Papsmer Testi - Necə Edilir?

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • Həkimlə əlaqə: 050 611 00 87
    İnstagram: uzm.dr.iranagorchiyeva
    Ginekologiyada tətbiq edilən Papanikolaya görə yaxma - sadə və ağrısız müayinə üsulu olub, uşaqlıq boynu xərçənginin diaqnostikasında tətbiq olunur. O, Corc Papanikolanın elmi işlərinə əsaslanır, hansı ki, ilk dəfə bədxassəli şiş hüceyrələrinin uşaqlıqdan qoparaq vaginal ifrazata qarışmasını kəşf etmişdir.
    Müayinənin prinsipləri
    Hər il bütün dünyada uşaqlıq xərçəngi ilə 500 minə qədər qadın xəstəlinir. Qeyd etmək lazımdır ki, son 30 il ərzində xəstələnmə göstəricisi 2 dəfədən çox azalıb. Bu, skrininq sitoloji müayinənin geniş tətbiqilə izah olunur.
    Böyük əhali qrupları arasında son 60 ildə uşaqlıq xərçənginin erkən diaqnostikasının əsasında Papanikolaya görə vaginal yaxma durur.
    Pap-test (başqa adları Pap-yaxma, Paps-mear) nədir?
    Pap-test - uşaqlıq boynunun qaşınmasından alınmış materialın xüsusi üsulla rəngləndikdən sonra mikroskop altında tədqiq olunmasıdır. Bu üsuldan həmçinin sidik kisəsi, mədə və ağciyər xərçəngini aşkar etmək üçün istifadə edilir. Ümumiyyətlə, onun üçün orqanizmin istənilən ifrazatı (sidik, nəcis, bəlğəm, prostat şirəsi) və biopsiya materialı yararlıdır.
    Amma, Pap-yaxmadan əsasən uşaqlıq boynu xərçənginə erkən mərhələlərdə diaqnoz qoymaq üçün istifadə edilir. Materialı servikal kanalın silindrik epiteli ilə uşaqlıq boynunun vaginal səthindəki çoxqatlı yastı epitel arasındakı sərhəddən götürürlər. Alınmış nümunə əşya şüşəsinə keçirilir, boyanır və bədxassəli hüceyrələri aşkar etmək üçün mikroskop altında tədqiq edilir.
    Pap-yaxma nə göstərir?
    Pap test, şişönü və xərçəng xəstəliklərini aşkar edir. Bu müayinə üsulu ilə material götürüldükdən bir neçə dəqiqə sonra, uşaqlıq xərçəngini hələ xarici əlamətləri yaranmamış aşkarlamaq olur. Qeyd edək ki, erkən mərhələlərdə bədxassəli şişlər uğurla müalicə olunur. Buna görə də, Pap-testi 21 yaşından yuxarı bütün qadınların müntəzəm keçməsi məsləhət görülür.
    Maye əsaslı Pap-test insanın papilloma virusunu aşkarlamağa kömək edir. Bu törədici uşaqlıq boynu xərçənginin əsas risk faktorudur. Maye sitologiya üsulunda alınmış material əşya şüşəsinə deyil, içərisində maye konservant olan sınaq şüşəsinə keçirilir.
    Papilloma virusuna görə yaxma sitoloji müayinənin nəticələrinə şübhə yarandıqda təyin edilir. Həm klassik analiz, həm də maye sitologiya bərabər diaqnostik effektivliyə malikdir. Bu üsulların hər ikisi praktikada geniş istifadə edilir.
    30 yaşına qədər qadınlar arasında virusun həddən artıq yayılması səbəbindən onlarda papillomavirusa görə test aparılmır. Bundan başqa, çox vaxt infeksiya keçici xarakter daşıyır, yəni, itə bilər.
    Nəticələrin yozulmasının həkimin təcrübəsindən asılı olmasına baxmayaraq, diaqnostikanın dəqiqliyini artırmaq üçün obyektiv üsullar vardır. Bəzi klinikalarda keyfiyyətə nəzarət üçün, yaxmalar təkrar götürülə bilər.
    Qed edək ki, nəticələrin düzgünlüyü qadının müayinəyə hazırlığından çox asılıdır.
    Testə hazırlıq
    Analiz ginekoloqda planlı baxış zamanı götürülür. Qəbul edilən kontraseptiv və digər hormonal vasitələr barədə əvvəlcədən həkimə xəbər vermək lazımdır.
    Pap-testə xüsusi hazırlıq:
    müayinədən qabaq 48 saat ərzində vaginal cinsi əlaqə olmaz;
    bu müddət ərzində vaginal tabletlər, şamlar, sprinsevasiya və kontraseptivlər istifadə etmək qadağandır;
    yaxşı olar ki, servisit varsa, əvvəlcədən müalicə olunsun.
    Testi tsiklin neçənci günü vermək lazımdır?
    Buna xüsusi məhdudiyyət yoxdur. Yeganə şərt - menstrual və ya uşaqlıq qanaxmasının olmamasıdır. Amma, analizi hətta aybaşı vaxtı da götürmək olar, lakin bu halda onun dəqiqliyi azalır.
    Əgər qadında qanaxma və ya servisit (uşaqlıq boynunun iltihabı) varsa, bu, müayinə üçün əksgöstəriş deyil. Çünki, bu əlamətlər xərçəngönü xəstəliklərlə və ya xərçənglə əlaqədar ola bilər.
    Pap-testə göstərişlər
    Bədxassəli şişlərə erkən diaqnoz qoymaq üçün əksgöstərişləri olmayan sadə metod lazımdır. Uşaqlıq boynunun Pap-yaxması - skrininq müayinəsi olub, qadınların əksəriyyətini müntəzəm yoxlamağa imkan verir.
    Amerika onkoloqlar cəmiyyətinin və Amerika mama-ginekoloqlar kollecinin məsləhətlərinə əsasən müayinə qadının cinsi həyata başlamasından asılı olmayaraq, 21 yaşından müntəzəm aparılmalıdır.
    Bəzi qadınlarda bədxassəli şişlərin inkişaf riski orta göstəricilərdən yuxarıdır. Onlara müayinə daha tez-tez aparıla bilər.
    Risk qruplarına daxildir:
    papilloma və ya SPİD-ə yoluxmuş qadınlar;
    xlamidioz və zöhrəvi xəstəlikləri olanlar;
    immuniteti zəif qadınlar;
    seksual həyata erkən başlayanlar;
    bir neçə cinsi partnyoru olanlar;
    uşaqlıq boynunun displaziyası olanlar;
    siqaret çəkənlər və narkotik qəbul edənlər.
    Hamiləlik zamanı Pap-test infeksiya və şişönü vəziyyətləri aşkar etmək üçün mütləq qaydada aparılır. Gələcək ana və uşaq üçün bu müayinə heç bir təhlükə daşımır.

Комментарии •