📖 Fatir Surəsi 🎙 Qari - ياسر الدوسري | Yasser Al-Dosari

Поделиться
HTML-код
  • Опубликовано: 30 июн 2024
  • 📖 Fatir Surəsi
    🎙 Qari - ياسر الدوسري | Yasser Al-Dosari
    11
    Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
    12
    İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. (Bütün bunlar) (Allahın) lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
    13
    O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
    14
    Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar. Heç kəs (hər şeydən) Xəbərdar olan (Allah) kimi sənə xəbər verə bilməz.
    15
    Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.
    16
    Əgər istəsə, sizi yox edib (yerinizə) yeni bir məxluq gətirər.
    17
    Bu, Allah üçün çətin deyildir.
    18
    Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış da ancaq Allahadır.
    @quranayetleri @raadalkurdy #quranayetleri

Комментарии •