Kamran M. YuniS - Arxadan bıçaq vurdun

Поделиться
HTML-код
  • Опубликовано: 8 июн 2024
  • #kamranmyunis #kamranyunis #xəyyammirzəzadə #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya
    Kamran M. YuniS - Arxadan bıçaq vurdun
    Bəstəkar - Xəyyam Mirzəzadə - "Bağ mövsümü" filmindən musiqi
    De mənə
    lütfən...
    Illərin dostuna, şöhrət ya şan,
    ya nə bilim nə üçünsə,
    Arxadan bıçaq vurdun.
    Sonra, necə yaşadın?,
    Sabahları necə oyandın, gecələri necə yatdın?
    İllərini, nəfəsini, sözünü,
    baxışlarını, ömrünü, özünü
    sənə xərcləmiş -
    səni sevmiş ya sevməmiş
    fərq eləmir,
    amma hər şeyindən sənə görə keçmiş birinə,
    arxadan bıçaq vurdun -
    Kürəyinin tam da ortasından,
    Ürəyinin sən adlı damarından,
    Gözlərinin sən adlı baxışından,
    Ömrünün sən adlı yolundan,
    bıçaq vurdun.
    Sonra, necə yaşadın?,
    Sabahları necə oyandın, gecələri necə yatdın?
    Mənə doğrudan da maraqlıdır.
    De...
    Lütfən...
    Heç o bıçaqladığın “Sevdiklərin”
    “Doğmaların, Əzizlərin”
    yuxularına girmədimi?
    Ya insanlıqdan o qədər uzaqsan ki,
    heç xatırlamırsan o bıçaqladıqlarını?
    De...
    Yox, ya da demə...
    Zatən adam olsaydın bıçaqlamazdın ki,
    sənə, hətta sənin özündən də çox dəyər verənləri.
    Amma, unutma...
    Deyir:
    “Yaşatdıqlarını yaşamayınca ölmür insanlar”
    Bilmirəm elədi ya yox, amma...
    Elə eşitmişəm filmlərdən...
  • КиноКино

Комментарии • 19

  • @cickyags4191
    @cickyags4191 Месяц назад +4

    Amma, unutma....
    Deyir:
    "Yaşatdıqlarını yaşamayınca ölmür insanlar"
    🌺🌺🌺🌺🌺👏👏

  • @kamashemsa.8435
    @kamashemsa.8435 Месяц назад +3

    Var olun!
    Sözünüz, səsiniz tükənməsin, dəyərli sənətkarımız!

  • @lolaazeri3917
    @lolaazeri3917 Месяц назад +3

    Çox var olun
    DƏYƏRLİ SƏNƏTKARIMIZ 👏👏👏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Месяц назад +4

    Gecəniz xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 29 дней назад +1

    Var olun

  • @vusalemelik.8108
    @vusalemelik.8108 Месяц назад +3

    Ağır cümlələrdi... Çox ağır haldır bu... Bəli, yaşatdıqlarını yaşamadan ölməzmiş insan. İlahi ədalət var, bir az gecikə bilir, hər şeyin bizim bilmədiyimiz bir ilahi vaxtı da var. Amma nə olur olsun ədalətin tərəzisi heç səhv etməz. Bəzən heç xəbərimiz olmur; biz bir gün ayağa qalxıb yolumuza davam etdiyimiz zaman, sən demə o insan vurduğu yaranın, qırdığı qəlbin haqqını ödəməklə məşğul olur. Heç kimin haqqı heç kimdə qalmaz. Biz qəlbimizdən mərhəməti əskik etməyək.
    Siz var olun dəyərli Kamran bəy🙏✨️

  • @elmarammmdova882
    @elmarammmdova882 Месяц назад +3

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.Allah qorusun sizləri.

  • @raulagayev1657
    @raulagayev1657 Месяц назад +2

    🙏🙏

  • @nezaketletifova1118
    @nezaketletifova1118 Месяц назад +3

    Salam Kamran mellim.Çox gözel yazmısınız ve çox gözelde ifa..Üreyinize,sesinize sağlıq.Var olun gözel senetkar

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 Месяц назад +1

    Təşəkkür edirəm .

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı Месяц назад +1

    Səsinizə, sözünüzə qüvvət, əziz Ustadımız.
    Heç nə olmamış kimi yaşayırlar arxadan bıçaq vurmağa adət edənlər, sonda isə etdikləri bir başqa formada qarşılarına çıxır.
    Bəli, Ustad, həmin anda vurduqları zərbənin ağrısını ürəklərində duyurlar..
    Lakin geriyə qayıdan yollar çoxdan itmişdir, yaşatdığını yaşayan itən yollara təəssüflə baxır və yenə də məyus gözlərlə baxır...baxır..

  • @sevdababayeva6225
    @sevdababayeva6225 Месяц назад +1

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @fatimulusoy4228
    @fatimulusoy4228 Месяц назад +3

    Geceniz xeyirKamran mellim

  • @leylaorucova77
    @leylaorucova77 29 дней назад +1

    Var olun❤

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 Месяц назад +2

    VİCDANI OLAN BIÇAQLAMAZ Kİ.. NECƏ RAHAT YATIRLAR...SƏNDƏN ÖTRÜ CANINI VERƏN BİRİ AĞLAYARKƏN,NECƏ GÜLÜMSƏDİLƏR GÖRƏSƏN...

  • @behbudovamanzar
    @behbudovamanzar Месяц назад +3

    Salamlar!Necə də doğru,düzgün yazmısınız!Və ...deyəndə elə dediniz ki,gözümdən yaş gəldi, dinləyəndə!Elə bil ki,öz başınıza gəlib!Belə də həssasliq nəyə gərəkdir?Unudun ,getsin!Onu öz vicdanı ilə baş _ başa qoymaq lazımdır!Ən ağır məhkəmə vicdan məhkəməsidir!Qoy utansın, əməllərindən!İndi mənə haqq qazandırarsiniz!Bəs mənim atamın da çörəyini yeyənlər elə etmədilərmi?Ona görə dediyiniz kimi yaşatdıqlarını yaşamalıdırlar!Allaha həvalə edək,hamısını!Allah sizə kömək olsun!Tarix boyu belə olub!Ona görə də özünüzdən başqa kimsəyə inanmayın! Təşəkkürlər!🙏🌹

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 Месяц назад +1

    ÜRƏYİMİN SƏN ADLI DAMARINDAN...

  • @behbudovamanzar
    @behbudovamanzar Месяц назад +1

    Salamlar!O "Tütək səsi" ndə rəhmətlik Məmmədrza Seyxzamanov deyir e.e:"Bir də olmaz!"Həmişə biz məktəbdə nəyə sə,uşaqlara hirslənəndə Nərgiz m.deyirdi:A Qurban ,bir də olmaz!🤣Onda bizi gülmək tutur du!Bir də nəyə isə pul yığanda yenə də :"Bir aylıq məvacibim!"_ deyirdi!🤣Ona görə də...çox da ürəyinizə salmayın!Unudun getsin!Elə təsəvvür edin ki,heç olmayıb! Özünüzu belə "boş _boş şeylər"lə yormayın!Mənə baxın,mənim ürəyimə xəncər soxublar,hələ də ölməmişəm! Unutmuşam!🤣İndi bunları fikirləşə _ fikirləşə ağaca çıxmışam! Yarpaq yığmışam, hirsimdən!Gedirəm,uşaqları görəm,onlardan müsbət enerji alam!🤣