Evə soyuducu seçirik. Umico və Optimal.

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2024
  • Soyuducular hər bir evin olmazsa olmazıdır. Bizə ən çox xidmət göstərən bu məişət texnikasını nə qədər düzgün seçsək bizə o qədər yaxşı xidmət göstərə bilər. Düzdür ki, soyuducu seçimləri universal deyil və bizim həyat tərzimizə görə fərqlənə bilər. Biz də Umico Home rubrikasında sizin üçün tərəfdaşımız Optimal ilə birlikdə düzgün soyuducu seçmək üçün bir məqalə hazırladıq. Bu məqalədə Optimal Electronics-in texnologiya eksperti Zöhrab Huseynov bizə soyuducu seçərkən nələri nəzərə almağımızı və soyuducumuzun daha uzunömürlü olması üçün nələr edə biləcəyimizi qeyd edəcək. Gəlin başlayaq soyuducu seçərkən hansı məqamlara, niyə diqqət etməli olduğumuzdan.
    • Soyuducunun işləmə prinsipi
    Bu nüans soyuducu alarkən ilk diqqət edilməli olan ən vacib məqamdır. Çünki bu soyuducuları insanların həyat tərzinə görə fərqləndirən əsas funksiyadır. Hazırda soyuducular 2 işləmə prinsipinə görə fərqlənir. NO FROST və LOW FROST.
    NO FROST soyuducularının daxilində quru mühit olur. Və bu soyuducularda ərzaqlar qapalı şəkildə daha uzun müddət dayana bilir. Adətən yeməklərini həftəlik olaraq bişirib qapalı şəkildə soyuducuda saxlayan insanlar üçün nəzərdə tutulur. Bu soyuducular dondurucu bölməsini öz-özünə təmizləyirlər. Və buna görə də bəzən səsli işləyə bilirlər.
    LOW FROST yəni “şaxtasız” soyuducularının daxilində nəmli mühit olur və bu soyuducularda ərzaqlar açıq şəkildə saxlanılmalıdır. Çünki daxildə nəmli mühit olduğuna görə açıq ərzaqların uzun müddət təzə saxlanılması üçün şərait yaranır. Belə soyuducular daha çox gündəlik bazarlıq edən və gündəlik yemək bişirən insanlar üçün nəzərdə tutulub. Bu soyuducular dondurucu bölümünü özü təmizləmir və çox səssiz işləyir. Lakin 2 ildə bir dəfə buzu əridib dondurucu bölümünü təmizləmək lazımdır.
    Evinizdəki soyuducunun hansı prinsiplə işlədiyini öyrənmək üçün soyuducu bölməsinin arxa divarına nəzər yetirin. NoFrost soyuducusunda havanın çıxması və quru soyuq mühit yaranması üçün arxa divarda kiçik kanallar olur. Low Frost soyuducusunda isə daxildə nəmli mühit yaratmaq üçün soyuducunun arxa divarında çox nazik buz təbəqəsi görə bilərsiniz.
    • Enerji sistemi
    Soyuducular elektrik enerjisinə qənaət baxımından da soyuducular fərqlənir.
    A+ enerji sinifinə daxil olan soyuducular elektrik enerjisinə 20% qənaət edir
    A++ enerji sinifinə daxil olan soyuducular elektrik enerjisinə 40% qənaət edir
    A+++ enerji sinifinə daxil olan soyuducular elektrik enerjisinə 60% qənaət edir
    Təbii ki elektrik enerjisinə ən çox qənaət edən soyuducular digərlərinə nisbətən baha olur, lakin uzun müddətli istifadədə daha sərfəli olduğuna inanılır.
    • Soyuducunun ölçüsü
    Soyuducu seçərkən həmçinin mütləq onun ölçüsünə diqqət etmək lazımdır. Evdə soyuducu üçün nəzərdə tutulan yeri mağazaya getmədən öncə mütləq ölçün. Ölçü ilə bağlı problemlər adətən kiçik ölçülü mətbəxlərdə və mətbəx mebelinin içinə yerləşdirmək üçün nəzərdə tutulan soyuducularda rast gəlinir. Həmçinin nəzərə alın ki əgər bütün soyuducuları mətbəx mebelinin daxilinə yerləşdirmək olmaz. Əksər soyuducuların kənarlarında havalandırma üçün mütləq boşluq saxlamaq lazımdır. Sırf mətbəx mebeli daxilinə yerləşdirmək üçün istehsal olunan “Ankastre” soyuducular da var.
    • Soyuducunun funksionallığı
    Soyuducular adətən dodurucunun yuxarıda və ya aşağıda olmasına görə fərqlənir. Sizə uyğun olan funksionallığı təyin etmək üçün hər iki formalı soyuducunun qarşısına keçib qapılarını açın. Onu istifadə edirmiş kimi xəyal edin. Hansı sizə rahatdırsa sizin soyuducunuz odur.
    Bu əsas nüanslardan sonra təbii ki 2-ci dərəcəli nüanslar da var. Dərin dondurucusu, dərin soyuducusu, meyvə tərəvəz üçün xüsusi temperaturu olan, qapısında buz və soyuq su funksyası olan soyuducular və daha nələr-nələr. Sırf sizin həyat tərzinizə uyğun olan əsas nüansları dəqiqləşdirdikdən sonra 2-ci dərəcəli funskyalarını da dəyərləndirə bilərsiniz.
    Soyuducunun daha uzun ömürlü olması üçün də mütləq diqqət edilməli olan məqamlar var.
    • İstifadə kitabçasını oxuyun
    Ümumiyyətlə hansısa texnologiya alanda onun istifadə kitabçasını mütləq oxumaq lazımdır. Həmçinin soyuducuların da funksiyalarını və işləmə prinsipini nə qədər yaxşı bilsəniz, həmin soyuducudan o qədər çox faydalana bilərsiniz.
    • Ərzaqlarınız soyuducunun divarına çox yaxın yerləşdirməyin
    Soyuducunun divarına ərzaq və ya qab yerləşdirəndə hava çıxışı kanalı yaranmır, çox halda divara yaxın yerləşdirilən qab və ya ərzaq donur. Bu həm ərzağa həm də soyuducuya zərər verə bilir.
    • Bütün yeni ərzaqları birdən soyuducuya yerləşdirməyin
    • Soyuducunun qapısını mümkün qədər az açın
    • Soyuducunun daxilini mütəmadi olaraq təmizləyin
    Siz də növbəti dəfə soyuducu alarkən mütləq öz həyat tərzinizə uyğun olması üçün yuxarıdakı nüanslara diqqət edin. Optimaldan istənilən texnologiyanı alan zaman 2% Umico bonusları ilə keşbeki qazanmağı unutmayın!

Комментарии • 15

  • @zahirsohbet
    @zahirsohbet 3 года назад +1

    Zöhrab müəllim çox ətraflı məlumat verir.

  • @zohrabdadashov2442
    @zohrabdadashov2442 4 года назад

    Adaş cox saq ol.Çox faydalı məlumatlar verdin.

    • @UmicoTV
      @UmicoTV  3 года назад

      Təşəkkürlər

  • @gulnaraliyeva2390
    @gulnaraliyeva2390 3 года назад

    Cox təşəkkür edirəm məlumatlar ücün.

  • @aynurehasanova9805
    @aynurehasanova9805 4 года назад +1

    Cox sag olun melumat a gore

    • @UmicoTV
      @UmicoTV  4 года назад +1

      Siz sağ olun!

  • @khal4265
    @khal4265 4 года назад

    Спасибо за полезную инфу!

    • @UmicoTV
      @UmicoTV  4 года назад +1

      Вам большое спасибо

  • @gunelrefibeyli6040
    @gunelrefibeyli6040 4 года назад

    Cox xeyirli melumat oldu cox sagolun

    • @UmicoTV
      @UmicoTV  3 года назад

      Təşəkkürlər

  • @ninaso1336
    @ninaso1336 Год назад

    samsunq necədi almaqa deyer?

  • @muradsukurlu_14
    @muradsukurlu_14 3 года назад

    Bes defrost nedir? Onu demediniz

  • @lokiraqnarok3745
    @lokiraqnarok3745 3 года назад +2

    bu ne geyimdi ele bil pastelden durmusan dyshuk