ƏCNƏBİLƏRİN AZƏRBAYCANDA MÜVƏQQƏTİ QALMA MÜDDƏTİ ARTIRILIB

Поделиться
HTML-код
  • Опубликовано: 16 июл 2018
  • Miqrasiya ilə bağlı qanunvericiliyinə edilən yeni dəyişikliklər qüvvəyə minib. bundan sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün deyil artıq 15 gün qeydiyyata düşmədən Azərbaycanda qala biləcəklər. Qalma müddəti 15 gündən artıq olduqda isə Dövlət Miqrasiya Xidmətində yaşadıqları yer üzrə qeydiyyata düşməli olacaq. Digər bir dəyişiklik isə daimi yaşama icazəsi almaq üçün müraciətlə bağlıdır.
    Bundan əvvəl əcnəbi və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda ölkə ərazisinə gəlməsinə 5 illik qadağa qoyulurdusa, indi bu, da aradan qaldırılır. Artıq əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olan məsələlər aradan qalxdıqda onların ölkəyə gəlməsinə yenidən icazə veriləcək.
    Digər bir dəyişiklik isə inzibati cərimə ilə bağlıdır. Artıq inzibati tənbeh haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində cəriməni ödəməyən şəxsə dəbbə pulu hesablanacaq.
    Miqrasiya və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin məqsədi ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsidir. Bununla vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılması, məmnunluqlarının artırılması təmin ediləcək. Eyni zamanda bu dəyişikliklər şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.

Комментарии •