Это видео недоступно.
Сожалеем об этом.

Pulun idarə edilməsi / Orxan Şahbaz (Sosial araşdırmaçı)

Поделиться
HTML-код
  • Опубликовано: 3 сен 2022
  • Bu videoda vacib bir mövzudan - Pulu idarə etməkdən danışacağıq. Bu hamının həsrətində olduğu, amma hər kəsin sıxıntı yaşadığı bir mövzudur.
    Azərbaycan cəmiyyəti pulun idarə edilməsində o qədər də uğurlu olmayan bir cəmiyyətdir. Düzdür, beyində fikir yarana bilər ki: “Onsuz da aya 300, 450 manat maaş alırsan, digər aya borcla çıxırsan, biz bunla necə edək?” Bunların hamısı var. Amma bir şeyi dəyişmək üçün mütləq şəkildə onu idarə etməliyik. Çünki idarə edə bilmirsənsə, daha da dərinə düşürsən.
    İndi bəzi məsələləri deyəcəm, fərqliliklərin olub-olmadığını görmək üçün özünüzdə də analiz apara bilərsiniz. İncəliyə baxanda əslində 10 qəpik də olsa, geriyə ata biləcəyimiz nəsə var, sadəcə biz onları fikirləşmirik.
    İnsanların bədxərc olmasının və pulu idarə edə bilməməsinin əsas səbəbi texnoloji proseslərin inkişaf eləməsi, marketinqin üst səviyyəyə çatması və sünii ehtiyacın yaradılmasıdır. Bizim süni ehtiyaclarımız var. Məsələn, baxırıq ki, “o filan telefonu işlədir, o filan texnologiyadan istifadə edir.”, “Bu restorana gedir, mən niyə getmirəm? Mən də gedim”. Məsələn, tutaq ki, mənim cibimdə 100 manat var, düşünürəm ki, bunu ayın axırına qədər çatdırmalıyam, amma mən onları görürəm və mühitim də elədir. Nəticədə həmin 100 manatı 3 günə xərcləyib bitirirəm. Təbii ki, bu halda idarə edə bilməyəndə sıxıntılar yaranır. Oradan “axı bu mənim haqqımdır” dediyinizi hiss eləyirəm, bunu da anlayıram. Sadəcə bir önəmli məsələ var. Sənin haqqın olan bir şeyi etməyin üçün indidən bu məsələləri idarə etməlisən ki, gələcəkdə haqqın olan şeyləri istədiyin vaxt ala biləsən. Məsələ budur.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - Əlaqə: / businestalks...​
    - Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Orxan Şahbaz
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Jalə Həsənzadə
    Layihə Meneceri : Kamran Tağıyev

Комментарии • 31

  • @BusinessTalksAz
    @BusinessTalksAz  Год назад +6

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @nrminquliyeva8812
    @nrminquliyeva8812 Год назад +4

    Hər dəfə bu prinsiplə pul xərcləyirdim, faydası həqiqətən çoxdu. Video əla alınıb, əllərinizə sağlıq.

  • @niyazqelbinur.
    @niyazqelbinur. 10 месяцев назад +1

    Çox gözəl...var olun.

  • @irshadefendiyev5159
    @irshadefendiyev5159 Год назад +3

    Çox sağ olun 👍👍👍

  • @ilkinehmedli6366
    @ilkinehmedli6366 Год назад +4

    Uğurlar 👍

  • @elvinabaszada5626
    @elvinabaszada5626 Год назад +1

    Çox dəyərli məlumatlar. Təşəkkür edirəm

  • @turalceferov3820
    @turalceferov3820 Год назад +2

    Təşəkkürlər çox sağolun.

  • @ehmedhebibov4081
    @ehmedhebibov4081 Год назад

    Melumatlandirdiginiz mariflendirdiyiniz ucun tesekkur.

  • @user-hw9ng7du3b
    @user-hw9ng7du3b 6 месяцев назад

    Əla videodu.Çox sağ olun🤲🏻👏🏻

  • @user-df9ux
    @user-df9ux Год назад +2

    maraqlıdı

  • @sevilmanaf1167
    @sevilmanaf1167 Год назад +1

    Təşəkkürlər👏

  • @farhadmukhtarov4119
    @farhadmukhtarov4119 Год назад +2

    Əla idi👍

  • @650study
    @650study Год назад +6

    Olmayan şeyi idarə etmək...😖

    • @playcinemacorporation7000
      @playcinemacorporation7000 Год назад

      Olanlara aiddi

    • @CuriousNatures
      @CuriousNatures Год назад +2

      Doğru yanaşma deyil. Əsas insanın pulunun olması deyil. Əsas insanin pulu idarə etmə bacarığıının olmasıdır. Bu bacarıq yoxdursa bir insan cek pot-u udsada az müddət sonra muflis olur yenə. Amma biznes təfəkkürlü adam sıfırdan başayıb zirvələr dogru gedir. Misalçun bircə gül alıb kücədə satıb onu iki gül edir mayasını yemədən. Sonra 3 gül 5 gül və gedikcə əlində olan az pulu kapitala çevirir.

  • @xeyalxancanov2433
    @xeyalxancanov2433 2 месяца назад

    3000 manat illik verib hecne elde etmeyeceksense 500 azn ver kursa getmek elbetdde yaxsidir.

  • @Ayten78
    @Ayten78 3 месяца назад

    Sıxıntı nədir?

  • @Mambo_beach
    @Mambo_beach Год назад

    Pulun dəyəri yoxdur indi ona görə də çətindir

  • @hikmetceferov6495
    @hikmetceferov6495 Год назад

    Salam. Mümkündürsə hotel açmaq üçün sıfırdan nələr lazımdır o barədə bir video çəkərdim zəhmət olmasa