Naxçıvanda 6 illik ailələr dağılır - Boşanmaya nə səbəb olur? - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024
  • #APATV #naxçivan #aile #boşanma #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Naxçıvanda 6 illik ailələr dağılır - Boşanmaya nə səbəb olur? - APA TV
    2023-cü ildə digər illərlə müqayisədə Naxçıvan Muxtar Respublikasında bağlanan nikah sayları azalıb. Bir öncəki il bu say 1793 idisə, geridə qoyduğumuz dovşan ilində 1545 nikah bağlanıb. Nikah sayları azalsa da, geridə qoyduğumuz ildə 500-dən çox boşanma qeydə alınıb.
    Ailələrin dağılmasına səbəb kimi bir çox problemlər sadalana bilər.
    Bəs görəsən Naxçıvan sakinləri nə düşünür? Hansı problem ailə dağıtmaq üçün səbəb ola bilər?
    Muxtar respublikada boşanma halları daha çox Naxçıvan şəhəri və Şərur rayonunda qeydə alınıb.
    Dövlət qurumları isə boşanmaların qarşısını almaq üçün ilk olaraq erkən nikahlarla mübarizə aparır.
    Qeyd edək ki, boşanma hallarında nikahda qalma müddəti daha çox 6-8 il aralığında olub. Əksər hallarda isə, öhdəlikdə azyaşlı uşaq qalıb.
    Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi X səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 24

  • @İlkin_Yusifov
    @İlkin_Yusifov 7 месяцев назад +9

    Ankişi nigah sayları hər yerdə azalıb təkcə bizim kentdə 200 dən çhox yaşı keçən oğlan var.səbəbi işsizliy evsizliydi.

  • @user-nn7fr7qo9w
    @user-nn7fr7qo9w 7 месяцев назад +7

    Pul! Maddiyyat...ən əsası

    • @Tayfun555
      @Tayfun555 7 месяцев назад +1

      👍👍👍

  • @user-zw5ch7fc1w
    @user-zw5ch7fc1w 7 месяцев назад +8

    Birinci danışan xanım bütün səbəbləri saydı əsas səbəbi demədi! İşsizlik və yoxsulluq! İşləsə belə bu maaşlarla hec bir gənc ailə ev ala bilməz! Uşaq pulu ya da uşaglı analara hec bir güzəştlər yoxdur! Ümumiyyətlə dünya statistikasına görə Azərbaycan əhalisi kəskin azalacag! Cünki əvvəl hər evdə 3 ya da 4 uşag var idisə indi hər evdə 2 uşag olanda ata ana cox maddi əziyyət cəkir!

    • @AliNagiyev-zd8ch
      @AliNagiyev-zd8ch 7 месяцев назад

      İşsiz və yoxsul niye evlənirki

    • @user-nt9rj8sz4m
      @user-nt9rj8sz4m 7 месяцев назад

      Naxçıvanda adam qalib ki bisansinlar? 😂

  • @OrxanBayramzade1366
    @OrxanBayramzade1366 7 месяцев назад +4

    Dedilər axı maddiyyat, insanların refahını yaxşılaşdırmaq lazımdır,erkən nigahla mübarizə yox, korrupsiya,qanunsuzluq,dərəbəyliklə mübarizə aparmaq lazımdır

  • @demirsuleyman6804
    @demirsuleyman6804 7 месяцев назад +5

    Ay jurnalist ay camaat nigah yox nikah

  • @user-nt9rj8sz4m
    @user-nt9rj8sz4m 7 месяцев назад +2

    Cunki Naxcivanda adam qalmayib hamisi Bakidadir

  • @user-lo3ft7lw4s
    @user-lo3ft7lw4s 7 месяцев назад +2

    Sebeb birdenedi TELEFON

  • @user-uj8wn8kw3p
    @user-uj8wn8kw3p 7 месяцев назад +2

    Aliment ve duzgun bolusmemey. Usag bir il anada bir il atada qalmalidi .

  • @ruzimecidov1825
    @ruzimecidov1825 7 месяцев назад +1

    Kasibliq imkansizliq boyukleri mudaxilesin.

  • @user-pk3zi5jf2u
    @user-pk3zi5jf2u 7 месяцев назад +1

    Naxçıvandan salam.Bu tiktoku çıxaldanın Nənəm deməli dədəbə dədəsinə lənət.Sosiyal şəbəkələr çox ailələri bədbaxt elədi.

  • @ruzimecidov1825
    @ruzimecidov1825 7 месяцев назад +1

    Erken nigah ucun deyile is yerleri acin maaslari artirin besdi milleti surundurduz

  • @PrestijMobile
    @PrestijMobile 7 месяцев назад +2

    Ta ne qaldı

  • @rozabairamalieva6787
    @rozabairamalieva6787 7 месяцев назад +3

    Hər yerdə var bu problem .
    👍💯✅😊

  • @user-pc3pu5is2c
    @user-pc3pu5is2c 5 месяцев назад

    Reyhan Sadiqova birde sen danışmağı öyrenebilseydin keşke😂

  • @birdost8126
    @birdost8126 7 месяцев назад +1

    Puuuul kasibciliq oz basinaliq “sevgi azaddir” suariviz. Hammisini dovlet edir sonrada deyir baaa bosandilar

  • @yasinliyev1081
    @yasinliyev1081 3 месяца назад

    Ailələrin dağılmasının ən böyük səbəbi alimentin hər il artmasıdır aliment artdıqca qızları evdə oturtmaq olmur aliment azalsa vəya ləğv olsa boşanma çox azalacaq

  • @OrxanBayramzade1366
    @OrxanBayramzade1366 7 месяцев назад +3

    Erkən nigahın boşanma ilə heç bir əlaqəsi yoxdur,Avropada 40 yaşından sonra evlənirlər əksəriyyət yenədə boşanma erkən nigah olan ölkələrə nisbətən dəfələrlə çoxdur.

  • @user-be2or3hq9i
    @user-be2or3hq9i 7 месяцев назад

    Son vaxtlar da caycilari acdilar naxcivanda. İs guc yox seherden geceye qeder oturullar caycida arvaddan xeberleri yox. Aile usaqdan xeber yox. Bezi qadinlar da gorur erin aile vecine deyil bosanir bezileri de ozu ucun telefonda onnan bunnan danisir basin qatir sonra da ayrilir ki azad serbest olsun.

  • @user-pc3pu5is2c
    @user-pc3pu5is2c 5 месяцев назад

    gelinlerin dilli olması😂