki hər birinizin tanıdığı cirə bitkisidir. Bəli, qiyməti ucuz, faydası saymaqla bitməyən bu bitkinin faydaları nələrdir? Hansı xəstəliklər zamanı bizim köməyimizə çatır? Gəlin bu haqda məlumat verim.
    Həzm prosesini asanlaşdırır. Qusma, ürəkbulanma, ishal, qarın ağrısı, qaz problemi, spazm yaradan köp, qastrit kimi həzm sistemi narahatlıqlarında orqanizmin köməyinə çatır. Bundan əlavə, iştahartırıcı kimi də məşhurdur.
    Yatmazdan əvvəl cirə çayı içmək yuxu rejiminin normallaşmasına kömək edir. Bronxit, astma, öskürək zamanı cirə viruslar əleyhinə cəngavər kimi döyüşə girir. Antimikrob xüsusiyyətə malik bitki immuniteti gücləndirir, orqanizmi mikroblardan təmizləyir.
    İnanclara görə, cirə doğuş prosesini asanlaşdırır, ana südünü artırır. Lakin hamilələr və süd verən analar bitkidən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşsələr, yaxşı olar. Çünki bitki təkibli məhsullar hamiləlik zamanı istifadə olunan dərmanlarla əks təsir göstərə bilir.
    Bu bitkinin dəmləməsi ilə qarqara etmək ağız boşluğundakı iltihablanmaları azaldır, ağızdakı pis qoxular yox olur, diş ağrısını güclənməyə qoymur. Köpdən əziyyət çəkənlərin bu bitki çox işinə yarayır. Uşaqlarda qaz çıxarmaq üçün də cirədən faydalana bilərsiniz. Təbii ki, pediatr məsləhətindən sonra.
    Cirə Qadınlarda aybaşı ağrılarını azaldır, aybaşını nizamlayır. Ağrıkəsici təsiri sayəsində revmatizma və oynaq ağrılarını azaldır. Qan təzyiqini nəzarətdə saxlamağa kömək edir. Orqanizmin daxilindəki yağ hormonlarına təsir edərək metabolizmanı sürətləndirir. Buna görə də, bəzi pəhriz proqramlarında cirəyə rast gələ bilərsiniz.
    Cirənin yağı adətən, bitkinin toxumlarının əzilməsindən əldə edilir. Özünəxas qoxusu və qatılığı olan bu yağ müalicə məqsədilə geniş istifadə edilir. Daxilə qəbulu və xaricə tətbiqi sayəsində yağın müalicəvi xüsusiyyətlərindən faydalana bilərsiniz. Bir məqamı da qeyd edim, bəzi ölkələrdə sakitləşdirici özəlliyinə görə cirədən tütün kimi istifadə olunur.
    Bitkinin çayı insan orqanizmə şəfa verir. Cirə toxumlarını çay kimi dəmləyin, bal ilə dadlandırın və isti-isti için. Bu sizə şəfa verəcək. Təbii ki, normada içək şərtilə. Həddən artıq içilməsi zərər vura bilər. Cirə çayı sapzmları, ağrıları yox etməkdə mahirdir. İshal və mədə ağrıları zamanı orqanizmdə rahatlıq yaradır, sinirləri gərginlikdən xilas edir. Çay kalsium, dəmir, sink və maqnezium ilə zəngindir. Həzm problemlərini həll edir, ağız boşluğu sağlamlığını qoruyur.
    Müasir tibdə cirə qan azlığı və nəfəs darlığında, immun sistemini qorumaq üçün də istifadə olunur. Cirənin ən gözəl xüsusiyyətlərindən biri göbələk əleyhinə istifadə olunmasıdır. Ağciyərlərdə göbələk xəstəliyi zamanı inqalyasiya üçün də cirənin efir yağları tətbiq edilir.
    Cirədən çox dadlı, ətirli və olduqca faydalı çay hazırlamaq olar. 1 ç.q. cirə toxumlarının üzərinə 200 ml isti su əlavə edin, 1 saat ərzində termosda dəmləyin. Daha sonra gündə 2 dəfə 1/2 stəkan olmaqla için. Çaya bal əlavə etmək olar. Belə çayı köp və həzmin pozulması, qadınlarda menstruasiya ağrıları, bronxit və öskürək, baş ağrıları zamanı yaxşı kömək edir.
    Bütün bunlarla yanaşı, Cirənin zərərləri də var. Yüksək dozalarda qəbulu orqanizmə əks təsir göstərə bilir. Yaxşı olar ki, bitki əsaslı dəmləmələri, məlhəmləri istifadə etməzdən öncə həkim məsləhəti alasınız. Allergik həssaslığı olanlarda əzələ dartılmaları, qıcolmalar yaşada bilir. Qadın hormonlarının yüksəkliyindən əziyyət çəkən kişilərdə cirə “kəpənək effekti” yaradır. Şəkərlə zəngin bitki diabet xəstələri üçün də təhlükəlidir. Endokrinoloq nəzarətində müəyyən edilmiş dozada qəbul edilməsi məsləhətdir.
    Yuxugətirici xüsusiyyəti sayəsində rahat yuxu bəxş edən cirəni körpələrə verməkdə tələsməyin. Versəniz belə, kiçik dozada olmasına diqqət edin. Bir də əgər sükan arxasına əyləşəcəksinizsə, bu çayı içib yola çıxmayın. Yoxsa sükan arxasında yuxunuz gələcək.
    Sonda isə bitkinin faydalarını ümumiləşdirsək, belə bir qənaətə gələ bilərik. Cirə sakitləşdirir, baş ağrıları azaldır,
    spazmları və köpü aradan qaldırır,
    həzmi yaxşılaşdırır,
    mikrobları öldürür,
    iltihabı azaldır,
    qadınlarda menstruasiya zamanı ağrıları azaldır,
    nəfəs yolları bəlğəmdən təmizləyir,
    qaraciyərin və ödün fəaliyyətini stimullaşdırır,
    kişilərdə potensiyanı yaxşılaşdırır,
    orqanizmə ümumi möhkəmləndirici təsir edir.

Комментарии • 95

  • @birbaxkanal
    @birbaxkanal  4 месяца назад +7

    Bizi haradan izləyirsiniz? Zəhmət olmasa şərhə yazın?

    • @RahileGulmaliyeva
      @RahileGulmaliyeva 4 месяца назад

      BAKIDAN İZLƏYİRİK ALLAH SİZDƏN RAZI OLSUN QIZIM 🤲❤😘

    • @İradə-l9v
      @İradə-l9v 4 месяца назад +1

      Sizi Bakı şəh. Qaraçuxur qəsəbəsindən izləyirəm Çox təçəkkürlər❤

    • @AfətAqaliyeva
      @AfətAqaliyeva 3 месяца назад +1

      Ismayıllıdan izləyirik.razyana da bununla eynidir təsiri də eynidirmi

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 4 месяца назад +7

    Çox gözəl
    Allah razı olsun

  • @skintofiqi1032
    @skintofiqi1032 4 месяца назад +5

    Cox sag olun var olun dada cata sız Allah Sizləri qorusun işin7z avand olsun !

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun

  • @Roma-qr7ug
    @Roma-qr7ug 4 месяца назад +6

    Salam,men Russiyanin Saratov seherinden izleyirem🤗🙋‍♀️

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      İzlədiyiniz üçün siz sağ olun

  • @aqilabbas2188
    @aqilabbas2188 4 месяца назад +4

    Sağ olun sizi.mən bunu bir neçə il bundan əvvəl cayını dərman kimi qəbul etmişəm

  • @natiq2rustemov661
    @natiq2rustemov661 3 месяца назад +4

    Salam mən bu bitkidən üyüdüb çörək bişirəndə una qatıram çox gözəl dadı ətri var hamı yeyəndə tərif edir❤

  • @ГульбахарВелиева
    @ГульбахарВелиева 3 месяца назад +2

    Gözəl məsləhətə görə sizə təşəkkürümü bildirirəm .Hər kəsə can sağlığı arzulayıram .❤

  • @kovakadini88
    @kovakadini88 4 месяца назад +4

    Təşəkkürlər Canım Mənim Gözəlim ♥️! ✨🍀🧚Elə Dünən Almişdim Biraz Geç Yazdım Yorumu 🤗🙋🙏✌️

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      İzlədiyiniz üçün siz sağ olun

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 4 месяца назад +3

    ÇOX SAĞOLUN

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun

  • @aquliyeva7144
    @aquliyeva7144 4 месяца назад +3

    Sağolun yadıma duşdü🤲

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 3 месяца назад +5

    MƏNƏ ELƏ GƏLİRKİ BU RƏZYANA BİTGİSİDİ.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TaghiHajizada
      @TaghiHajizada 3 месяца назад

      Cirənin rəngi qismən qəhvəyi rənginə, razyana isə yaşıl rənginə çalır.

  • @rnahsnova8238
    @rnahsnova8238 3 месяца назад

    Təşəkkürlər məlumat ücün.

  • @MELODİST-x8f
    @MELODİST-x8f 4 месяца назад +1

    Cox sağ olun xanlm təşəkkürlər

  • @nikonuruszad8510
    @nikonuruszad8510 3 месяца назад +2

    Cirə və ryaziyananı birlikdə ütüdüb şorqoğalının içinə qoyanda əla olur

  • @elnarealiyeva3099
    @elnarealiyeva3099 3 месяца назад

    Men Moskvadan izleyirem sizi faydalı meslehetnize göre çoxsağolun 🤲

  • @elnarealiyeva3099
    @elnarealiyeva3099 4 месяца назад +1

    Çoxsağolun eks tesirlerinden qorxuram

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Qorxmayın, qədərində içsəniz zərərli olmaz

  • @Odlaryurdu.
    @Odlaryurdu. 4 месяца назад +5

    Rusiyadan salamlar

    • @Vüsu85
      @Vüsu85 4 месяца назад

      Allah ın salamı olsun sizlərə

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      İzlədiyiniz üçün siz sağ olun

    • @Vüsu85
      @Vüsu85 4 месяца назад

      @@birbaxkanal sızler çox sağolun

  • @SeyyareMemmedova-j2k
    @SeyyareMemmedova-j2k 4 месяца назад +1

    Təşəkkür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @AfətAqaliyeva
    @AfətAqaliyeva 3 месяца назад +1

    Razyana çox istifadə edirik.

  • @nezaket.9376
    @nezaket.9376 4 месяца назад +2

    SALAM MƏN UZUN ÖMÜRLÜ OLAN LERİKDƏN BAXIRAM ALLAH KÖMƏYİNİZ OLSUN Kİ BİZİ FAYDALANDIRIRSIZ MƏNİM QƏTİ GECƏLƏR YUXUM YOXDUR SEHERE QEDER OYAQ OLURAM ONDAN DA, ÇOX ƏSƏBLƏŞİRƏM 🤲🤲

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Yuxusuzluq pisdir. Həkimə müarciət edin

  • @QiymetMahmudova
    @QiymetMahmudova 3 месяца назад +1

    Gəncə şəhərindən izləyirik.

  • @brilyantquliyeva2852
    @brilyantquliyeva2852 3 месяца назад +2

    Cirə raziyanaya nisbətən nazik our ,rəngi də bir az tünd olur .Cirəni ağızda çeynəyəndə bir az şirin dadır .Raziyana cirəyə nisbətən yoğun olur .Bu şəkildəki raziyanadır. Hər kəsə can sağlıği arzulayıram.Məlumatiniz üçun TŞK -lər sizə !

    • @AfətAqaliyeva
      @AfətAqaliyeva 3 месяца назад

      Bu cirədirsə elə razyanayla eynidir ki

  • @isabalahesenov5822
    @isabalahesenov5822 4 месяца назад +1

    Çox sağ ol allah köməyin olsun inşallah Bakıdan salamlar

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun

  • @atillahesenli2529
    @atillahesenli2529 3 месяца назад +1

    Cirə ən sevdiyim ədviyatdı

  • @TaghiHajizada
    @TaghiHajizada 3 месяца назад +2

    Keçmişdə, üyüdülmüş cirəyə düz qataraq yağçörəyin üzərinə səpib çirin çayla yeyərdik. İndi isə, cirəni razyana ilə birlikdə qəhvəüyüdənlə tozunu hazırlayırıq.

  • @zohrab8735
    @zohrab8735 4 месяца назад +4

    🇦🇿SAQOLUN👍

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Siz sağ olun. Bizi haradan izləyirsiniz?

  • @rnahsnova8238
    @rnahsnova8238 3 месяца назад

    Salam. Razyana toxumu. Köp ücün istifadə etmişəm. Xeyrin görmüşəm. CİRƏDƏN İSTİFADƏ ETMƏMİŞƏM.

  • @BabaImanov-dv8kv
    @BabaImanov-dv8kv 3 месяца назад

    Salam edirem

  • @azadbilalov4366
    @azadbilalov4366 3 месяца назад

    Qəbələdən salamlar

  • @MelekAliyeva-bw6ky
    @MelekAliyeva-bw6ky 3 месяца назад

    Men icirem gozel qoxusu var

  • @Gülər-72
    @Gülər-72 4 месяца назад +2

    Yəni faydası olacaq? Məndə də köp var. Ağrı yoxdu, ama şişkinlik var.

  • @AfaAbdullayeva-f5q
    @AfaAbdullayeva-f5q 4 месяца назад +3

    Əvvəllər süfrəyə cirə ilə duzu qarışdırıb qoyardılar Faydasına görə

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Eşitməmişdim. Bunu evdə edəcəm. Təşəkkürlər məlumata görə.

    • @c.a.l.m.s.1952
      @c.a.l.m.s.1952 3 месяца назад +1

      Hə düzdü.Mənim anam deyirdi ki əvvəllər stolun üstündı duzdan istiotdan əlavə həmişə cirə razyana darçın ......mütləq olurdu.

  • @asifesgerov3284
    @asifesgerov3284 4 месяца назад +2

    Coxlu -coxlu zag olun .Cūyūt toxumunu bilirdim çirəni yox

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      Siz sağ olun. Bizə haradan baxırsınız?

    • @asifesgerov3284
      @asifesgerov3284 4 месяца назад

      @@birbaxkanal Geranboydan .Burada artıq ətrafımda olan hər kəs sizi tanır və dua edir.

  • @xedicebs9888
    @xedicebs9888 4 месяца назад

    Salam.Çox sağ olun.Bakı

  • @zeynebmehdiyeva7782
    @zeynebmehdiyeva7782 21 день назад

    Bəli mən istifadə edirəm

  • @kovakadini88
    @kovakadini88 4 месяца назад +3

    Cirə yoxsa Razyana ? 🤔

  • @Resmiye-bw6kd
    @Resmiye-bw6kd 4 месяца назад +1

    Razyanadır kollarından bilinir

  • @Resmiye-bw6kd
    @Resmiye-bw6kd 4 месяца назад

    Şabrandan salamlar

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Salamlarımızı göndəririk.

  • @NagiQafar
    @NagiQafar 4 месяца назад +2

    CIRE XEYIRLERI TEZIQI NIZAMLAYIR AQRI AZALDIR

  • @semarahimova8339
    @semarahimova8339 3 месяца назад

    Razyanaya cox oxşayir faydalarida eynen odu belke odu

  • @Aida-zt4jj
    @Aida-zt4jj 4 месяца назад

    İstifadə edirdim ama bu qədər faydalarını bilmirdim və eyni zamanda zərərlərinidə 👏🏼👏🏼👏🏼👏🏼

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun

  • @kalbimdeallahallahbanayete8046
    @kalbimdeallahallahbanayete8046 3 месяца назад

    Cire türkce nedir adı🤔

  • @İradə-l9v
    @İradə-l9v 4 месяца назад +5

    Bu razyanadır

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Çox oxşayır deyə bəzi kadrlarda razyana şəkli gedib.

    • @elvinmemmedov-ze1wp
      @elvinmemmedov-ze1wp 3 месяца назад

      Razyana faydalidlr ya bu cire ?

  • @КамалаКамала-я8ъ
    @КамалаКамала-я8ъ 4 месяца назад

    Mən Rusiya Krımdan

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun

  • @GulsarQuliyeva
    @GulsarQuliyeva 16 дней назад

    Şüyüd toxumudu

  • @kemaleezizova2930
    @kemaleezizova2930 4 месяца назад +2

    Ay bsla bu cirə yox razyanadı

    • @VüqarXudiyev-z8e
      @VüqarXudiyev-z8e 4 месяца назад +1

      Düz qeyd elədiz,bu, razyənədir.

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İnternerdə cirə yazıb axtarış verin. Toxumlar çox bənzəyir

    • @VüqarXudiyev-z8e
      @VüqarXudiyev-z8e 4 месяца назад

      @@birbaxkanal Təşəkkür.

  • @QaratelCəbrayılova
    @QaratelCəbrayılova 3 месяца назад

    Bu cirədi ra, ziyana?

  • @FarahimAlili
    @FarahimAlili 3 месяца назад

    Bəli biliriy nizamsız istifadə ediriy

  • @LmanSabanova-bk5nl
    @LmanSabanova-bk5nl 4 месяца назад

    Bu cirə dediyiniz məgər çüyütmü toxumudu yəni mənə deyərdiz xaiş edirəm

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Tamam başqa bitkilərdir. Amma çox oxşayır. Marketlərdə üzərinə adı yazılır. Alanda baxın mütləq. Bəzən toz halında da satılır.

  • @sefigeqandaxova145
    @sefigeqandaxova145 4 месяца назад +2

    Razyanadımı

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Çox bənzəyir toxumları

  • @govherrzayeva5783
    @govherrzayeva5783 4 месяца назад

    Bu razyaniya oxwayir

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Oxşayır bəli, amma cirə başqa bitkidir

  • @nokta511
    @nokta511 3 месяца назад

    Razyanadır

  • @Fatoş_132
    @Fatoş_132 3 месяца назад

    Bu şüyüdü axı

  • @nokta511
    @nokta511 3 месяца назад

    Razyanadır

  • @nokta511
    @nokta511 3 месяца назад

    Razyanadır