Это видео недоступно.
Сожалеем об этом.

UCQAR KƏNDLƏRƏ QAYIDIŞ BAŞLAYIB

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2020
  • Yeni yaradılan infrastruktur layihələri vaxtilə yurd yerini tərk etmək məcburiyyətində qalanların geri dönüşünü sürətləndirib
    Dövlət başçımızın tapşırığına əsasən ucqar dağ kəndlərində həyata keçirilən layihələrin nəticəsidir ki, əvvəllər sosial çətinliklər səbəbindən digər yaşayış məntəqələrinə üz tutanların kəndlərinə qayıdışı sürətlənib.
    Qubanın Qonaqkənd qəsəbəsi qədim yaşayış məsgənlərimizdəndir. 1959-cu ilədək rayon mərkəzi olan Qonaqkənddə hazırda 2 min nəfərə yaxın əhali yaşayır.Bu qəsəbədə uzun illər mövcud olan sosial çətinliklərin əhalinin yaşam vəziyyətinə təsirinin nəticəsiydi ki, çoxsaylı qonaqkəndli yaşadığı yeri tərk edib ətraf yaşayış məntəqələrinə köç ediblər.Artıq bu vəziyyət müsbətə doğru dəyişmədədir.Dövlət başçımızın tapşırığına əsasən son illər Qonaqkənd qəsəbəsində və ətraf yaşayış məntəqələrində həyata keçirilən sosial layihələr bu yerlərdə yaşam vəziyyətinə müsbət təsir edib.Yeni yaradılan infrastruktur layihələri vaxtilə yurd yerini tərk etmək məcburiyyətində qalanların geri dönüşünü sürətləndirib. Quba rayon İcra Hakimiyyəti başçısının Qonaqkənd qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu il ərzində gördüyü işlərə dair hesabat yığıncağında Quba-Qonaqkənd yolunun çəkilişindən, bu mühüm və strateji yol-infrastruktur layihəsinin uğurlu icrasından, ötən il Qonaqkənd və ətraf yaşayış məntəqələrinin təbbi qazla təminatından, elektrik enerjisi, rabitə, Internet təminatının yaxşılaşdırılmasından razılıqla söhbət açılıb.Və bütün bu önəmli layihələrin icrasına görə dövlət başçımıza minnətdarlıq ifadə olunub. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin qonaqkəndlilərlə keçirdiyi görüşdə bu qəsəbənin gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub.Vətəndaşların müraciətləri dinlənib. Həlli vacib məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.Onu da qeyd edək ki,Qonaqkənd qəsəbə sahə xəstəxanası üçün yeni binanın tikintisinin başa çatdırılması və müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunması bu qəsəbədə həyata keçirilən önəmli sosial layihələrdəndir.Həmçinin yaxın günlərdə qəsəbənin mərkəzində yeni mədəniyyət evi binasının tikintisinə də başlanacaq. Yeni mədəniyyət evi binasının layihəsi ilə tanış olan icra başçısı işlərin keyfiyyətli görülməsi və nəzərdə tutulan vaxtda başa çatdırılmasını tapşırıb.Qəsəbə ağsaqqalarından olan vətəndaşın nəvəsinin səhhəti ilə bağlı müraciəti əsasında ailənin yaşadığı evdə xəstəyə baş çəkən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və həkim heyəti hər cür lazımi tibbi yardımın göstəriləcəyi vədini veriblər
    ☎ +994 23 33 5 56 4
    📱 +994 55 237 86 01
    📍 Quba / H.Əliyev pr.219
    🌐 www.qafqaztv.az
    www.qafqaztv.az
    / qafqaztv.az
    / qafqaztv.az
    / qafqaztvaz

Комментарии •