Это видео недоступно.
Сожалеем об этом.

AKU-da 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası onlayn rejimdə davam edir

Поделиться
HTML-код
  • Опубликовано: 29 июн 2020
  • AKU-nun rektoru, professor Eldar Quliyev onlayn təşkil olunan imtahan sessiyasını izləyib. Rektor koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyətə uyğun olaraq AKU-da onlayn formada tədrisin məsafədən təşkil edildiyini xatırladıb və bunun üçün bütün texniki imkanların yaradıldığını bildirib. Rektor tələbələrinin böyük əksəriyyətinin Micrasoft Teams platformasından istifadəsinin və onlayn tədrisə cəlb olunmasının təmin edildiyini söyləyib və bildirib ki, tədris olunan fənlərin hər biri proqram üzrə tam onlayn formada təşkil edilib.
    Rektor professor Eldar Quliyev ümumilikdə Azərbaycan təhsilinin pandemiyanın yaratdığı sınaqlardan uğurla çıxdığını, eyni zamanda imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini vurğulayıb. O, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi istiqamətində verilən qərara toxunaraq, məsələnin nəzarətdə saxlanıldığını və bu istiqamətdə iş aparıldığını bildirib.
    Rektor yaz imtahan sessiyanın şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün texniki tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini nəzərə çatdırıb. Eldar Quliyev imtahan nəticələrindən narazı qalan tələbələrin universitetdə yaradılmış apelyasiya komissiyasına onlayn şəkildə müraciət etmə imkanlarının olduğunu bildirib. Tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndiriləcəyinə əminliyini ifadə edən rektor imtahanda iştirak edən bütün tələbələrin suallarını cavablandırıb və onlara uğurlar arzulayıb.
    Qeyd edək ki, AKU-da yaz semestrinin imtahan sessiyası 10 iyun tarixində başlayıb. Mövcud vəziyyət və tələbələrin rəyləri nəzərə alınaraq imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları vaxtında hazırlanıb və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Həmin qaydalar AKU-nun saytında yerləşdirilib.

Комментарии • 1