Adalin əsri/The Age of Adaline (2015)

Поделиться
HTML-код
  • Опубликовано: 1 фев 2025

Комментарии • 14

  • @kamaleliyev6699
    @kamaleliyev6699 2 года назад +2

    Sağ olun ,əziz müəllimlər!

  • @vugarmammadov
    @vugarmammadov 2 года назад +2

    Filmə yeni baxdım, möhtəşəm mesajlar, metafizika var əslində filmdə.
    Adalinin taleyi zaman, gələcək, sevgi sınağının mərkəzindədir. Zamanla sevginin qarşılıqlı əlaqəsindən doğan metafizik mesaj var filmdə. Zaman dünyanı idarə edir. Zamanı isə İlahi sevgi idarə edir. Bütün dinlərin ortaq nöqtəsi kimi görə bilərik ki, Yaradan öz sevgisindən yaratmış külli aləmi. Yəni sevgi zamandan üst qatda olan bir nəsnədir. Sevgi mahiyyətinə görə ilahi mayalıdır.
    Adalinin qızı soruşur: Don't you miss having someone to love? Sevəcəyin birinin olması üçün darıxmırsan?
    It's been such a long time. Bu qədər uzun müddətdir.
    Adalin: It's not the same when there's no future. Gələcək olmayanda eyni deyil.
    Qızı: What are you talking about, you got nothing but future! Nə danışırsan, sənin gələcəkdən başqa bir şeyin yoxdur
    Adalin: I mean a future together, growing old together.
    Without that, love is, uh... Birgə gələcək, birlikdə qocalmağı nəzərdə tuturam.
    Onsuz sevgi, eh...
    - it's just heartbreak - bu sadəcə ürək ağrısıdır.
    Adalin gələcəkdə qəlb sarsıntıları keçirməmək üçün sevgini qəlbində öldürməyi üstün tutur. Yəni rahat, sarsıntısız gələcəyi sevgidən üstün tutur. Zamanı sevgidən üstün tutmaq isə zamana qarşı aqressiya yaradır, çünki zamanın yaradıcısı İlahi sevgidir, Yaradanın yaratdığı zamandan məqsədidə o İlahi sevgini qəlbdə yaşadıb böyütməkdir əslində. Filmin sonunda Adalin nəhayət qəlbində gələcək qorxusunu deyil sevgini seçdikdə onun karması, taleyi dəyişir. Avtomobil qəzasına düşməsi və sağ qalmasıda təsadüf deyildi. İllərlə zamana qarşı aqressiyanın inersiyası qəzanı, son anda sevgini üstün tutmağı isə onu o qəzadan sağ çıxmasına səbəb olur.
    Sevgiyə doğru seçimindən dolayı ruhunda artıq zamana qarşı aqressiya olmadığından zamanın tormozlanması sindromu yox olur və normal həyata qayıdır.
    Zamana qarşı daxili münasibət insanın karmasında mütləq üzə çıxır. Zamana qarşı aqressiya iki cür özünü büruzə verir, ya zamanı sürətləndirirsən, yada zamanı yavaşladırsan. Googla vursanız çıxacaq, yarım ilə 20-30 il qocalan insanlar var hazırda, dünya üzrə sayları 100- ə yaxındır. Əks prosesdə filmdəki qədər olmasada çoxumuz rast gəlmişik, yaşlarının çox olmasına baxmayaraq çox cavan qalan insanlar var. Fikri, düşüncəsi, hissləri ilə seçim edən insanın ruh qatına ötürdüyü informasiya onun taleyini yazır. Fitrət müstəvisində tam bir İlahi ədalət üzrədir hər şey.
    İlahi sevgi enerji yaradır, enerji isə zamanı yaradır. Uşaqlarda bir gün bir il kimidir, yaşlılarda bir il bir gün kimi. Belə ki, yaşlı insanlar sürətlənmiş zaman kəsiyində yaşayırlar. Çünki onların energetikaları aşağıdır. Deməli, daxili enerjimiz az olduqda ətraf mühitdə baş verənlər dahada sürətlənir. Əgər bizim yüksək enerjimiz varsa və bununla zamanı yavaşladırıqsa, tələsmiriksə, gözəl gələcəyə çatmadığımıza görə narahat olmuruqsa o zaman biz daha çox yaşayırıq. Qocalığın sürətlənməsi prosesi daxili saatın sürətlənməsi zamanı baş verir. Və bu zaman insan ölməmək üçün zamanı yavaşlatmağa başlayır.
    İnsanın gələcəkdə keçirə biləcəyi sarsıntılardan qorxusu kimi gələcək arzularına bağlılığıda eynilə zamana qarşı aqressiya effektini verə bilər.
    Arzular nədir? - Gələcəklə indiki zamanın birləşdirilməsidir. Biz bir şey istədikdə gələcəyə üz tuturuq. İki zaman kəsiyi. Biz arzulardan asılı olmağa başladıqda məqsədə tez nail olma arzusu bizim zamanı sürətləndirmək istəyimizə gətirib çıxarır ki, buda zamana qarşı aqressiya yaradır. İslamda gələcəklə bağlı gözəl bir ayarlama var - İnşallah kəlməsi, yəni Allah istərsə, Allahın inayəti ilə. Bu ayarlama ilə insan zamana deyil onu Yaradana üz tutduğundan artıq gələcəyə bağlanmır, ondan asılı olmur, zamana qarşı aqressiya vermir.

    • @anlama_sanati
      @anlama_sanati  2 года назад +1

      Adalinin qızı idi o. Yaşlanmışdı.

    • @vugarmammadov
      @vugarmammadov 2 года назад

      @@anlama_sanati Düzdü anasıdı )) səhv gedib, düzəltdim

  • @TelmanRehimov-b6e
    @TelmanRehimov-b6e 10 месяцев назад

    Siz iki izde insan olaraq gozel insansiniz

  • @shafaabdulla0514
    @shafaabdulla0514 2 года назад

    Gözəl flimdir

  • @elchinabdurahmanov2128
    @elchinabdurahmanov2128 2 года назад +1

    Təşəkkürlər dəyərli Müəllimlərə!

  • @shahnazazimzade5974
    @shahnazazimzade5974 2 года назад +2

    Çox mühüm mövzuya toxunmusunuz hər bir insanı narahat edən qocalığım necə olacaq ölümüm necə olacaq cənnət mi cəhənnəm mi yerim …düz mü yaşadım səhv mi ?Valideynlərim heç 50yaşı başa vurmadılar .Mən isə 15- 16yaş onlardan böyüyəm.Məsələ çox yaşamaqda deyil necə yaşamaq şərtdir.Adətən deyərlər “az ye saz ye “.Demirəm az yaşayaq, amma mənalı yaşamaq yaşamağın əsil qayəsidir.Qibtə edirəm o kəslərə ki zəmanəsinin öngörənləri olub axının əksinə -hamı kimi deyil özünəməxsus həyat “sürmüşlər”həyat yüyəni öz əllərində olub kim nə deyər “fəlsəfəsilə” deyil necə lazım bilirəm düşüncəsilə yaşayanlarındır həyat ,yəni qorxusuz ,urküsüz.Məncə bir də bu filmin əks düşüncəli bir variantı da çəkiləydi bir qədər də komedi janrda .acəba uzunömürlü insan qeyri dövrdə yaşasaydı aqibəti necə olardı maraqlıdı))Bəlkə də belə bir film var 🧐
    Hər halda zəhmət çəkib bu mövzunu müzakirə edib bizimlə bölüşdüyünüz üçün dərin təşəkkürümü bidirirəm 🙏 Yeni videolarınızı görmək ümidilə🤲💐💫🌟✨

  • @vasiframazanli4416
    @vasiframazanli4416 2 года назад +1

    Çox qəribə bir hal müşahidə edirəm özümdə. Zehnimi qurcalayan mövzular hansısa şəkildə qarşıma çıxır və sanki mənə nələrisə öyrədir. Bir neçə gün öncə ən yaxın dostumu gözlənilməz şəkildə maşın qəzasında itirdim. Nələr hiss etdiyimi tək Allah bilir. Burada sizin yenidən bu mövzuya toxunmağınız sanki yenidən mənə mesaj oldu. Otuz altı yaşım var. Çox qəribə bir dönəmdən keçirəm. Nələrinsə fərqində olmaq çox ağır yükdür. Quranın buyurduğu orta yolu seçib yaşamaq isə o qədər asan deyil. Belə olacağını heç bilməmişdim

    • @rahsanaliazimzade
      @rahsanaliazimzade 2 года назад

      Nədi sənə çətin gələn bəlkəm yardımım dəydi.

    • @vasiframazanli4416
      @vasiframazanli4416 2 года назад +1

      @@rahsanaliazimzade müəllim inanmıram bunu ifadə edə biləm. Çox qarışıq düşüncələr aləmindəyəm elə bil. Çox həssas olmuşam. Təkcə bir neçə il əvvələ qədər fərqində olmadığım şeylərin fərqinə varıram. Fərqinə varıb təfəkkür etdikcə quyunun dibinə enirəm. Fərqindəlik gözəl şeydir ancaq bir o qədər də insana yük olur. Ətrafda heç düşünməyib xoşbəxt yaşayanları görürəm. Mən də başı boş olsaydım, maymaq olsaydım deyə hərdən fikirləşirəm. Bəlkə o zaman xoşbəxt olardım. İnsanlara qarşı çox həssasam, zənnimdə yanılmıram. Zərrə qədər səmimiyyətsizlik görən kimi, silib atıram həyatımnan. Bu tərəfdən də yalnızlığa doğru gedirəm. Yalnızlığa alışıram. Nəyin düz, nəyin həqiqət nəyin yalnış olduğu aydın deyil deyə aldığım qərarlar məni əzir. Səhvmi düzmü edirəm bilmirəm. Reallıq, onunla gələn ağrı acılar adama elə sillə vurur ki, ayağa qalxmaq çətin olur.
      Bunlar deməyi bacardıqlarımdır. Aysberqin görünən hissəsi kimi.
      Müəllim, bu arada deməliyəm ki, sizin Müşviq müəllimlə söhbətləriniz çox dəyərlidir. Vaxt elədikcə bizləri feyziyab etməkdə davam edin. Təşəkkürlər:)

    • @rahsanaliazimzade
      @rahsanaliazimzade 2 года назад

      @@vasiframazanli4416 mənə özələ yaz kömək edim.

    • @vasiframazanli4416
      @vasiframazanli4416 2 года назад

      @@rahsanaliazimzade sizə Messenger də yazmışam