Şəhriyar - Heydərbabaya salam - 1 (Şəhriyarın öz səsindən eşidin.)
HTML-код
- Опубликовано: 30 апр 2010
- Heydərbaba*1, ildırımlar şaxanda,
Sellər-sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.
Heydərbaba, kəhlikliklərin (kəkliklərin) uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.
Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qarçiçəyi*2 çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eyləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Heydərbaba, gün dalıvı dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Heydərbaba, sənin üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sora (sonra) sənin başın sağ olsun,
Dünya qəzov-qədər, ölüm-itimdi,
Dünya boyu oğulsuzdu, yetimdi.
Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələnmədim gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim, döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus, bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Görənməsək, halal edin bizləri.
Heydərbaba, Mir Əjdər*3 səslənəndə,
Kənd içinə səsdən-küydən düşəndə,
Aşıq Rüstəm*4 sazın dilləndirəndə,
Yadındadır nə hövləsək qaçardım?
Quşlar təkin qanad çalıb uçardım.
Şəngilava*5 yurdu aşıq alması*6,
Gahdan gedib orda qonaq qalması,
Daş atması, alma, heyva salması,
Qalıb şirin yuxu kimi yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.
Heydərbaba, Quru gölün*7 qazları,
Gədiklərin sazaq çalan sazları,
Kət-gövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub seyr edərəm özümdə.
Heydərbaba, Qaraçəmən cadası,
Çovuşların gələr səsi, sədası,
Kərbalaya gedənlərin qadası,
Düşsün bu ac, yolsuzların gözünə,
Təməddünün uyduq yalan sözünə.
Heydərbaba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sərneveştin yazdırıb,
Salıb xəlqı (xalqı) bir-birinin canına.
Barışığı bələşdirib qanına.
Göz yaşına baxan olsa, qan axmaz,
İnsan olan, xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz Məhərrəm olmaqdadır.
Xəzan yeli yarpaqları tökəndə,
Bulud dağdan yenib (enib) kəndə çökəndə,
Şeyxül-İslam*8 gözəl səsin çəkəndə,
Misginli söz ürəklərə dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.
Daşlı bulaq*9 daş-qumunan dolmasın,
Bağçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz olmasın,
Deynə (sən de), bulaq, xeyrin olsun, axarsan,
Üfüqlərə xumar-xumar baxarsan.
Heydərbaba, dağın, daşın sərəsi,
Kəhlik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi (qarası),
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyardım, çoban, qaytar quzunu.*10
Heydərbaba, sulu yerin düzündə,*11
Bulaq qaynər (qaynar) çay-çəmənin gözündə,
Bulaqotu*12 üzər suyun üzündə,
Gözəl quşlar ordan gəlib keçərlər,
Xəlvətliyib bulaqdan su içərlər.
Biçin üstü sünbül biçən oraqlar,
Eylə bil ki, zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçinçilər ayranların içərlər,
Bir huşlanıb sondan durub biçərlər.
Heydərbaba, kəndin günü batanda,*13
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda,
Bizdən bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmu-qüssə de.
Qarı nənə gecə nağıl diyəndə (deyəndə),*14
Külək qalxıb qap-bacanı (qapı-bacanı) döyənədə,
Qurd keçinin Şəngülüsünü yiyəndə (yeyəndə),
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sora (sonra) solaydım.
Əmməcanın bal bəlləsini*15 yiyərdim,
Sondan durub iç donumu giyərdim (geyədrim),
Bağçalarda tiringəni*16 diyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim...
Həçi xala*17 çayda paltar yuyardı,
Məmmədsadıq damlarını suvardı,
Heç bilməzdik dağdı, daşdı, duvardı (divardı),
Hər yan gəldi şıllaq atıb aşardıq,
Allah, nə xoş qəmsiz-qəmsiz yaşardıq!
Şeyxül İslam münacatı diyərdi,
Məşədi Rəhim*18 ləbbadəni giyərdi,
Məşd Hacəli bozbaşları yiyərdi,
Biz xoşuduq, xeyrat olsun, toy olsun.
Fərq eləməz hər nolacaq, qoy olsun.
Məlik Niyaz*19 vərəndilin salardı,
Atın çapıb qeyqacından (qıyğacından) çalardı,
Qırğı təkin gədik başın alardı,
Dolayəya qızlar açıb pəncərə,
Pəncərlərdən nə gözəl mənzərə.
Heydərbaba, kəndin toyun tutanda*20,
Qız-gəlinlər həna (xına), piltə satanda,
Bəy gəlinə damdan alma atanda*21,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarında sözüm var.
(محمد حسین شهریارحیدر بابایه سلام)
*1 - Heydərbaba- Bir kənd dağının adıdır. Bu şeirdə maraciət obyekti, şahid və qayə seçilmişdir.
*2 - Novruzgülü və Qarçiçəyi iki gözəl güldür. Yazın əvvəlində qarın altında və daşların arasından baş qaldırır. Birincisi bənövşəyi rəngli və gəlin kimi utancaq, ikincisi ağ rəngli, aşıq kimi şuxdur.
*3 - Mir Əjdər- məşhur bir çavuşun adıdır.
*4 - Aşıq Rüstəm- məşhur bir xanəndə və çalğıçının adıdır.
*5 - Şəngilabad- gözəl bağ- bağatları olan kənddir.
*6 - Aşıq alması- yarısı qırmızı, yarısı sarı olan bir növ almadır.
*7 - Quru göl- məşhur Şibli dolayının altında, Tehran şossesinin kənarında olan böyük bir göldür. İlin müəyyən vaxtlarında vəhşi qazlar, ördəklər uçuşub gələndə əzəmətli bir görkəm alır. Yayda suyunun çoxu çəkildiyindən Qurugöl adlanır.
*8 - Şeyxül İslam- aydın fikirli ruhani vaiz, həmin yerin hörmətli adamlarındandır. Cavanlıqda gözəl səsi olmuş və onun minacatı lazımi yerdə Allahın hökmündən xəbər verərdi.
*9 - Daşlı bulaq- bulaq adıdır.
*10 - Çoban, qaytar quzunu… Şirin məhəlli nəğmələrdən biri idi.
*11 - Sulu yerin düzü- yer adıdır.
*12 - Bulaqotu- bulaqların kənarında göyərib suyun üzərində üzən ətirli bir otdur.
*13 - Bir qayda olaraq kənd uşaqları axşam düşüb şam yeyəndən sonra yatmağa gedəndə böyüklərdən xahiş edərdilər ki, onlara nağıl və hekayə danışsınlar. Şirin əfsanələrin laylayı altında yuxuya gedərdilər.
*14 - Qış gecələri vıyıldayan külək- baran qapı pəncərələri bir- birinə vuranda kənd qarıları uşaqlara qurdla keçinin nağılını danışırlar. Sehirlənmiş uşaqlar da qulaq asırlar ki, qurd necə gəlib Şəngülü, məngülü və oğlağı aparacaq.
*15 - “Bəllə” (Farsca: qazı loğması)- çörəyin arasına yağ- bal qoyub bürmələyir və uşaqların əlinə verirlər ki, yesinlər.
*16 - Tiringə- təsnif və zərb muğamlarına deyirlər.
*17 - Həçi xala- Həcər adının qısaldılmış formasıdır.
*18 - Mərhum Məşədi Rəhim və Məşədi Hacəli kəndin sayılıb seçilən ağsaqqallarından idilər. Məşədi Rəhimin ləbbadə geyməsi onun bilikli adam olmasına dəlalət edir. Məşədi hacəli qüvvətli və şux bir adam idi, xalqın dərdinə qalardı.
*19 - Məlik Niyaz xan- həmin yerin xanlarından yaxşı atsürən və atıcı bir adam idi.
*20 - Toy mərasimlərindən biri belə idi: işıqlıq və şadlıq əlaməti olan bir dəstə fitil və bir kasa xınanı bir siniyə qoyub qızların əlində dövr elətdirərdilər. Toya çağırılanların hər biri bir fitil və bir az xına götürüb yerinə öz imkanına görə pul qoyardı. Həmin pullar gəlini bəzəyən məşşatəyə çatardı.
*21 - Başqa bir toy mərasimi belə idi: gəlini ata mindirən zaman bəy damın üstündə durub əvvəldən bir neçə yerindən kəsilmiş almanı var gücü ilə gəlinin ayağının altına çırpardı. Alma yerə dəyib parçalanardı. Alma doymaq əlaməti olduğundan, bununla bəy gəlinə demək istəyirdi ki, heç vaxt bir- birimizdən doymayacağıq.
Beh beh ..cox sagolun bele gozel ruha malik oldgunuz ucun
Çox sağolun
@@rez3888 Buyurun. Sevərək dinləyin.
Çoooox sag olun
@@gulnarseferli4653 Xoşdur.
Türk dünyasının büyük şairi.Senin izine raslayabilmek için Tebrize gittim.Mezarında dua ettim.Allah sana binlerce rahmet eylesin.
Allah rehmet elesin.
Cox gozel ve boyuk sairsen.
kaimeh kaimeh iran yox BÜTPV AZƏRBAYCAN şairidir
Çok güzel. Allah rehmet elesin. Amin
Allah senden razi olsun
bu seiri kim ezberlese atam mukafat ved etmisdi. indi daha yaxsi anlayiram.ebedi hekk olunub beynime.Allah sene rehmet etsin servetmizsen bizim.
Mehriban Pashayeva sen oldun
Mehriban Pashayeva salam.
Allah sənə rəhmət eləsin . Dahi şairimiz .Bu şeiri ən gözəl özün söyləyirsən
Babam bütün bəndlərini əzbərdən bilir, o dedikcə bizim də beynimizə həkk olub ❤️
Bu şeri mektebde danlwmlwam tam ezberlemiwdim
Hasretlik bu kadar mı güzel anlatılır? Yürek yanık. Türk dünyasının halini anlatmış. TURAN' bir gün gelecek ve kurulacak.o zaman ŞEHRİYAR' ın ruhu heyder baba dağlarında huzur bulacak.Büyük şair Allah rahmet eylesin. Seni ve heyder babayı hiç unutmayacağız.
Heyder Baba Azerbaycanda bi dag
@@hnhn8574 güney Azərbaycan
İnşallah
Şəhriyar İranı sevdi qardaş, İran və tarixini, varlığını bizimdir, biz də iranınıq
@@spr6065 o zaman niye Türkçe yazdı...İran'ı sevmesi türk ve turan gayrısı oldugunu göstermez
Heydərbaba, yolum sənnən gəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
Heydərbaba birləşik yazılır, dağ adıdır
@@tikitaka2618 gaga ele bilir yagin ki heyder eliyeve hesr olunuf 😆😆😆
Ədəbiyyat saldı bizi buralara, 10 il keçib yorumunuzdan 😮
Bu şeiri əzbər bildi,bura yazdı amma dağ adı olmağını bilmədi hə? Savadsız olmağınızı o dəqiqə bildirdiz@@boomshakalaka7387
OXUMUŞAM.ÇOX.GÖZƏL.SADƏ.YAZMIŞ.ALLAH.RƏHMƏT.EYLƏSİN.ADAM.ÖZÜNÜ.ŞERDƏ.HİS.EDİR🇦🇿
Bu zamana kadar dinlediğim en samimi,en içten ve hasreti en güzel dile getiren şiirlerden biri....
Bu muazzam şiiri benim şehrimden 1500 km ötede yazmış merhum Şehriyar. Amma ne vakit dinlesem, sanki benim örfümü-ananemi, vatanımı, yurdumu, hocamı, atamı, çocukluğumu anlatıyor... Türkiye Türkleri ile Azerbaycan Türkleri ne kadar da birbirlerinin aynısıdır.. Bu şair de ne büyük şairdir...
Bir dəfə uşaq vaxtı xəstələnəndə atam başımın üstündə durub, məni əzizləyə-əzizləyə bu şeirdən bir neçə kuplet oxumuşdu. Müharibədən təzə çıxmışdıq. Bizim rayonlarımız alınsa da, atam könüllü qulluğa qalmışdı. Dinlədikcə mənim də qəlbimin tellərini oynadır, həmin günlər yadıma düşür.
Qarı nənə gecə nağıl deyəndə
Külək qalxıb qapı-bacanı döyənədə
Qurd keçinin Şəngülüsünü yeyəndə
Mən qayıdıb bir də uşaq olaydım
Bir gül açıb ondan sonra solaydım.
:(
Ən sevdiyim misraları.
cox tesir edir adama
En sevdiyim kuplet
Bayram idi, gecəquşu oxurdu.
Adaxlı qız bəy corabın toxurdu.
Hər kəs şalın bir bacadan soxurdu.
Ay nə gözəl qaydadı şal sallamaq.
Bəy şalına bayramlığın bağlamaq
Bu qeder sade dille bu qeder böyük bir eser yaratmaq dahilikdi
Poemanı oxuyanda kədərlənirəm,gözlərimdən yaş süzülür,bəlkə də,başqaları üçün belə deyil,amma mənə çox təsir edir.Onun uşaqlığı gözəl,gəncliyi pis keçib...
Şəhriyar deyəndə gözlərim dolur.Allah sənə rəhmət eləsin,böyük şair!
Allah rahmet eylesin. Türkiye'den selamlar tüm şiir dostlarına!
Men uşaxlexdan bu seiri oxuyb ve dinleyirem her il basqa lezzet aliram. Men boyudukcen saniram seir de boyuyur. Her yasda olan insan basqa meena da lezzet alir bu eserden.
Nə gözəldir nə şirindir Təbrizimin ləhcəsi , hələ hələ o ləhcədə böyük Şəhriyar şeir deyə
Əzizim Şəhriyar baba mən balaca məktəbli olanda bir qonşumuzun oğlu vardı hardansa Sizin Heydər babaya salam kitabınızı almışdı oğlanın bacısı dedi mənə bir sinifdə oxuyurduq.mən o kitabı alib oxumaqcun o qıza o qədər yalvarmisdimki.o vaxtlar Yardımlı rayonunda yaşayırdım bir iki günlük aldım baxdimki nazik balaca bir kitabdır 1saata alıb hamısın oxudum inanın elə sevinirdim.sozum çoxdu amma dünyanızi dəyişmisiz mən sizə məni görür eşidir kimi bu sözləri yazıram sizi çox sevirəm əziz o taylı bu taylı böyük dahi sairimız.ruhunuz şad olsun dünya durduqca siz hələ də oxunacaqsiz bizim nisgilli böyük şairimiz
Həsrəti ,nisgili üzünə səsinə ,ruhuna vuran şair, ruhun şad olsun bütöv Azərbaycan aşiqi ,ustad Şəhriyar.
İnsan ürəyinin tellərini titrədən misralar, kədərli səs... Allah rəhmət etsin sənə, böyük şairimiz! Şeirin hər misrasında Vətən həsrəti, tərtəmiz uşaqlıq illərinin təsviri və pozulmamış, gözəl bir dünyanın sehri duyulur...
Halal olsun cox gözel yazıb
Dahilərin dahisi şairlərin şairi Allah sənə rəhmət yerini cənnət eləsin Amin
Bilməz idim, döngələr var, dönüm var
İtkinlik var, ayrılıq var, ölüm var....
Mükemmel bir şiir gerçekten. Yüreğine sağlık.
Itginlik var,ayriliq var,olum var.
Allah rehmet elesin dahi sairi.Veten hesreti ile yandi.BUTOV AZERBAYCAN gormek hamimizin arzusudu.
Dünyanın Azərbaycanın ən böyük ən qüdrətli sairi Məmmədhüseyn Şəhriyar şeirləri ilə vətən sevhisi ilə hamının hözündə yüseldi hamı onu sevdi , dinlədi , ondan örnək göyürdü Azərbaycanin belə şairləri çox olub onların ən qüdrətlilərindən biridə Məmmədhüseyn Şəhriyardir ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN sən öz xarakterinlə bizə çox şey öyrətdin vətəni sevdirdin
Yox
@@nehircoztac9052 ə durr
Goresen bu 13 xosuna gelmiyenin ureyi varmi.bu cyr ustad xosuna gelmeyib...Allah rehmet eylesin sene Sehriyar !!
Yasayan efsanedir...
en sevdiyim şair Allah size rehmet elesin 😢😢😢 gözlerim doldu 😞😞 her zaman qelbimdesiz!! sizin kimi şair lazımdı indi de (
Dilinə qurban, Şair! Necə doğmadı sətirlərin hər birimizə. Elə bilirəm kəndimizdə, dağın başında oturub doğmalarıma, elimə, obama baxıram! Nənəm, babam, uşaqları, nəvələri, hamı bir yerdə, kendin tüsdü iyi qarışmış Novruz bayramının şaxtalı havası! Bir sinema pərdəsidi gözümdə, tək oturub seyr edərəm özümdə!
Heç bilməzdik dağdır, daşdır, divardır
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.
Gozlerim dolur her defesinde.
Allah sene rehmet elesin Ulu Shehriyar!
Allah rəhmət eləsin böyük Şairimizə dinlədikcə ağlamamaq mümkün deyil adamın tükləri biz biz olur
esil sair mukemmel seir ana babamda cenubi Azerbaycandandl Allah ikisinede rehmet etsin
Şeir mənə hər zaman güclü təsir edir, onun kədərini duyuram həqiqətən.
Büyük Türk şairine Allah rahmet eylesin.Makamı cennet olsun.
Mohtesem Senetkar, Dahi Ustad SHEHRIYAR!! Allah sene rehmet elesin !!!
Bu serin təəsüratini sözlə ifadə etmək mənim üçün çox çətindir. Allah bu kişini rəhmət eləsin.Ustad hər vaxt ürəklərdə yer alacaq.
Eynenn,, her qulaq asanda, muxtelif xoş ve qemli hissler insanin canina yeriyir
Qəlbə işləyən seir,ifa...Çünki xalqın dilindən,zəngin keçmişdən gələn ənənələr sadalanır bu əsərdə.Allah sənə rəhmət eləsin,Ustad!Yerin Cənnət olsun,baba!
ela dunyada gorduyum en semimi seirdi. xosuma geldi
Azərbaycan turklərinin dahi şəxsiyyətlərindən biri Məhəmmədhuseyn Şəhriyar. Allah rəhmət eləsin.
mnim yaşim cök azdii bu şeer lara
ama guzumun yaşiii çixdii
Can
Mukemmel bir eser!❤ Agladim men. ALLAH sene rehmet elesin...
Araz cay deyil göz yaşımız ve qanmızdı başı belalı vetenmiz.
Şəhriyar çağdaş Azərbaycan ədəbiyyatının azadlıq arzusu ilə yaşsyıb yarada şair olub.Onun ədəbi fəlsəfəsi çox zəngindir.Ruhu cənnətlik olsun.İnşəallah!
Çox gözəl super şeirdi min dəfə qulaq asdım.
ustadın səsi-ruhun qidası!!!
Bəyəndim
ساغول سنی
Qulaq asandan sonra ağladım Şəhriyarın səsinə qurban
Sənə bərabər kimsə varmı? Xeyir. Allah sənə rəhmət eləsin məni çox uzaqlara qayıtmayan günlərə apardın.
Allah rehmet elesin ustad wairimize sozle ifade edilesi hiss deyil bu wairimize qulaq asanda kecirdiyim hissler nehayet 4 il.once oqlumla tebrizde wairin ev muzeyini ziyaret etdik cox doqmaydi evide ozumu cox xowbaxt hiss etdim onun evinde ele bir boyuk bir borcumu qaytarmiwdim
Qəmli şairimiz Şəhriyar. Şimaldakılar bir birinə qənim kəsildi. Cənubdakılar gözləyə gözləyə qaldı.
Bele insanlar min ilde bir doğulurlar allah rehmet etsin
Mən bu poemanı o qədər çox sevirəm ki,ildə 5-6 dəfə oxuyuram.Yenə də doymuram.Allah rəhmət eləsin dahi Şəhriyarımıza.
Rəhmətliyin nəvəsi mən gündə 4-5 dəfə deyirəm özümçün,😊heç doymuram😁
aynur qafarova
cox
@@pantheistmelankolia.7252Deyəcəyim cavabı dediz🙂👍
Heydər Baba Təbriz yaxınlığında bir təpədir. (dağ hündürlüyündə deyil). Allah rəhmət eləsin ustad Şəhriyara.
Heydərbaba dağını bütün dağlardan ucaya qaldıran Şəhriyar sözünün sehridir.Bir gün Heydərbaba dağı yer üzündən silinə bilər lakin nə qədər ki xalqımızın həssas ürəyləri var bu möhtəşəm əsərdə yaşayacaq.Ruhun şad olsun,Ustad!🥀
tepeliy olsada wair onu ezemetli dag tesvir edib .allah rehmet elesin.gozel wair
Cox şırın dılı var eee 💙Allah senı rahmet elesın saır😔😔😔
Bu şeir insana hüzur verir
Sağol qardaş! Belə zənginliklərimizi daha da geniş yaymaq lazımdır.
Аллах сана рахмат еласин дахи шаиримиз, габрин нурла долсун , амин.
Heyderbabaya salam - Şehriyarın öz dilinden olan çoxx gözel idi
Həsrət şairi Şəhriyar❤ Bilmirəm niyə ama ən sevdiyim şairdi...
Mukemmelin otesinde bir sheydir bu. Hec bir milletde yoxdur bele bir ilahi vergi.
usaq vaxti bu poemanin bir hissesini ezberlemisdim cox gozeldi sairin sesile Allah Sehriyara rehmet elesin dahi sairdir bele sairler yuz ilde bir yetisir
Парам - парча олан ветеним 😮.
Азербайчанын ики бойук дуhасы - о тайда даhи Шеhрийарымыз бу тайда даhи Бехтийарымыз Аллаh сизе реhмет елесин.
Can adamin ureyinin bawi gedir Allah rehmet elesin
Şimali Azərbaycan həsrətiylə əbədiyyətə qovuşan ölməz şairimiz.
Allah razı olsun paylaşannan
Hər birimizdən.
uşaqligim yadıma düşdü. allah sənə rəhmət eləsin
Allah sene rehmet elesin, bu seiri her dinleyende qeherlenirem. Öz usaqligim bir sinema perdesi kimi gözümün önünden kecir 😢😢
Şəhriyarın səmimi qəlbdən gələn sözləri insanı öz daxilinə səyahət etdirir . Amma onun Azərbaycan şeirinə heç bir şeir çatmaz.
Allah rahmet eylesin. Türk dilinin büyük şairi.
Çox gözəl şeirdi.Həmdə özüdə çox gözəl deyir.ALLAH rəhmət eləsin.Bunun 15 bəndini əzbər bilirəm
Azerbaycan edbeiyyatinin shah eserlerinden biri. Teshekkurler yerleshime gore.
ALLAH. RƏHMƏT. ELƏSİN RUHUN. ŞAD OLSUN. ŞAİR. MƏKANIN. CƏNNƏT OLSUN AMİN 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
İnşaallah, Allah dünyanın hər yerində TÜRK millətini qorusun, yaşatsın,ucaltsın!!! Amin!
Dünya azərilərini dahi şairi.Ustad Şəhriyar
Aııah Sene Rehmet eıesin.Ruhun Şad oısun Ustad Şairimiz Şehriyar.Amin.Lenkeran.
Uca Allah Seyid Məhəmməd Hüseyn Şəhriyara qəni-qəni rəhmət eləsin. Yeri behişt olsu n
Allah Rehmet elesin sene Sehriyar. Azerbaycan xalqi seni unutmayacag ! Elbet bir gun yene bir olacagiq Insallah...
Dahi insan kamil insan terif aciz qalır sene verende😢
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
ALLAH REHMET ELESİN SENİ MEMMED HUSEYİN SEHLİYAR ÇOX GUZEL YAZMİSİN
sizi sevirem allah ruhunuzu şad olsun
ALLAH sənə rəhmət eləsin Şair.Üreyimin yaralarını qanatdın.Gözümdeki bulaqları qaynatdın.💔💘😢😢😭
Allah sene rehmet elesin dahi wairimiz Wehriyar. wairirmizin sesi, avazi, ruhun derinniklerini titredir, buda wairmizin qelbinin, ruhunun paklixinan ireli gelir.
😥😥😥😥 ağlamadan qulaq asmaq olmur ALLAH RƏHMƏT ELƏSİN BÖYÜK ŞƏHRİYARA
ALLAH SENI REHMET ELESIN TÜRK DÜNYASININ BÖYÜK DAHİ ŞAİRİ !!!
Məhəmmədhüseyn Şəhriyar-"Heydərbabaya Salam".Çox gözəl.Mən bu şeiri çox sevirəm.
Nə yaxşiki gənc nəsildən mən qarışıq Şəhriyarımızı tanıyan var.
Cann Şəhriyar baba Allahim səni qəni qəni rəhmət eləsin. Ələhəmdulilah!
Ureyimi sizlatdi
Allah rəhmət eləsin, indi belə şairlər heyfki yoxdu. Çox təsirlidi 😢
Çox gözel şeirdir
allah sene rehmet etsin gozel wair qebrin nurla dolsun
ALAH RAHMET EYLESİN
Sesi cox gozeldi
Her defe dinleyende duygulaniram...
ənçox sevdiyim şeir allah sənə rəhmət eləsin böyük ustad
Bütöv Azərbaycan...
Çox guzek 10 numara
Guzel yazmisin
Allah sene rehmet elesin ey dahi ustad .Herzaman Azerbaycanla ureyi yanib tutusan shairimiz
Ayriligi sevgini nene babani kendi her weyi tesvir edir bu weyir, Nur icinde yat
Heyajanla gulag asiram bu unudulmaz milyonlarla turk Azerbayjanlilarin gelbinde yashayan ustanin sheirlerini . InshaAllah, yolum dushe, mutleg gedejem Shehriyarin gebrini ziyaret etmeye. Allah mene nesib etsin . Amin
Allah rəhmət eləsin böyük şairimizə!
Ustad Şəhriyar Azərbaycan həsrəti ilə köçdün bu fani Dünyadan
ALLAH Rəhmət eləsin, Məkanı daima cənnət olsun, Ruhu şad olsun Amin. 🤲❤🇦🇿
Allah rəhmət eləsin.Çox gözəl bir əsərdir.
ALLAH DiLiMiZi VE iRQiMiZi QORUSUN!!
Amin
Allah müsəlman birliyimizi gücləndirsin fərqi yoxdu dil ya irq hamımız müsəlmanıq
🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻🤘🐺🐺✊✊🤘🤘🤘
Bu dünyadan da bir Şəhriyar keçdi.