Orkhan Zeynalli - Bir Addımlıq Yol (Rəsmi Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Orkhan Zeynalli-nın “Bir Addımlıq Yol” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya RUclips-da abunə ol: mikpro.az/ozey...
    Prodüser: Onree Gill
    Söz: Orkhan Zeynalli
    Miksinq və masterinq: Adil Nəcəfov
    Albom koveri: Amal Alili
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Giriş]
    Hələ çox atacaqlar səni
    Uçurumdan, hamı qaçır onda geri
    Hələ çox qoyub gedən olacaq itirəndə
    Səni bitirənlər bilir
    Hələ nə qədər hekayələrin sonu
    Sən istəməsən də, verəcək ağrı
    Hələ nə qədər dost azacaq yolu
    Yaşa dolanda itirəcək ağlı
    [Bənd 1]
    Sən indi haradasan, hansı “этап’’ında həyatın
    Ağır dərslər, imtahanlar, yoxsa ki ofis?
    Bəlkə bir yasəməntək solur gülqabında həyatın
    Hər şeyi al vaxtında əlinə, yoxsa olacaq çox pis
    Bəlkə də, ayrılırsan indi sevgilindən
    Ətrafında hamı uğur qazanıb
    Gör səndən başqa
    Bilirəm, razı deyilsən, yəqin, hər günündən
    Amma ki bütün sevgilər
    Birinci səndən başlar
    [Nəqərat]
    Həyatlar, ölümlər
    Dayazlar, dərinlər
    Aralarında bir addımlıq yol
    Həyatlar, ölümlər
    Dayazlar, dərinlər
    Aralarında bir addımlıq yol
    [Keçid]
    Çox heyif ki, vaxtımız azdır
    Gözəlliyi, möcüzəni
    Zülmü yaşamaq üçün
    Vaxtımız azdır...
    [Bənd 2]
    Mənim öz hekayəm var
    Səninki qədər dərdli olmasa da
    Mən də böyüməmişəm
    Bərəkətlə bol masada
    İnan ki, çıxıb getmək
    Yoxa çıxmaq arzularım az olmayıb
    Soyuq divarlar idi
    Evimizdə yaz olmayıb
    Amma ki kimdir günahkar?
    90-lar, çətin həyat
    Ürəyimin içindəki yağışlı havada çətirdə yat
    Kəsilmək imtahandan, qovulmaq iş yerindən
    Borc, xərc, pulsuzluq
    Arzunla aranda çəpər qoyar
    Səni itələyir pəncərədən sanki bir əl
    Düşünürsən, hamı xoşbəxtdir, bil, səndən başqa
    Dostlarını axtarmasan, hamı səni öldü bilər
    Tək dostun özünsən və bu yol səninlə başlar
    [Nəqərat]
    Həyatlar, ölümlər
    Dayazlar, dərinlər
    Aralarında bir addımlıq yol
    Həyatlar, ölümlər
    Dayazlar, dərinlər
    Aralarında bir addımlıq yol
    Orkhan Zeynalli tərəfindən ifa olunan “Bir Addımlıq Yol” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #BirAddımlıqYol #mikpro

Комментарии • 46