Xəzər Süleymanlı Sən elə bir vaxtda rast gəldin mənə Cabir Novruzun şeiri
HTML-код
- Опубликовано: 20 янв 2025
- #Xezer #Suleymanli #Fan
#Xəzər #Süleymanlı
Xəzər Süleymanlının rəsmi kanalı oğurlanıb və videoları silindiyi üçün yeni kanal açıb bu videoları yükləmək qərarına gəldim.
dunyanin en aqir yuku sayilan gecikmis mehebbet dasiyanlara hesr olunur🥀
Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam...
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.
Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən...
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən...
Sən elə bir vaxtda rast gəldin mənə
Ömrün payız vaxtı, xəzəl çağıydı...
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı...
Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki...
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca...
Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol...
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uzaq ol...
Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi...
Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən...
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi...
Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir...
Nə deyə bildim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir...
Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim..
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim...
Cabir Novruz
😔😟😪🤲🤲🤲🤲🤲🤲
Hem ses hemde seir necede insani derin duygulara aparir. Sessizce aglamaq isteyirsen.
allah CabirNovruzu rəhmət eləsin oqədərgözəl şerdirki inanın dəfələrlə oxumuşam amma Xəzər Suleymanlının ifasında dahada möhtəşəm
Nə gücüm çatdıki sənden yapışım nə gücüm olduki səndən qaçım 💔
😔
Sen ele bir vaxtda rast geldin mene 😔 ne men senin nede sen menim deyildin 😔
Hörmətli sənətkar sizin oxudugunuz şerləri qulaq asmaqdan doymuram allahdan sizə uzun ömür can sagligi arzu edirəm səsiniz uca zirvələrdən gəlsin amin🙏🏻🙏🏻🙏🏻
Mükəməl bir şeyr.👏👏 Ürəyimi parçaladı. Səsin var olsun
Sən elə bil vaxta sart gəldinki mənə , bir üzüm cavandir bir üzüm qoca😢 gənçlik illərim, getdin bu dünyadan uzaqlaşdin getdin 😢😢😢
En Acisida Ya tez Rastlarsan Yada Gec..
Sen ele bir vaxtda rast geldin mene , bir üzüm cavandı bir üzüm qoca😔😔😔😔bu nece talehdi bu nece bextdi😔😔tezeden dünyaya gelmek istedim ..........
Sen ele bir vaxt rast geldin mene. Men evli sen subay😔😔😕😕😕
Allahim bu ne ezabdi🥺🥺🥺
ALLAH SESVE QÜVVET VERSIN.AMIN🙏🙏🙏
Aqladim((( heckime lazaimsiz olmaq ne pis wey imiw Bu heyatda ((
Inanin aglamaqdan gozlerim agriyor serlerine qulaq asdiqca
Çox təsirləndirdi meni sözlər,səs,musiqi🥺😔təmamilə mənim iç dünyamdan bəhs etdiz
Eh sözün bittdiyi an...səndə elə bir vaxta rast gəldinki yollarımız ayrı ayrı😢
_Men her zaman cok sevmenin yeteceyini sanirdim cox sevmek yetmiyirmiw buny mene cox sevdiyim birinden oyrendim_
Çox sağolun
Dəyərli sənətkar var olun Allah sizi qorusun
Heyati weirler necede gozel seslendirirsizzz
Sozler hec vaxt esl duygulari evez ede bilmir deyirler amma bu şer hisslerimize az da olsa tercumecilik ede bildi.Yarani sagaltmasa da aspirin oldu.
O uzaqda iten qatar bizimdir..
Mən tələsdim,sən gecikdin😢😢😢❤
O ele bir vaxda rast geldi mene yawamaģa sebebim oldu😔❤
Son zamanlar dinlediyim.en gozel sey🌹🙏♥️
Möhtəşəmsiniz 🙏
Bu şeiri bir defe şeir heveskarindan dinleteik o qədər pus təsir etdi ki amma Yutubdan onun kimi deyen tapmadım hamı biqazfan yuxarı deyir
Bu şeirə elə bir vaxtda rast gəldim ki.....
Möhtəşəm
Sən elə bir vaxtda rast gəldin mənə😔
01.03.2022 bu şeiri elə bir vaxTda eşiTdimki mən ..... Bunu bir Allah gordu birdə Yanımda olan💙
Super ses super ifa terzi😘
Ən sevdiyim seyir
Ürəyinizə sağlıq Dost🙏👍
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim...💔
Qardasim bir seride pis intonasiyayla seslendirde bu qeder olmaz axi menim qelbimin derinliklerini deyirsen sanki
Ona qələbəmdən qəmlənirəm mən...
_I cook sevdigim aslinde hec deger vermiyibmiw bana_
Cox uygun serdir❤
Bu şeri şair Aybəniz Haşımovanı görəndə yazib
Bu şeiri cox sevirəm.Amma nədən çaparaq oxudunuz?...
Sevincim❤️
Suallar umudler...gunes tek toxuna bilmerem..nuru olmadanda doze bilmirem
Sen ele bir vaxtda rast geldin mene, sevginin ne oldugunu bilmemishem sen deme
təşəkkürlər bu kanal üçün,bu səsləndirməlır əfsanədi...⚘
Təşəkkür edirik
Sen ele bir vaxta rast geldin mene......Bu nece bext idi?((((((
Maşallah
Ürəyinizə səsinizə və əməyinizə sağlıq.Təşəkkür edirəm, var olun.📲🎧🎼📚😇👍🙋♀️💐
Seni cox sevirem.unvanli.
Seni sevsem birgün sensiz qala bilmeyecem deye bilmedim🖤
18.02.2018💔
👏👏
Bu şeiri yenidən səsləndirin, zəhmət olmasa. Çox iti tempdədi
Rasd gəlib sonra itib yox olan xanim qəlb evimi tarmar edən xanim.bilmirəm taleyimə yazilmisan ya yox bilmədim Yarsan yoxsa yox qəlbimidə ozunlə aparmisan sən qaytar sinmis qəlbimi
Tezeden den ya ya gelnek istedim
MƏNƏ SEVGİLİM DE🌹
Mənə sevgilim de,....
Lal olum qarşında səni dinləyim,
Ruhumu oxşasın mənalı sözlər
Mənə sevgilim de ....
Uçum xəyallarda yanına gəlim,
Sevgidən parlasın qəmlənən gözlər.
Mənə sevgilim de...
Mənə sevgilim de...
Nağıldan gələn bir şəhzadən olum,
Öpüm dodağından yuxundan ayıl..
Mənə sevgilim de...
Mənə sevgilim de..
Gözəl arzulara birlikdə cataq.
Sevgini hiss edək ,duyaq,yaşadaq.
Mənə sevgilim de ...
Günəşin olum... tez çıxım ,gec batım ,səninlə olum
Yaşlanaq birlikdə,ölək birlikdə,
Mənə sevgilim de ....hər an hər yerdə.
Hara baxıramsa səni görürəm
Bütün duygularım səninlə bağlı
Mənə sevgilim de...
Dənizlər coşsun ,dalğa da külək də sevgilim olsun
Məni qısqanasan həmin dənizə
Bəlkə o dəniz də tək məni sevə
Mənə sevgilim de..
Yağış yağanda,sevişən aşiqlər çətir açanda
Yağışın damlası düşsün sinəmə
Mənə sevgilim de...toxun qəlbimə
Mənə sevgilim de...Mənə SEVDİYİM de...❤️🌹
👍👍👍👍
23.10.2022 :,(
❤💙😔
🙏❤🤲
❤❤❤❤❤
Fon musiqini deyə bilərsiz zəhmət olmasa?
Woppen not 1
Beyenirem sizi
❤😊
😭😔
Siz ozünüz də bir şersiz.
😭😭😭😭??????
😐
❤❤❤❤