21Mart,22iyun,23sentyabr,22dekabr
HTML-код
- Опубликовано: 10 ноя 2024
- 21 mart - Yaz gecə -gündüz bərabərliyidir. Günəş ekvatorda zenitdə (900) olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində yaz, Cənub yarım kürəsində payız fəsli başlanır.
22 iyun - yay gündönümüdür. 21 martdan başlayaraq Yerin xəyali oxunun Şimal ucu Günəşə tərəf çevrilərək 90 gündən sonra (22 iyunda) Günəş şüaları 23,50 şm. eni (Şimal tropiki) üzərində zenitdə (yəni düz bucaq altında) olur. Şimal yarım kürəsində yay, Cənub yarım kürəsində qış başlanır. Şimal yarım kürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarım kürəsində ən uzun gündüz, ən qısa gecə olur. Şimal qütb dairəsindən (66,50 şm. en) şimal qütbünə qədər bütün sutka Günəş görünür. Burada - qütb gündüzləri başlayır. Bu vaxt cənub qütb dairəsi ilə (66,50 şm. en) cənub qütbü arasında Günəş bütün sutka görünmür. Burada qütb gecəsi olur. Çünki, cənub qütbü fazaya tərəf (Günəşə əks) çevrilmiş olur.
23 sentyabr -payız gecə-gündüz bərabərliyidir. Günəş 22 iyundan başlayaraq yenidən ekvatora doğru hərəkət edir və 23 sentyabrda ekvatorda zenitdə olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində payız, Cənub yarım kürəsində yaz fəsli daxil olur.
22 dekabr - qış gündönümüdür. 23 sentyabrdan başlayaraq Yerin xəyali oxunun Cənub ucu Günəşə tərəf irəliləyərək 90 gündən sonra 22 dekabrda Günəş Cənub tropiki üzərində (23,50 c. en) zenitdə olur. Cənub yarım kürəsində yay, Şimal yarım kürəsində qış başlayır. Həmin gün Şimal yarım kürəsində ən uzun gecə, ən qısa gündüz olur. Buna səbəb burada Günəşin düşmə bucağının azalmasıdır. Bu vaxt şimal qütb dairəsindən Şimal qütbünə kimi (66,50 şm. en -900 şm e.) qütb gecələri, bunun əksinə Cənub qütb dairəsindən cənub qütbünə (66,50 c. en - 900 c. e.) qədər isə qütb gündüzləri yaranır.
👍👍👍👍👍👍
Əla
Təşəkkür edirəm Uğurum
Əla 👍
Təşəkkür edirəm Aylin
Əla müəllim👍
Eladi Feqan muellim
Təşəkkür edirəm Rəvan
Müəllim çox sağolun
Təşəkkür edirəm Cəbrayıl çox sagol
Əla müəllim daha da yaxşı prayeklərdə görək İnşAllah
Təşəkkür edirəm dəyərli şagirdim
Əla müəllim😊👍
Təşəkkür edirəm Elnarə
Əla dərsdi müəllim
təşəkkür edirəm Səbuhi
Çoxx gözəl müəllim🙂👍🏻
Təşəkkür edirəm Nübar 🙏