Tagi Salahoglu ➤ 🎤 Naz et mene ey sevgili canan, mene naz et (Eliaga vahid, Mikayil Mushfiq)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • ➤ 🎤
    KANALA ABUNƏ OLUN ===VİDEONU LAYK EDİN==== +994(50)332-8625
    #TağıSalahoğlu
    #tağısalahoğlu
    #TağıSalehoğlu
    #tağısalehoğlu
    #musiqi
    #musiqiçi
    #xanəndə
    #xanende
    #müğənni
    #mugenni
    #mahnı
    #mahni
    #mugam
    #muğam
    #music
    #toy
    #музыка
    #музыкант

Комментарии • 9

  • @Vilayetqarabagli
    @Vilayetqarabagli Год назад +3

    Var olun Tagı məllim.Allah can saglıgı versin sizə.

  • @user-cq7nz3bs6b
    @user-cq7nz3bs6b Год назад +4

    🤛💓🌹✋💓💯 Yaşa çox sağ olun

  • @rafiqqribov7893
    @rafiqqribov7893 Год назад +4

    Tağı müəllim , Allah tala səsinizə daha da rövnəg versin . Siz oxüyanda , inanın səmimi deyirəm , insanın bütün duyğuları sizin səsinizi duyur . Mən fəxr edirəm ki , bu yurdun sizin kimi oğulları var. O üzr istəyirəm, yumurtası tərs gəlmiş toyug kimi sizin arxanızda oturana ar olsun ki , gulag asmag istəmirsə , heç olmasa mane də olmasın . Tağını , özünə və sənətinə görə sevir xalg . Kölgəsondə fırlananlara görə yox

  • @user-ej8ls2rh3f
    @user-ej8ls2rh3f 10 месяцев назад

    Тагы муаллимин сесини ешиданда илк новбада Агчабади душур йадыма. Агчабади азербайчан мугамына беш корифейин учуну Муталлими, Зулфуну, Йагубу вериб. Тагы муаллим оз услубунда бир данадир. Ону хеч касла дайишик салмаг олмаз. Ешг олсун Тагы муаллима! ❤❤❤

  • @amorkhadi9064
    @amorkhadi9064 Год назад +3

    EMİM OGLU TEKDİ❤

  • @rafiqqribov7893
    @rafiqqribov7893 Год назад +3

    Milçək deyir bir şey deyil, amma ürək bulandırır

  • @user-pw1yk3ue9f
    @user-pw1yk3ue9f Год назад +2

    halal olsyn tagi mellme

  • @user-pw1yk3ue9f
    @user-pw1yk3ue9f Год назад +1

    mehemmed gardas syper

  • @eyvazhuseynov
    @eyvazhuseynov Месяц назад

    Mənə naz et
    “Yansın dilim ağzımda, desəm nazını az et,
    Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Əvvəl baxışında məni heyran elədin sən,
    Bir incə gülüşlə ürəyim qan elədin sən,
    Sonra məni bir lütf ilə xəndan elədin sən,
    Kafər qızı, axır məni Sənan elədin sən.
    “Yansın dilim ağzımda dəsti nazını az et,
    Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Xəlq eyləmiş öz keyfi gələndə səni tari,
    Öldür, bu bəladan məni qurtar, səni tari!
    Rəhm et mənə, biganəyə naz eyləmə bari,
    Alqış, elə bir aşiqə, var sən kimi yari,
    İnsaf elə, öz aşiqini məhrəmi raz et,
    “Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Ayinəni heyrətdə qoyub əksi-camalın,
    Xurşidi xəcalətdə qoyub arizi-alın.
    Aşiqləri həsrətdə qoyub zülf ilə xalın,
    Bəlkə, ola qismət bizə gülzari-vüsalın.
    Hərdən bu sınıq könlümü bir lütfilə saz et,
    “Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Gördüm, gözəlim, özgəyə sən naz eləyəndə,
    Az qaldı ki, ruhum uça, can qalmadı məndə,
    Bu nazü nəzakət var ikən bir belə səndə,
    Dərd əhli, inan, düşməyə bilməz bu kəməndə,
    Daim bu gözəl xilqətə min razü niyaz et,
    “Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Tiflis şəhərin eyləmiş hər kimsə ki icad,
    Tari eləsin ruhini aləmdə görüm şad.
    Cənnət ki, deyirlər edib icad onu Şəddad,
    Burdan aparıb huriyi-qılmanü pərizad,
    Yarəb, bu pəriçöhrələri bəndənəvaz et,
    “Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Dünya üzünə yaxşı gözəllər gəlib hərçənd,
    Olmaz sənə bir ölkədə nə misl, nə manənd,
    Təbriz, Bakı, Tehran, Şəki, Şirvan, Quba, Dərbənd,
    Gəncə, Qarabağ, şəhri-Buxaravü Səmərqənd.
    İstərsən əgər, əzmi-rəhi-mülki-Hicaz et,
    “Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Olma, gözəlim, surətinə bir belə məğrur!
    Mən etmişəm eşqimlə səni aləmə məşhur,
    Hicrində məni eyləmə qəm çəkməyə məcbur,
    Bir dəm hərəmi-vəslilə et qəlbimi məsrur,
    Dərgahə həmin qul deyə manəndi-Əyaz et,
    “Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Vazi, elə zənn eyləmə, həqqi danıram mən,
    Nə Kəbə, nə bütxanə, nə məscid tanıram mən,
    Lakin özümü həqq sevən insan sanıram mən,
    Dünyada fəqət bircə məhəbbət qanıram mən.
    Sən get hələ, ölmüşlərə təklifi-namaz et,
    “Naz et mənə, ey sevgili canan, mənə naz et”.
    Vahid, demə, mən daimiyəm zövqü səfadə,
    Mənsuri də yad etməliyik dari-fənadə.
    Bu misrəi-nazi o demiş bir belə sadə,
    Yarəb, sən ona rəhmətini eylə ziyadə,
    Qəbr içrə onun ruhini lütfünlə fəraz et,
    “Naz et mənə, ey sevgili canan, mənə naz et”.