Telman Sabirabadli Qədim sayagi Mərsiyə 2019

Поделиться
HTML-код
  • Опубликовано: 9 июн 2023
  • Ya Hüseyn, kim sən kimi öz xanimanindən keçər?
    Ya Hüseyn, kim sən kimi öz xanimanindən keçər?
    Ya Hüseyn, kim sən kimi öz xanimanindən keçər?
    Kim sənün tək həq yolunda baş, canindən keçər?
    Kim sənün tək tərk edər cahü cəlalın, ya Hüseyn
    Kim verər yəğmayə sən tək mülkü malin, ya Hüseyn?
    Kim görər zillətlə öz əhli əyalın, ya Hüseyn?
    Kim Əli Əkbər kimi növrəs cəvanindən keçər?
    Hər nə ki, zülmü sitəm etdi sənə əhli-cəfa,
    Tab edüb çövrü cəfayə birbəbir, oldun riza,
    Hansi aşiq sən kimi, ey padişahi-Kərbəla,
    Birbəbir məşuqəsinün imtihanindən keçər?
    Tökdülə zülmü sitəmlə Zeynəbün göz yaşini,
    Öldürüblər Həzrəti Əbbas tək qərdaşini,
    Hansı şahun kəsdilər təşnə, sənüntək başini,
    Hansı şahun başi düşmənlər sinanindən keçər.
    Yusifi Yəqubdan çünki fələk dur eylədi,
    Piri-Kənan ağlamaqdan gözlərin kur eylədi,
    Sən kimi tab etmədi, sübhü məsa şur eylədi,
    Aşiqi-həq sən kimi ahü fəğanından keçər.
    Nə rəvadür hərmələ zülmündə tüğyan eyləsün,
    Ümmi-Leyla bağrını min cövr ilə qan eyləsün?
    Sirxarə oğlunu bir tirə qurban eyləsün.
    Əsğərin xaliq məgər məhşərdə qanındən keçər?
    Kim sənintək şahzadə Əkbərindən əl çəkər?
    Qasımü Əbbasü Övnü Cəfərindən əl çəkər?
    Kim sənintək cümlə yarü yavərindən əl çəkər,
    Kim Əli Əsğər kimi şirinrəbanindən keçər?
    Şiələr qurban sənə, ey şəmi-bəzmi-xafiqeyn,
    Var-yoxundan yaxşı keçdün, ey imami-məşriqeyn,
    Talibi-bəzmi-vusali-həq sənüntək, ya Hüseyn,
    Kərbəla dəştində hər südü ziyanindən keçər.
    Bu müsibət aləmi zarü pərişan ağladur,
    Daima qəmgin edir çün əbri-nisan ağladur,
    Gör necə bəzmi-əzadə şiələr qan ağladur,
    Racinün hər nüktəsi kilki-bəyanindən keçər.
    Əbülhəsən Raci

Комментарии • 31

  • @Anonimka_999
    @Anonimka_999 5 месяцев назад +6

    Ya İmam Fatimə s,ə ya Zeynəb s,ə

  • @Anonimka_999
    @Anonimka_999 5 месяцев назад +7

    Ya İmam Əli ə,s

  • @Anonimka_999
    @Anonimka_999 5 месяцев назад +6

    Ya İmam Hüseyin ə,s

  • @Anonimka_999
    @Anonimka_999 5 месяцев назад +6

    Ya İmam Həsən ə,s

  • @Anonimka_999
    @Anonimka_999 5 месяцев назад +4

    Ya Rüqəyyə s,ə

  • @user-vn8xn7zv7h
    @user-vn8xn7zv7h 10 месяцев назад +3

    МашаАллах

  • @user-kb5bv2nb9v
    @user-kb5bv2nb9v 11 месяцев назад +5

    Ehsen qedimi mersiye bele olar ALLAH ecrivi versin 😢

  • @user-nu3gk6ig2p
    @user-nu3gk6ig2p 3 месяца назад +1

    Ya ALLAH ❤ya Ali ❤️ ya Husen❤ya Hesen ❤

  • @user-ys5kn1uy9y
    @user-ys5kn1uy9y 3 месяца назад +1

    Maşallah olsun can ya İmam HÜSEYN.(ə).😢😢😢

  • @namiqhadyev1893
    @namiqhadyev1893 Месяц назад +1

    Ya Huseyn

  • @eldenizrehimov7150
    @eldenizrehimov7150 День назад +1

    ❤❤❤

  • @user-kw4dx7li2h
    @user-kw4dx7li2h 5 месяцев назад +3

    İndi hamısı musiqili mərsiyə dramaturgiya yaradıb.Qədimi mərsiyə yaxşıdı.insanı riqqətə gətirir

  • @user-xw4yh7vl1x
    @user-xw4yh7vl1x 9 месяцев назад +5

    Allah ecir versin.

  • @user-vn8xn7zv7h
    @user-vn8xn7zv7h 10 месяцев назад +4

    Аллах габул елесин

  • @user-vu8ew7op9i
    @user-vu8ew7op9i 4 месяца назад +3

    Йа.хусен.сана.фада..олум.сагол.гардаш.

    • @telmansabirabadli313
      @telmansabirabadli313  4 месяца назад

      Siz sağolun Allah sizə ömür versin ,təşəkkür edirəm

  • @SalamSalam-qq7cj
    @SalamSalam-qq7cj Год назад +6

    Salam olsun esirler kervani olah ehli beyite 🤲🥺 salam olsun balaca mezlum olan Eliesgere e.s

  • @calalqardasov4683
    @calalqardasov4683 9 месяцев назад +3

    Sağ ol, qardaş. Təşəkkürlər. Bu mərsiyəni 80- lərdə kəndimizin məscidində çox demişəm

  • @teranedadasova8741
    @teranedadasova8741 6 месяцев назад +3

    Əsl mərsiyyə avazı.....mərsiyyəxanlar bu cür mərsiyyəxanlardan nümunə götürsələr,çox yaxşı olar.

    • @telmansabirabadli313
      @telmansabirabadli313  6 месяцев назад +1

      Allah sizə ömür versin, minnətdaram, məndən də yaxşıərsiuə deyənlər var

    • @teranedadasova8741
      @teranedadasova8741 6 месяцев назад

      @@telmansabirabadli313 hər kəsin öz dəst xətti var.Eyni mərsiyyəni bir neçə adam özünəməxsus oxuyur,içində seçiləni olur.Kimi avazı ilə,kimi yanğı ilə...bir sözlə mərsiyyə,mərsiyyə kimi oxunur.Təəssüf ki,son ollər gözəl sözləri olan mərsiyyələri,az qala lirik mahnı kimi oxuyurlar.Uşaqlıqdan mərsiyyə dinlımişəm.Rəhmıtlik anam da gözəl mərsiyyə oxuyurdu.Hər İmam Hüseyn məclisində hamı 1 dəfə oxuyurdu,anamı bir məclisin əvvəlində,bir də axırında oxudurdular.

  • @user-vv8oq5cg8r
    @user-vv8oq5cg8r Год назад +3

    YA ALLLAH YA HUSEYİN YAMEHEMMET

  • @ramal109
    @ramal109 Год назад +5

    Qardaş bu mərsiyənin sözləri olsa çox yaxşı olar zəhmət olmasa varsa əziyyət olmassa yazardınız, Allah müvəffəq eyləsin.

    • @telmansabirabadli313
      @telmansabirabadli313  Год назад

      salam aleykum,təsvirdə var,yenidən videoya baxsaz görəcəysiz,Allah əcir versin