Mehriban Əliyeva Ramanada məcburi köçkün ailələri üçün inşa edilən bina ilə tanış olub

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024
  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub.
    Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bina barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi.
    Bildirildi ki, bu bina “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib. Tikinti işlərinə bu ilin mart ayında başlanılıb. Beşmərtəbəli binada beş birotaqlı, iyirmi ikiotaqlı, iyirmi üçotaqlı və beş dördotaqlı mənzil var.

Комментарии •