Комментарии •

  • @Zaur.Kerimli
    @Zaur.Kerimli 3 года назад +10

    *1 - Yarpız- farsca “punə” dir. “Qole- pune nə na pune” mahnısı onun haqqındadır. Yazın ətirli və gözəl otlardan biridir. Hal əhlləri yanında kövrək xatirələr mənbəyidir. Xüsusən bulaq kənarlarında təzə pendir- çörəklə yeyiləndə verdiyi ləzzət təsvirəgəlməzdir.
    *2 - Kəndli evlərində evin ortasında baca qoyurlar ki, təndirin tüstüsü ordan çıxsın. Ancaq bəzən həmin bacadan başqa məqsədlərlə də istifadə olunur: bunlardan biri adaxlıbazlıqdır ki, onun xüsusiyyətlərini “Gecənin əfsanəsi” hissələrindən birində (kəndlinin adaxlıbazlığı) təsvir etmişəm. Digəri- Novruz bayramı günlərində şal salmaqdır.
    Çərşənbə gecəsi bəzi adamlar özünü tanıtmadan evlərin damına çıxıb öz rəngbərəng şallarını sallayırlar. Yəni ki, bayramlıq istəyirəm. Ev sahibi öz fərasətinə uyğun olaraq şal sahibini tanımalı, öz imkanına uyğun və şal sahibinə layiq bayam payını şalın ucuna bağlamalıdır. O zamanın bayramlığı çox vaxt güllü corablar, ipək dəsmallar, uşaq fışqırağı, gözəl toyuq- cücələri, boyanmış yumurta, çərəz və şirniyyat və s. olardı. Bu adət əksərən kasıb uşaqları əyləndirmək, onların könlünü almaq məqsədi güdsə də, dövrün şən mərasimlərindən idi.
    *3 - Həmin il mənim nənəm Xanım nənə rəhmətə getmişdi və biz bayram keçirtməməliydik. Ancaq mən uşaq olduğumdan, inadıma salıb bir şal götürdüm və oyun yoldaşım Qulam xaloğlugilin damlarına qaçdım. Qulamın anası rəhmətlik Fatma xala hiss etdi ki, bu mənəm. Şalıma bir cüt güllü corab bağlaya- bağlaya məni yetim qoymuş Xanım nənəmi yada salıb gözündən yaş tökdü. O zaman bir kəndli qadının səmavi surəti unudulmaz bir tablo kimi xatirimdə əbədi iz qoydu.
    *4 - Mirzəmməd- Mirzə Məhəmmədin qısaldılmış şəklidir. Rəhmətlik bizim yaxın adamlarımızdan, işgüzar və qeyrətli bir kişi idi. Heydərbaba dağının ətəyində gözəl bir bağçası var idi. Mənə və yoldaşlarıma icazə vermişdi ki, bağçada nə istəyiriksə eləyək. Xatiri xoş olsun.
    *5 - Azərbaycanda bir qayda olaraq çərşənbə günü sübhdən su üstündən atılıb bu xalq nəğməsini oxuyarlar:
    Bəxi- mən bəxti- səid bəxtim bərəkallah,
    Ağ əllərə qırmızı həna yaxdım, bərəkallah,
    Atıl- matıl çərşənbə,
    Bəxtim açıl, çərşənbə.
    Necə ki, Tehranda çərşənbə bayramı axşamı od qalayıb üstündən atlanar və deyərlər:
    Zərdiye- mən əz to,
    Sorxiye to əz mən.
    *6 - “Vəl” sözü xırmandöyən alət mənasını verir. Təbrizdə ona “cırğır” deyirlər. Öküzü yaxud ulağı ona qoşub xırman döyürlər.
    *7 - Kənd uşaqlarının əyləncələrindən biri bu idi: axşam çağı sürü çöldən qayıdanda qoduqları bir kənara çəkib gözləyirdilər ki, sürü bir az uzaqlaşsın. Sonra özlərini sürüyə çatdırmaq üçün tələsən qoduqlara minib çapıb, çavuşları yamsılayaraq hay- küy qaldırırdılar. Bəzən bu iş qoduq sahiblərinin etirazına səbəb olurdu. Necə deyərlər, özlərindən çıxardılar. Bu zaman uşaqlar nə cür olur- olsun özlərini müdafiə etməyə çalışırdılar.
    *8 - Şüca xaloğlu- igid və gözəl bir cavan idi. Badkubə səfərindən pay- püşklə qayıtmışdı ki, öz nişanlısına toy eləsin. Pis musiqi aləti olmayan qarmanını yaxşı çalırdı. Axşamlar öz evlərinin damına palaz salıb samavar qaynadır, kənd cavanları ilə deyib gülürdü. Heyif ki, taleyi bir riqqətli kino pərdəsi kimi dəyişdi. Yazıq bəy olmamışdan yatalaq xəstəliyinə tutulub öldü, əfsanəvi nişanlısını kor və keçəllərə qoydu.
    *9 - Nənəqız və Rəxşəndə- mənim qohumlarım və tay- tuşlarımdır.
    *10 - Bayram günlərində şaxtalar sınıb uşaqlar qar- topu oynayanda dağın güneyində kürəklə sürüşməyə başlayırdılar. Bu, kənd xizək sürməyidir. Başgicəlləndirici uçuş kimi xüsusi bacarıq və vərdiş tələb edir. Oturmuş halda olduğundan, Avropa xizək sürməyindən daha rahat və xoşagələndir.
    *11 - Teşi- bir növ sadə əl milidir. Ətdöyən (toxmaq- tərc) şəklindədir. Kiçik bir qarmağı var. kənd arvadları ağ yunu dizlərinin üstünə yığıb teşi ilə əyirirdilər. şerin bu bəndində buludlara dolaşmış günəş həmin teşiyə bənzədilir.
    *12 - Qışda sübh tezdən bibim təndir salıb evi yığışdırandan sonra təzədən kürsünü qurardı. Bunun üçün əvvəlcə lazım idi ki, hamını süpürgə ilə evdən çıxartsın. Bu isə biz tənbəllərə sərf eləmirdi. Xüsusən bibimin ərini yaşı keçdiyindən kürsünün başından qaldırmaq çox çətin idi. Buna görə də bacardıqca ayaqlarını yedə dirəyirdi. Onun dirənməsi bir tərəfdən də bibimdən qorxması, bibimin hirsindən dişlərinin qıcırdatması və həmin vaxt onların söyüşməsi çox gülməli və əyləncəli idi.
    *13 - Vərziğan- o zaman bol meyvəsi ilə ad çıxarmış bir kəndin adıdır. Başqa kəndlərə də satmaq üçün bu kənddən meyvə aparılardı. Vərziğanlı armud satanın səsi gələndə uşaqların şadlığının həddi- hüdudu olmurdu. Xüsusən ona görə ki, alış- veriş üçün pul lazım deyildi; hər kəs bir ovuc buğda və ya arpa verməklə armud ala bilərdi.
    *14 - Mirzə Tağı Bağırzadə bibimin oğludur. Bir qış gecəsi çay, qırağında gedib ayın suda əksinə baxdıq. Ay batan adam kimi əl- qol atırdı. Şairlik təbim təzə- təzə çiçəklənəndə bir dəfə gördüm ki, çayın o tayında dağın ətəyində qaranlıqda iki od şöləsi parlayır. Bibim oğlu dedi: - Vay qurd! Zəhrim yarıldı. Qayıdıb qaçmağa başladım. Yolun bir hissəsi üzü yoxuş idi. Qorxudan süstləşmiş ayağlarımı güclə çəkirdim. Axırda rəngi qaçmış, əsə- əsə evə çatdıq. O gecə kürsü yorğanının altında da xeyli titrədim.
    *15 - Mənsur xan Vəfaiyan- indi Tehranda yaşayır. Vəfalı uşaqlıq dostlarımdan biridir. Bir neçə il bundan qabaq vaxtını və vəsaitini sərf etməklə uçulub dağılmış məscid bulağını əsaslı təmir etmiş, xeyli savab qazanmışdır.
    *16 - Molla İbrahim- mənim müəllimimdir, doğrudan da fazil bir kişidir. Qırx beş yaşından mənim xatırlatdığım yerdə müəllim və məktəbdardır. Demək olar ki, bütün mahalın əhalisinin ümidi və dayağıdır. Hətta o ətrafın mülkədarları və torpaq sahiblərinin hamısı onun şagirdi olmuş və ona həmişə borcludurlar. Amma kimsədən yardım ummadan tam sərbəstlik və azadlıqla gah öz kiçik tarlasında çalışır, gah da pulsuz- parasız dərs verməklə məşğul olur.
    *17 - Ailəmiz Təbrizdə olan müddətdə böyük bibim ildə bir dəfə Təbrizə gələrdi. Rəhmətlik atamdan sonra ailəmiz Tehrana köçdü. Hər dəfə bibimin Təbrizə getdiyini eşidəndə uşaqlar heyifslənmib deyirdilər ki, yazıq bibinin halı bizsiz necə olacaq? Şerin bu bəndində həmin hisslər təsvir olunmuşdur.
    *18 - Qıpçaq- bir dağ kəndidir. Uşaqlıqda əmoğlum Mahmud Nurazərlə ora qonaq getmişdik. Bir neçə gün at minib gəzməklə məşğul olduq.
    *19 - Məş Məmixan- hazırda polkovnikdir, bizim qonaqçımız idi.
    *20 - Qərə kol- Heydərbaba dağının qoynunda bir dərənin adıdır. Qışqırşaq kəndini bizim ata- baba vətənimiz Xoşginabla birləşdirir.

    • @JS7LL
      @JS7LL Год назад

    • @samiraxmedov3394
      @samiraxmedov3394 Год назад +1

      Allah size can saligi versin

    • @Zaur.Kerimli
      @Zaur.Kerimli Год назад

      @@samiraxmedov3394 Təşəkkür. Hər birimizə nəsib olsun.

  • @fexreddinelsever2679
    @fexreddinelsever2679 Год назад +2

    M. H. Şəhriyar Azərbaycan poeziyasının əvəzolunmaz dahi şairidir. Allah məkanını Cənnət etsin. Amin.❤❤❤❤❤❤❤

  • @hesenhesenzade9602
    @hesenhesenzade9602 8 лет назад +20

    Allah Məhəmmədhüseyn Şəhriyara qəni-qəni rəhmət eləsin. Amin.
    Allah qəbrini nur eləsin. Amin.

  • @gunelali363
    @gunelali363 2 года назад +2

    Ustad, gəlmədi sənin kimisi , gəlməyəcək🖤...

  • @aynurqafarova3138
    @aynurqafarova3138 7 лет назад +28

    Cənubi Azərbaycana getmək ən böyük arzumdur.Allah qismət rləsin gedim.Soydaşlarımızı görmək ümidilə...

    • @robbenriberi6668
      @robbenriberi6668 5 лет назад +2

      Menimde en boyuk srzumdu.Insallah

    • @natiqqurbanov2145
      @natiqqurbanov2145 5 лет назад +2

      ALLAH QISMET EYLESIN MEN ZIYARET ELEMIWEM MEZARI USTUNDEDE BU WERLERI DEYILI OZ SESINEN

    • @siracorucov1726
      @siracorucov1726 3 года назад

      Neçə dəfə getmişəm. Hər dəfə də pul atmağa çalışırlar adama. Pul bir şey deyil adamın xətrinə dəyir.

  • @eltunferzalizade9333
    @eltunferzalizade9333 6 лет назад +7

    allah dahi saire rehmet elesin! qani qanimizdan cani canimizdan olan soydaslarimizher zaman sizinleyik.

  • @ff-wy2cs
    @ff-wy2cs 4 года назад +4

    Ruhun şad olsun dahi şair

  • @kamrantagiyev9287
    @kamrantagiyev9287 3 года назад +2

    Allah rəhmət eləsın, şair.Sanki insanın ruhunu bədəndən çıxarır.

  • @sirzadhsnov1256
    @sirzadhsnov1256 5 лет назад +7

    Allah rəhmət eləsin Böyük Ustada

  • @samiraxmedov3394
    @samiraxmedov3394 Год назад +2

    Allah rehmet elesin, cox tesir edim adama

  • @terlanaliyev7530
    @terlanaliyev7530 6 лет назад +6

    Allah sənin yerini cənnət qərar versin in şə Allah

  • @nicatabdullayev2939
    @nicatabdullayev2939 7 месяцев назад +1

    Allah sizə rəhmət eləsin ey böyük usdad

  • @Elsan244
    @Elsan244 11 лет назад +11

    ALLAH SENI REHMET ELESIN DAHI SAIR .....

  • @user-hs1ht5is6p
    @user-hs1ht5is6p 4 года назад +1

    Sehriyar yaradiciligini taniyanda Semedi, Rustemi mutaliye etdiyim dovrume tessuf etdim.Allah seni rehmet etsin , USTAD SHEHRIYAR.

  • @alisafiyealiye
    @alisafiyealiye 3 года назад +1

    Uca Allah Seyid Məhəmməd Hüseyn Şəhriyara qəni-qəni rəhmət eləsin. Yeri cənnət olsun

  • @inaytftullayev9867
    @inaytftullayev9867 2 года назад +2

    GÖZƏL ŞEİRDİR! 👏👏

  • @samirzizov315
    @samirzizov315 3 года назад +3

    Şairlərin Şəhriyarı...Ruhun şad olsun,dahi!

  • @tural421
    @tural421 12 лет назад +16

    Novruz bayrami uchun darixanda dinlemek yerine dushur

  • @zohrabnezirov6951
    @zohrabnezirov6951 Год назад +1

    Böıyük zövq aldım 1 az kədərləndim😮

  • @ucqardassenankenanrevan1515
    @ucqardassenankenanrevan1515 5 лет назад +4

    Çok guzel. Allah rehmet elesin. Amin

  • @bizimguns2070
    @bizimguns2070 10 лет назад +25

    ƏSL TÜRK ƏDƏBİYATI

  • @hicranegeribli715
    @hicranegeribli715 10 лет назад +12

    ALLAH rehmet elesin dahi shair

  • @yusifcfrov4106
    @yusifcfrov4106 3 года назад +1

    Allah rəhmət eləsin.İndiki şairlər ibrət alsınlar əksəryəti.

  • @RovsanHeyderli
    @RovsanHeyderli 8 лет назад +21

    sene qeni qeni rehmet, ruhun shad olsun, Ey turkun dahi shairi!

  • @cavidsharif-off317
    @cavidsharif-off317 7 лет назад +8

    Dahi İnsan ŞEHRİYAR

  • @rasidaaqayeva4067
    @rasidaaqayeva4067 5 лет назад +5

    Allah səni rəhmət eləsin ustad şair♡

  • @sahinmiraslanov7978
    @sahinmiraslanov7978 4 года назад +4

    DAHİ TÜRK ŞAİRİ☹CENNETMEKAN OLASAN UNUDULMAYAN DAHİ

  • @mishilove4860
    @mishilove4860 10 лет назад +6

    NAXCIVANLILARIN NOVRUZ BAYRAMI.ALLAH REHMET ELESIN

  • @raqifaxmedoff7338
    @raqifaxmedoff7338 Год назад +1

    Şəhriyara eşq olsun

  • @vuqarallahverdiyev9932
    @vuqarallahverdiyev9932 2 года назад +1

    Yaşa var ol-Azərbaycan Türk millətim ❗🇦🇿🇦🇿🇦🇿❤️❤️

  • @azersellugur7503
    @azersellugur7503 2 года назад +1

    Allah rehmet elesin cemi ölenlere.

  • @user-lp4of7zl2g
    @user-lp4of7zl2g 5 лет назад +8

    Шаhрияр. ......азарбайджанын тебризи бакысыны гериб галмыш руhусан.

  • @quluzadetural2861
    @quluzadetural2861 10 лет назад +5

    аллах сене рехмет елесин БОЙУК ШАИР.

  • @esgermahmudov307
    @esgermahmudov307 4 года назад +2

    illahi sozlere bax govreldim ehhh usaqliq kendimiz heyif

  • @shahinpanahov3381
    @shahinpanahov3381 5 лет назад +4

    Ruha sigal ceken Shehriyar sozu, sesi ve saz ifasi...
    Ne gozeldi bu sozleri yaradan,
    Qeyibdenmi gelir, yoxsa haradan...
    ShP

  • @nematqurban5864
    @nematqurban5864 8 лет назад +7

    allah sənə rəhmət eləsin. böyük türk oğlu. mövuzdə yadımıza saldin

  • @user-hs1ht5is6p
    @user-hs1ht5is6p 4 года назад +2

    Turki dedim, oxusunlar ozleri..

  • @vahidqurbanov3757
    @vahidqurbanov3757 Год назад +1

    Sesuve qurban

  • @MShamils
    @MShamils 10 лет назад +6

    kovrelir e oxuyanda. xatirelere bax ee

  • @sahinmiraslanov7978
    @sahinmiraslanov7978 4 года назад +5

    MENİM ÜÇÜN BİR ŞAİR VAR O DA EVEZOLUNMAZ DAHİ ŞAİRİMİZ MEHEMMEDHÜSEYN ŞEHRİYAR

  • @QARABAQ-2020
    @QARABAQ-2020 4 года назад +1

    ALLAH SEHRIYARA REHMET ELESIN, SEHRIYAR BOYUK HEYATI RESSAMDIR, O KECMIS HEYATIN SEKLINI NECE VAR ELEDE CEKMISDIR, ONUN BU POEMASI ILE BOYUK BIR FILM CEKMEK HECDE CETIN DEYIL, HER SEYI RENGI ILE, ADI ILE, YERI ILE, KIMLIYI ILE HAMISINI DEYIB, QALIB FILMIN CEKILMESI, ONADA ESL AZERBAYCANLI VARLI LAZIMDIR KI, O PULUNDAN BIRAZ BURAXSIN BU MILLI IS UCUN

  • @clilova5263
    @clilova5263 6 лет назад +4

    Azəri ədəbiyyatı bəyənin

  • @farizaliyev3920
    @farizaliyev3920 10 лет назад +4

    Bir daha nisgilli xeyallar denizine dysdym

  • @ramilaliyev6669
    @ramilaliyev6669 3 года назад

    Bu birinci hissədir

  • @RovsanHeyderli
    @RovsanHeyderli 8 лет назад +4

    dislike qoyan qani natemiz , aciq de ; men .........

    • @rubabasovgatova6527
      @rubabasovgatova6527 4 года назад +3

      аллах сани рехмат еласин ей шаир
      инсаны хаялары ила ушаглыг илларина апарырсан яздыгын шеирлари ила . казан шахари руба

  • @ahhshdquuur3746
    @ahhshdquuur3746 4 года назад

    5a

  • @eltunferzalizade9333
    @eltunferzalizade9333 6 лет назад +4

    allah dahi saire rehmet elesin! qani qanimizdan cani canimizdan olan soydaslarimizher zaman sizinleyik.