Polis Lökbatanda koronavirusla bağlı reyd keçirdi

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2020
  • Koronavirusla mübarizə tədbirləri çərçivəsində paytaxtın bir neçə ərazisində reydlər keçirilib.
    APA TV-nin xəbərinə görə, DİN-in əməkdaşı Nurlan Əliyev deyir ki, reydlərdə əsas məqsəd COVİD-19 virusu ilə mübarizə dövründə vətəndaşların qoruyucu maskadan və dezinfeksiyaedici məhlullardan istifadəni yoxlamaq olub: “Polis əməkdaşları tərəfindən insanlarla daim profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara riayət edilməsi, ara məsafəsinin təmin edilməsi, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə məlumat verilir. Bu məqsədlə paytaxt ərazilərində keçirilən reydlər zamanı ara məsafəsi gözləməyən, tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür”.
    Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilən nəzarət-profilaktik tədbir zamanı bəzi ictimai-iaşə müəssisələrində qaydalara əməl edilməməsi halları müşahidə edilib.
    Aşkarlanan pozuntular zamanı ikinci cəbhə açmamaq, əsgərlərimizə həm də bu yolla dəstək olmaq barədə vətəndaşlara məlumat verilib.
    Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, tədbirlərin budəfəki əsas istiqaməti şəhərkənarı kənd və qəsəbələri yoxlamaq olub. İctimai nəqliyyatda aşkar olunan pozuntular zamanı vətəndaşlara həm də tibbi maskalar paylanıb: “Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın bütün rayonlarında, eləcə də kənd və qəsəbələrində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir. Ümumi müşahidələr göstərir ki, şəhər sakinlərinin mərkəzi küçələrdə, mərkəzi rayonlarda qaydalara əməl etməsi halları çoxluq təşkil edir, lakin şəhər kənarında, digər kənd və qəsəbələrdə əhali mövcud qayda və normalara daha çox əməl eləmirlər”.
    Qeyd edilib ki, tədbirlər kampaniya xarakteri daşımır və koronavirusa yoluxma sayı azalana qədər daha da geniş miqyasda təşkil olunacaq.
    Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    Rəsmi instagram səhifəmiz: / apatvresmi
    Rəsmi twitter səhifəmiz: / apatvofficial
    #apatv #apaxeber

Комментарии • 3

  • @net3339
    @net3339 Год назад +1

    Polisler ele kisi kimi gezir.siz musorsuzda