Bu şəxslərə VÖEN açmaq tövsiyə edilmir - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #APATV #İqtisadiyyatNazirliyi #DövlətVergiXidməti #VÖEN #tövsiyə #Vətəndaş #dələduzluq #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan bəzi cinayət işlərinin istintaqı zamanı vergiləri ödəməkdən yayındırılmış müəssisələrin direktorlarının, təsisiçilərinin və ya fərdi sahibkarların həmin fəaliyyətlə əlaqəsinin olmadığı, onların adına açılmış elektron imzaların (əsasən, ASAN imza) digər şəxslərə verildiyi, sahibkarlıq fəaliyyəti ilə məhz həmin şəxslərin məşğul olduğu müəyyən edilib.
    Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar.
    Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatlarını həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.
    Dövlət Vergi Xidməti sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamağı (müəssisə təsis etmək və ya VÖEN əldə etmək) və qeyd edilən şəxslərin vədlərinə inanmamağı tövsiyə edir.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 5

  • @qurbandervish
    @qurbandervish Год назад +3

    Bu adamlardan biride menem...menimkimi bir cox adamda taniyiram

    • @AristakratTv
      @AristakratTv 3 месяца назад

      Qardas mene is yerinden deyirlerki adina vön acilsin meni nece aldada bilerler xais edirem deyin

    • @ziyaismayilov636
      @ziyaismayilov636 3 месяца назад

      Acmayın ağlınız olsun​@@AristakratTv

  • @rovsnliyev9997
    @rovsnliyev9997 Год назад +3

    Biz heç Sizədə inanmırıq...

  • @AristakratTv
    @AristakratTv 3 месяца назад

    Nece yani men is yerim mene deyir is ucun vön acilmalidir meni nece aldada bilerki ?