Sakinlerin su ichdiyi chaya

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    Qobustan rayonunun yeni kanalizasiya sistemi çəkildikdən sonra Poladlı kəndinin sakinləri üçün qara günlər başlayıb. Kənd sakinləri belə deyirlər. Necə olubsa, rayonun çirkab suları kəndin ərazisindən keçən Pirsaat çayına axıdılır. Həmin kənd camaatı o çayın suyundan mal-qarasını, bağ-bağatını təmin edir və ən əsası, içməli su kimi istifadə edir. Daha doğrusu, edirdi.
    Bu ürək bulandıran görüntülər Qobustan rayonunun Poladlı kəndindəndir. 2 ildir ki, çaya axıdılan kanalizasiya suyu kənd sakinlərini çətin vəziyyətə salıb. Sakinlərin sözlərinə görə, Şamaxıdan axıb gələn Pirsaat çayı Poladlı kəndinin ərazisində Qobustanın çirkab sularına birləşir və həmin çirkab su da kəndə verilir. Gündəlik sözügedən çayın suyundan sakinlər həm içir, həm də təsərrüfatda işlədir. Sakinlər iddia edir ki, 2017-ci ildə Qobustan rayonunun içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasından sonra bu acınacaqlı vəziyyət yaranıb. Aidiyyatı qurumlara dəfələrlə məlumat verilib. Müvəqqəti olaraq texnikalar vasitəsi ilə çirkab suyun qarşısını almaq istəsələr də nəticə hasil olmayıb. Hazırda başqa çıxış yolu tapmayan sakinlər, avtomobillə dağlıq əraziyə gələrək çayın kanalizasiyaya qarışmayan hissəsindən içməli su götürürlər. Qeyd edək ki, çirkab suların axıdıldığı çay Hacıqabul rayonunun ərazisindən də keçir və Poladlı kəndinin sakinləri kimi Hacıqabul rayonunun da 7 kəndi bu sudan istifadə edir. Belə görünür ki, bu ilin sonuna kimi sakinlər eyni əziyyəti yaşamağa davam edəcəklər.

Комментарии • 3