"Bakının Rəngləri" 2021

Поделиться
HTML-код
  • Опубликовано: 16 май 2021
  • Proekt 17 May Homofobiya, Transfobiya və Bifobiya əleyhinə günə və Azərbaycan LGBTQİ+ icmasına həsr olunur.
    Musiqi: Joseph Abbas
    Sözlər: Joseph Abbas
    İfa: Joseph Abbas
    Mixing/Mastering: Melan Məhər
    Operator/Rejissor: Nərgiz Yusifova
    Montaj: ROUSTAM
    Geyim rəssamı: Sadat Qurbanova
    Layihə rəhbəri: Gülnara Mehdiyeva
    İdeya: Səməd İsmayılov
    Layihə kordinatoru: Səməd İsmayılov
    Təşkilat: Minority Azerbaijan
    Sözlər:
    Adı kimi yanan bu ölkənin,
    İki gözə görünməz sakini.
    Gizlənib boz kütlənin arasında,
    Heç olmayan rənglərdəyik.
    Ya qalıb ruhum boş divarlar arasında,
    Ya da məğlub oldum bu yolun yarısında.
    De görüm hansında qaldın fəsillərin?
    Taxtadan, daşdan, dəmirdən insanlar,
    Şəhərin küləyi bezdirər zamanla.
    Bezdirər zamanla...
    Şər qalxdığında,
    Qaranlıq yanında,
    Mən olmadığımda,
    Düşün, düşün, düşün...
    Kimlər çatar fəryada,
    İtib getsən dəryada?
    Hər kəs çox təmizdir əllərindən tutmağa.
    Çünki onlar sevmədi,
    Heç vaxt aşiq olmadı,
    Unutdular hisslərin arxasınca qaçmağı.
    Bakı bizi heç vaxt bir yerdə görmədi...
    2021 © Bütün hüquqlar qorunur!

Комментарии • 3,7 тыс.

  • @josephabbas
    @josephabbas 3 года назад +1317

    Xoş dinləmələr 👑💚

  • @aygul859
    @aygul859 Год назад +52

    -Salam Intiharla Bağlı Kitablar Hardadır.?¿
    -Salam Soldan 2ci Rəfdədir
    -Axı Orda Heç Kitab Yoxdur
    -Var Idi Götürüb Qaytarmadılar
    -...

  • @sunshinee3646
    @sunshinee3646 Год назад +493

    Kimlər çatar fəryada...
    İtib getsən dəryada...
    Hər kəs çox təmizdir
    Əllərindən tutmağa...
    Çünki onlar sevmədi.
    Heç vaxt aşiq olmadı.)✨
    Bəyənin üstdə qalsın..

    • @muradquliyev1563
      @muradquliyev1563 Год назад +5

      Unutdular hislərinin arxasınca qaçmağı

    • @huseyinnohu
      @huseyinnohu Год назад +3

      📯🎧

    • @dcurcd602
      @dcurcd602 Год назад

      ruclips.net/video/jRXaGIfnRgU/видео.html

  • @jkjeon7298
    @jkjeon7298 Год назад +761

    "Gizlənib boz kütlənin arasında
    Heç olmayan rənglərdəyik.."

  • @jaguar_ej1708
    @jaguar_ej1708 Год назад +463

    "bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil..."

    • @nsbmrsl
      @nsbmrsl Год назад +23

      İsa Şahmarlı.. Baskılara dayan bilmeyib intihar eden genc..

    • @nicat8067
      @nicat8067 Год назад +5

      Isanin sozleri 🥺🥺

    • @loswant
      @loswant Год назад +4

      @@nsbmrsl məki

    • @MenegoreFutbol
      @MenegoreFutbol Год назад +9

      Təpəniz haqqı

    • @jaguar_ej1708
      @jaguar_ej1708 Год назад +5

      @@MenegoreFutbol skdr🥰

  • @thisisenn
    @thisisenn Год назад +194

    Ölkəmə səslənirəm "İnsanlara hörmət etməyi öyrəndiyiniz gün dinləyərsiz bu mahnını" etmirsizsə də burda nə işiniz var keçin gedin baxmayın. Mənfi rəylər hələ ki laqeyd sözlər işlədənlər nə yaşayır görəsən. Burda bir insanın digərini öldürməyi xəbəri olsa heç rəy bildirməzsiz.

  • @allahverdiyevmurad5658
    @allahverdiyevmurad5658 3 года назад +659

    Mahnının ideologiyasına fikir vermədən sadəcə melodiyanın dalınca qaçdım. Musiqi duyumu olanlar gözlərini yumub öz ideologiyalarını yarada bilərlər bu mahnı ilə.
    Təşəkkürlər 🌠

    • @dcurcd602
      @dcurcd602 Год назад

      ruclips.net/video/jRXaGIfnRgU/видео.html

    • @spxal_
      @spxal_ Год назад +7

      Allahaqqi mende sadece bidene hisse ucun dinleyirem
      "Cunku onlar sevmedi hecvaxt asiq olmadi"

    • @tehmineelquliyevaelquliyev6661
      @tehmineelquliyevaelquliyev6661 Год назад +2

      Mence lgbt da insandir...size pislik etmeyiblerki....

    • @rva05
      @rva05 9 месяцев назад

      Eynən👍

  • @dnr_fox
    @dnr_fox Год назад +28

    Çünki onlar sevmədi, heç vaxt aşiq olmadı....

  • @NarminSultanli
    @NarminSultanli Год назад +76

    Necə yəni ideologiyası pisdir?! Onda dinləməyə layiq deyilsiniz.. Biraz o mənasız düşüncənizi dəyişin. Sırf rəngli geyinib, tattoo edib, bir iki dənə fərqli musiqi dinləyəndə dəyərlənmirsiniz. Başqa insanlarının həyatına burun soxmamağı öyrənəndə dəyərlənirsiniz. #loveislove

    • @portalgamer3933
      @portalgamer3933 Год назад +1

      Lgbt dəstəkləmirəm amma qarışmıramda onlar kütləvi çıxışlarla özlərini təzə nəsilin beyninə həkk etməyənədək amma sizin bu sözünüz səhfdi "love is love" buna ən yaxşı cavab: suda sudur onda niyə tualetdən içmirsən?

    • @cielojoon
      @cielojoon Год назад +2

      @@portalgamer3933 çox məntiqsiz qarşılaşdırmadır həqiqətən. LGBT fərdi olan insanların öz seçimləri olmur. Aşiq olanda deyirsən filankəsi sevim? Sevəndə sevirsən. Amma dediyiniz o tualet suyunu içmək ya da içməmək öz əlinizdədir. Bir az araşdırsanız, empatiya qursanız elə başa düşərsiniz ki. Amma kor gözlər və doqmatik düşüncələr imkan vermir sizlərə. Özdə dəstəkləmək sadəcə həmin insanları təhqir etməmək, fiziki ya da psixoloji şiddətə məruz qalmalarını istəməmək deməkdir. Əgər ilişmirsinizsə, sevməsəniz belə dəstəkləmiş sayılırsınız.

    • @portalgamer3933
      @portalgamer3933 Год назад +1

      @@cielojoon yenə və yenə sosyal medya qulları olmuş insanların fikirlərini dayatdığı məxluqlarla üz-üzəyəm,Lgbt şəxsi xarablılıqdır əgər sizdə gedib araşdırsaz insanların sonrada belə bir xususiyyətə malik olduğlarını bilə bilrəsiz.Alimlərin çoxlu araştırmalarından bəhs etmişdim məgər siz alimləri səhf çıxardırsız? Və bəli mənim argümanım çox dəqiq və möhtəşəm idi.Suyu istəməkdə sizin əlinizdədir ,insanları istəməkdə.Lgbt beyinə uşağlıqdan depolanan bir düşüncə tərzidir onu şüur altı filmlərlə,multikasyalarla,karikaturalarla,mangalarla uşağlara yeritmək və onlarıda bu yola sövq etmək çox asantdır.Heyif ki siz kimilər gözlərini açmır beyinlə deyil ürəyinin verdiyi qərarlara irəliləyir.

    • @portalgamer3933
      @portalgamer3933 Год назад +1

      @@cielojoon Və bir də dəstəkləmək onun arxasında durmaq ,ona kömək etmək kimi işlədilir beləliklə sizin işlətdiyiniz ifadə yəni, "siz ona şiddəy göstərmiyərək,onu təhqir etmiyərək onu dəstəkləmiç olursunuz" fikri bir mənalı olaraq yanlışdır.Əgər mənim onlarla işim yoxdursa deməli onlara qarışmıram bu demək deyil ki mən onları dəstəkləyirəm. Zəhmət olmasa fikirləşib danışın/yazın.

    • @cielojoon
      @cielojoon Год назад +3

      @@portalgamer3933 nolar cahilliyi seçməyin, yalvaracaq dərəcədəme artıq. Mənim millətim niyə cahilliyi seçir axı? Əsrlər əvvəl də ziyalılarımız çalışdılar ayıdalar ayılmadılar, indi də ayılmırlar. Bunu sırf LGBT üçün demirəm, səhv başa düşməyin. Hər anlamda deyirəm. Mən 13 yaşımdan bəri araşdırıram, indi də ADA universitetində Dövlət və ictimai münasibətlər oxuyuram. Universitetdə keçdiyimiz dərslərlə birlikdə, artıq 7 ildir ki LGBT araşdırıram, danışıram, hüquqlarını müdafiə edirəm. Əşşi, sənin həyat tərzinə uyğun deyil, araşdırmaq istəmirsənsə baxma, keç get öz işinə. Təhqir, tənqid edəndə nə keçir əlinizə? Bu insanların hissiyatı belədir. LGBT içində tək gay, trans, lez yoxdur ki. Asexualı var ki cinsi hissi olmur, intersexualı var ki iki cinsi orqanla doğulur, nə bilim onlarla cinsiyyət və cinsi yönəlim var. Əsas siz araşdırmalısınız. Quranda filan şey yazılıb deməklə həll olmur. Quranı oxuyan da oxumayan da lüt qövmündən danışır.
      1. Lüt qövmü sadəcə bir əfsanədir, realda sübutu yoxdur. "Dindarlar" deyirlər Pompey hadisəsi, o da bizim eranın 79-cu ilində olub, Quran olan Lüt qövmü isə eradan əvvəl 1900-cu illərdə olub təxminən. Yəni Qurandakı Lüt qövmü Pompeydəki hadisə ilə əlaqəli deyil.
      2. Bu xəstəlik deyil, sadəcə hissiyatdır (sevgi və cinsi olaraq). O da bütün canlılarda var, tək insanlarda deyil.
      3. Bunun sosial media ilə əlaqəsi yoxdur. Demirəm özünü cool göstərmək üçün LGBT fərdiyəm deyə bilər kimsə. Amma LGBT fərdləri, ya da bu haqda məlumatı olan insan ayırd edə bilir elələrini. Çünki yalandan deyənlərin öz cinsinə marağı olmur, bu da axır əvvəl ortaya çıxır. Yəni onlar LGBT fərdi deyillər. Əsl LGBT fərdləri özlərini dəyişə bilməzlər.
      4. Bu seçim deyil, seçim olsaydı inanın gedib lezbiyan olardım amma ola bilmirəm. Onlar da heterosexual olardılar. Çünki heç kim bu qədər qınanacağını bilə-bilə homoseksual olmağı seçməz.
      5. LGBT təzə yaranan şey deyil, bu həmişə olub. Osmanlıda oğlancılıq legal olub hətta. Tarix oxuyan insan bunu bilər. Babək Cavidanın arvadını sevib deyə öldürüb Cavidanı. Nolsun ki, xalq qəhramanıdır, yaxşı savaşçı olub? Elələrini ilah kimi, fərxlə danışırsınız amma LGBT fərdi olanları görməzdən gəlirsiniz. Mahnıda da deyildiyi kimi, LGBT fərdləri boz kütlə arasına qarışan və rənglərini gizlədən insanlardılar. O qədər rəis, polis, həkim filan var ki, LGBT fərdi olan. Dağ boyda kişidir amma gaydır. Bu onun seçimi deyil. İnsanların qadınsı ya da maskulin olmağı onların alçaq ya da üstün olmağı demək deyil. Tək xahişim, gedin siz araşdırın. Araşdırmırsınızsa da keçib gedin, ilişməyin heç kimə. Çünki insan yorulur artıq kiməsə nəyisə başa salmaqdan.

  • @aisel18
    @aisel18 Месяц назад +8

    Hər kəs bu dünyanın adamıdır və bu dünyada hər kəs birlikdə yaşayır. Bu dünyanın insanlarının hər birinin fərqli düşüncələri, həyat tərzləri, qərarları və yaşamı var. Hər kəs öz həyatını necə yaşayacağını özü seçir. Pis və ya yaxşı olmasından asılı olmayaraq hər kəs bir şey seçir və ona uyğun yaşayır, düşünür, qərar verir. Bu normal bir şeydir. Bu bütün dünyada eynidir. Burada hər kəs öz dilini, dinini, işini ümumiyyətlə hər şeyi özü seçir. Yaşam azaddır. Hər kəsin yaşamaq hüququ vardır. Hər kəsdə istədiyi kimi hərəkət edir. Bu çox sadədir. Uzatmağın mənası yoxdur. Necə istəyirsənsə elə də edirsən. Bu qədər. Hər birinizə uğurlar...

  • @ivyinanutshell1403
    @ivyinanutshell1403 Год назад +182

    "hər kəs çox təmizdir, əllərindən tutmağa" elə izah edir bu cümlə hər şeyi

    • @Mira-kc6cg
      @Mira-kc6cg Год назад +4

      Mən anlamadım orasını izah edə bilərsən ?

    • @ivyinanutshell1403
      @ivyinanutshell1403 Год назад

      @@Mira-kc6cg azərbaycanda bir çox insan homofobikdir və lgbtq+ üzvlərindən iyrənirlər, burada məncə onu vurğulayıb.

    • @Ha1rullahh
      @Ha1rullahh Год назад +1

      Mende basa dusmedim

    • @justmeiamagirl
      @justmeiamagirl 7 месяцев назад

      ​@@Ha1rullahhinsanlar deyir ki, "günah işləyir, kafir, yanın". Özləri çox təmizdir sanki, əsla bizi təmiz görmədilər mənasında.

  • @aspeck5332
    @aspeck5332 Год назад +190

    İnsanlar anlamadıqları, bilmədikləri, qorxduqları şeyləri 'iyrənc' sayırlar. Şərhdəkilərə (ümumən insanlarımıza) araşdırmağı, öyrənməyi arzulayıram.
    Bir gün. Bir şey. Oxumaqları. Öyrənməkləri. Ümidilə. 🏳️‍🌈

    • @yusif9732
      @yusif9732 Год назад +11

      Desteklemirem ama destekliyenlerede birsey demirem men oz dinimle hereket edirem herkesin gunahi ozune

    • @feridbabazade98
      @feridbabazade98 Год назад +16

      @@yusif9732 dəstək istəmirik dostum, hörmət kifayətdir. Həyatımızı cəhənnəmə çevirməməniz bəs edər, əmin olun.

    • @yusif9732
      @yusif9732 Год назад +6

      @@feridbabazade98 yrnr deyirem hormetsizlik elemerem ama normal qarsiladigimida drmerem lakin fikirlerini hormetsizce ifade edip şiddet gosterenlere sinir oluram tebiki herkesin fikri dini irqi eyni olasi deyil ama hormet lazimdi

    • @hamidamirli9052
      @hamidamirli9052 Год назад +6

      @@feridbabazade98 həyatımızı sizlər daha çox ziddana çevirirsiz təəssüfki, çöldə bədənin satanların 90 faizi Transdi plus gay olmak qız kimi geyinmək vəya qız kimi herketler etmək deyil, siz "özgür" olacaqsız deyə bizim özgürlüyümüze qısıtlayırsız,bu əgər seçim dirsə çox gülüncdür ancaq doğuşdan varsa ona bir şey deyə bilmərəm. (Host gözlərim və qulaqlarım sizi axtarır)

    • @Celay_22
      @Celay_22 Год назад +2

      İrag olsun Ya Allah

  • @narminahuseynova2630
    @narminahuseynova2630 3 года назад +559

    _Və təəssüf ki, klipin müəyyən hissələrinin ağ-qara olması_ ✊🏻

  • @faridgulum1226
    @faridgulum1226 3 года назад +16

    AZ altyazısı çalışmır :(

  • @sadiq9751
    @sadiq9751 Год назад +68

    Musiqinin İdealogiyası Vecimə Deyil Sadəcə Sözlər Və Melodiyaya Qulaq Asıram

  • @aliqurbanli4859
    @aliqurbanli4859 2 года назад +643

    Hər kəsin fikrinə hörmətlə yanaşmağ bizim özümüzün özümüzə hörmət etdiyimizin əsas nümunəsidir👍🏻

    • @nahidaliyv9150
      @nahidaliyv9150 Год назад +29

      Hə sən "müasirsən".

    • @aliqurbanli4859
      @aliqurbanli4859 Год назад +41

      @@nahidaliyv9150 Muasirlike elaqesi yoxdu dostum kiminse fikrine fikir bildirmen ne sene ne mene nede ki basgasini dusmur

    • @ItachiUchiha-co6fu
      @ItachiUchiha-co6fu Год назад +5

      @@aliqurbanli4859 Bildirirəm 🗿

    • @songuladlv158
      @songuladlv158 Год назад +29

      @@ItachiUchiha-co6fu onların günahlarının sizə adiyyatı yoxdu,sizi özləri ilə cəhənnəmə aparmayacaqlar,həyat qısadı və başqalarının qərarlarına qarışmaq yerinə öz həyatınızı yaşayın,onların həyatını isə cəhənnəmə çevirməyin

    • @snan5487
      @snan5487 Год назад +10

      @@nahidaliyv9150 Abii , müasirliklə heç bir əlaqəsi yoxdu qadası . Sadəcə onlar elə doğulublar . Biz necə kişi hisslərinə sahibiksə onlar da doğulanda qadın hisslərinə sahib olurlar . Onlar Allahın həhz elə yaratdığı bir insanlardılar. Bu qədər...

  • @k.aya888
    @k.aya888 Год назад +86

    İlk qızlardan və oğlanlardan xoşum gəldiyinə fikir verəndə 10-11 yaşlarındaydım. Qızda mənə qarşı nəsə hiss edirdi. Bunu mənim və onun ailəsi fərq edəndə birdə heç görüşmədik nə də danışammadıq

  • @obsessedwithteuk
    @obsessedwithteuk 9 месяцев назад +7

    Belə bir ölkədə belə cəsur bir mahnı
    Təşəkkür edirəm deyə bilmədiklərimi tək bir mahnıda ifadə etdiyiniz üçün #loveislove

  • @lalaholmess
    @lalaholmess Год назад +113

    Mahnını hər dəfə dinlədiyimdə , burada özümü heç vaxt tam ifadə edə bilməyəcəyimi daha yaxşı anlayıram .
    "Gizlənib boz kütlənin arasında , heç olmayan rənglərdəyik" .
    Anlamaq istəməyən insanlardan anlaşılmağı gözləyirəm ..

  • @arslanemrahov1252
    @arslanemrahov1252 Год назад +123

    LGBT üzvlərini sevməsəmdə hörmətlə yanaşmağa çalışıram. Öz həyatlarıdı. Özləri bilər. Mahnını hardasa eşitdim şhazamladım. Yükledim. Heyetde uşaqlarnan oturanda qoydum dedim geşeng mahnı tapmışam dostum dedi lgbt mahnısıdı. Biraz çaşdımki doğrdan? Videoya baxdım gördüm hə. Ama bele mahnı ləzət elədi. Yeni bu videoni görenden sonra bele mahnıya qarşı simpatyam dəişmədi.

    • @lamiyquliyeva6724
      @lamiyquliyeva6724 Год назад +1

      Bu mahnını lgbt üzvləri özəlləşdiriblər

    • @aybarah744
      @aybarah744 Год назад +17

      @@lamiyquliyeva6724 xeyir hele onlara yazilib sözlere bax hem mahninin sahibi ozude demisdiki onlarq yazmisam

    • @mrtzlstudio513
      @mrtzlstudio513 Год назад +4

      Menimde 👍🏻

    • @pugbmobil6822
      @pugbmobil6822 Год назад

      Ne hormet qoyursan qaqas bular kimi bir oglun olsun isdeyersen?

    • @arslanemrahov1252
      @arslanemrahov1252 Год назад +1

      @@pugbmobil6822 elbette isdemez heçkes. Mən ata deilem. Ama tesevvür etki oğlun olub. Bir müddet sonra evdrn qaçır. Gedir. Sonra mektub gönderirki bele ata. Ne edersen.? Deyir heyat menimdi. Men bu yolu seçdim. Sehv düz özüm yaşayacam. Ne edessen gesib öldüressen? Öldürdün girdin içeri. Ne deişecek. 9 milyard ehali var denyada 1 denesi ölende nese düzelir? Milyonlarnan lgbt üzvü var lezbiyanı transı geyi ve.başsqaları. mence deymez. Ona göre kimise qınamamışdan qabaq biraz fikirleşmek lazımdı. Allah sene beyin verib. Sen fikirleş. O fikirleşe bilmir bu yolu seçir. Bes senin beynine ne gelib. ALLAH sene deyir gey trans gördün vur öldür? Öldürmek lazım olsaydı peyğqmber ordusu qırardı hamısın. Demeli deyib Allah biler özü biler. Qiyametde o cavab verecek öÜne sen yox.

  • @cielojoon
    @cielojoon Год назад +11

    LGBT+ təkcə trans, gey, lezbiyanlardan ibarət deyil. Onlarla yönəlim və cinsiyyət var. Və bu nə xəstəlikdir, nə əxlaqsızlıq, nə hormon pozğunluğu, nə də başqa bir şey. Bu sadəcə insanların və digər canlıların duyğusal və cinsi hissləridir. Onsuz da bu insanlar tarix boyu olublar, olacaqlar da. Sadəcə gizləniblər. Abbasım da oxuduğu kimi "gözəgörünməz sakinlər". Zorla qarşı cinslə evləndirilib, övladlıqdan atılıb, küçəyə atılıb, üz döndərilən insanlar sadəcə nifrət və zorakılıq doğurar. Artıq empatiya qurmağı öyrənməliyik. Dində belədir, elədir deyib bəhanə etməyin. Dində bir çox şey yazılıb amma heç kimin əməl etdiyini görmürəm. Qaldı ki, hamının dini və inancı eyni deyil (hər nə qədər LGBTnin dinlə əlaqəsi olmasa da). İnanın sevgi və hörməti yaysaq, nə əxlaqsızlıq qalar nə də bir şey. Əxlaqsızlığı yaradan sadəcə geri düşüncələrdir. LGBT dəyişdirilə biləcək bir şey deyil. Hər necə ki, siz, LGBT sevməyən insanlar öz cinsinizi sevə bilmirsinizsə, onlar da qarşı cinsi sevə bilmirlər. Və yenə Abbasın oxuduğu kimi, siz sevgi nədir bilmirsiniz. Sevgini sadəcə iki ayaq arasında görürsünüz. Azad və yetkin insanlar bir-birlərini istəyirlərsə bu sadəcə sevgidir. Əxlaqsızlıq siz onlara qarşı çıxanda yaranır, onları qəbul edəndə yox. Onları dəstəkləməksə sadəcə onların zorakılığa məruz qalmamasını dəstəkləməkdir. Və ümid edirəm hamı bir gün anlayar və dəstəkləyər.

    • @slayersociall
      @slayersociall Год назад +1

      İndi deməy istiyirsən hörmət elyəy ?

    • @cielojoon
      @cielojoon Год назад +2

      @@slayersociall onsuz da onların kiminsə hörmətinə ehtiyac yoxdur. Qram düşüncəsi olan indan hörmət edir zatən. Mən sizin özünüz üçün deyirəm ki, boş-boş insanların həyatına burun salıb öz vaxtınızı itirməyin. Onsuz da hamı öz bildiyini eliyir. Sizin nifrətiniz sadəcə cəmiyyətdə psixologiyası xarab və ölkədən qaçmaq istəyən gənclər yetişdirir. LGBTnin nə olduğunu bilməyənlər belə pisləyir. Halbuki iki dəqiqə oturub araşdırsalar başa düşərlər nə nədir, nə nə deyil. Sadəcə kor kimi nə eşitsələr onlara inanırlar. Dövlət və ictimai münasibətlər tələbəsi kimi, məni də yandıran budur türkün məsəli. Millətimin sorğulamaması və elm, dərrakədən uzaq olmasış

    • @slayersociall
      @slayersociall Год назад +1

      @@cielojoon Mənəm elmdən uzaq ? Bakı Sumqayıt Ceyranbatan neçə dəfə intellektual liqalarda yer tutmuşluğum olub mənəm elmdən uzaq? İdmanla məşğul olan adamam o gey petuxlar kimdi ki onlara görə boş boş vaxtımı itirim ? Onlar kimdi ki mən onlara hörmət elyim? Eləməsəm nolacaq? Ölkədən qaçmaqları daha yaxşıdı getsin “müasir" ölkədə nə iş görürlər görsünlər bura Azərbaycandır!

    • @slayersociall
      @slayersociall Год назад +1

      @@cielojoon Düşüncəmin yaxşı olub olmadığına şübhən mi var tanıyıb tanımadan ? Hörmətə ehtiyacları yoxdursa niyə deyirsən hamı hörmət eləsin? Məcburi hörmət? Hörməti hər adam qazana bilmir. Sevgi sevgidirsə , su sudur niyə ayaqyolundakı suyu içmirsiz?

    • @cielojoon
      @cielojoon Год назад +2

      @@slayersociall elm o mənada elm demirəm. Ona qalsa mən də ADAda təhsil alıram, indi də imtahan vermişəm Almaniyaya gedəm. İnanın petux dediklərinizin çoxundan xeyir görmüşəm nəinki "əsl" kişi gördüklərinizdən. Vaxt itirmək istəmirsiniz amma gəlib təhqir edirsiniz onları. Vaxt itirmək deyil bu? 😂 Yenə deyirəm, hamı onsuz da öz həyatınını yaşayır. Bu seçim deyil ki, onlar özlərini dəyişələr. Yəni sizin onları təhqir, tənqid eləməyiniz sadəcə sizə ziyan vurur. 🤷🏻‍♀️ Ölkədən qaçmağı təkcə onları nəzərdə tutmuram. Lezbiyan deyiləm, mən belə cəhalətdən bezmişəm artıq. Mentalitet adı altında insanları məhv eliyirsiniz. Bu müasirlik deyil, sadəcə məntiqli düşüncədir. Demirəme özünü cool göstərməyə çalışıb axmaq axmaq şeylər eliyirlər də var. Amma bunu durub bütün LGBTQ+ fərdlərinə aid eləmək olmaz. LGBTQ+ içində interseksual da var, yetimlər iki cinsi orqanla doğulurlar. Həm hamilə qoya bilirlər, həm hamilə qalırlar. İndi bunlar da öz keflərindən elə olur? Ayrı vaxt dindən, Allahdan danışırsınız, onda belə çıxır ki, onları Allah yaratmayıb? Araşdırmaq sizin özünüzə xeyirdir ki, gülünc vəziyyətə düşmürsünüz ağzınızı açanda. Məntiqlə, sübutla danışırsınız. Yox, araşdırmaq istəmirsizsə onda bir zəhmət oturun yerinizdə, hər mövzuda fikir bildirməyə ehtiyac yoxdur. Tarixçi İlber Ortaylının yaxşı sözü var, deyir "fikrin olar onu içində saxlamalısan. Kimləsə bölüşmək istəyirsənsə fikrini, ancaq yaxınlarınla paylaşa bilərsən. Əgər, fikrini hamıya bölüşmək istəyirsənsə, onda gərək həmin mövzu haqda araşdırmaların, sübutların ola. Əks halda, fikrinin mənası olmur və heç kimə də maraqlı deyil". İndi sizin də öz dediyiniz kimi, araşdırmanız yoxdur. Ona görə də bir zəhmət fikrinizi özünüzə saxlayın, çünki həqiqətən heç kimə maraqlı deyil. Desəz, sənin hardan sübutun var, 7 ildir özüm araşdırıram + universitetdə təhsilin alıram bu mövzunun+ onlarla LGBT fərqi tanışım var, hər irqdən, hər dindən və hər millətdən. Bu qədər sadə. Ümid edirəm yetəri qədən anlaşılır yazdım hər şeyi. 😃

  • @madinaqurbanova
    @madinaqurbanova Год назад +113

    Lgbt'ni sevmirəm, dəstəkləmirəm amma Lgbt'yə daha çox hörmətim var, nəinki özünü "normal" kimi göstərib, Lgbt'ni təhqir edib, arxada isə min cür iyrənclik edənlərə

    • @noxiousbroz
      @noxiousbroz Год назад +5

      Allahin lenetlediyi şeyi sen kimsenki hormet edesen

    • @Milan-yn5qe
      @Milan-yn5qe Год назад +27

      @@noxiousbroz sen kimsene başqalarına hedd bildirirsen?

    • @noxiousbroz
      @noxiousbroz Год назад +3

      @@Milan-yn5qesene kim lazmdi

    • @Milan-yn5qe
      @Milan-yn5qe Год назад +22

      @@noxiousbroz Ölkənin qayda qanunu var. Sənin kimi hər yoldan keçən cahilin öz aləmində başqalarına hədd bildirməsi inan ki hürən it qədər də olsun heç kimin vecinə (vecimə) deyil

    • @noxiousbroz
      @noxiousbroz Год назад +2

      @@Milan-yn5qe meki

  • @nihatzararsz7360
    @nihatzararsz7360 3 года назад +450

    Çok güzel bir çalışma olmuş. Ellerinize sağlık. Kardeş ülke Türkiye'den sevgiler saygılar.

    • @nagmanafov1094
      @nagmanafov1094 2 года назад +4

      Lgbt şakısı bu kanka

    • @nihatzararsz7360
      @nihatzararsz7360 Год назад +50

      @@nagmanafov1094 Farkındayım, aynı dili konuşuyoruz.

    • @tamam5109
      @tamam5109 Год назад

      @Recep Tayyip Erdoğan s g

    • @nagmanafov1094
      @nagmanafov1094 Год назад +6

      @Recep Tayyip Erdoğan 🤣😂🤣🤣

    • @kaichangi3421
      @kaichangi3421 Год назад +2

      @Recep Tayyip Erdoğan Səviyyəsiz

  • @abdullayeva1605
    @abdullayeva1605 Год назад +67

    Mən hicablı insanam.lgbt'ni sevmirəm.dinimizcə günahdır.amma bir insan lgbt fərdidirsə,mənə nə,sənə nə,kimə nə?insanlar öz həyatlarına yox,başqalarının həyatına təəssüf ki,burun soxmağı sevir

    • @nurinuri876
      @nurinuri876 Год назад +4

      Sen İslam xeberin yüz faiz var dinde bele bir sey varki gunahkar bendeni bundan xebardar edib onu bu yoldan cekindirmelisen bele bir sey var etiqadı elediyin dinin qaydalarni yaxşı bil yada hec danisma

    • @abdullayeva1605
      @abdullayeva1605 Год назад +11

      @@nurinuri876 qardaş,mənim dindən çox gözəl xəbərim var.o insan əyər o yolu seçibsə,otur ona illərlə başa sal.başa düşməyəcəksə,durub ona zorla nə namaz qıldıra bilmərəm nə də başqa bir şey.hər insanın öz seçimi var.mən müsəlmanam deyə heç kimə müsəlman olmağı məcbur edə bilmərəm.bir insan ki, Allah qorxusundan dinə gəlmirsə,ona nə desən boş olacaq.eşitməyən qulaqlara nə qədər qışqırsan da xeyri yoxdur.

    • @ayherhalde1480
      @ayherhalde1480 Год назад

      Osmanli tarixini oxu orda lgbt uzvleri olub)

    • @nurinuri876
      @nurinuri876 Год назад

      @@ayherhalde1480 dediyimle osmanli ne alaqesi hemde bu osmanlida her sey olub sen gel sefevide bele şey olduğunu de

    • @tanjiro1012
      @tanjiro1012 Год назад +1

      Ölkəmizin resmi dini yoxdu istiyen istiyen şəkildə yaşamağı haqqı var

  • @xedishka
    @xedishka 3 года назад +143

    Çünki onlar sevmədi, heç vaxt aşiq olmadı..

  • @aytacbayramova9525
    @aytacbayramova9525 Год назад +17

    Sadəcə hörmətlə yanaşıram
    Və musiqinin gözəlliyi məni məftun etdi 👏🏻🥺❤

    • @nazl7611
      @nazl7611 10 месяцев назад

      iyrencc

  • @Chris_sfav
    @Chris_sfav Год назад +15

    Bütün musiqi platformlarında dinləyirəm.
    Ürəyim sıxılır, yenə gəlib dinləyirəm. Hər gün dinləmək yaxşı hiss etdirir. Məruz qaldığım zorakılıqları unutdurur..
    Sevgilimlə çox bəyəndik. Möhtəşəm iş alınıb🏳️‍🌈🤍
    Rənglərinizlə gözəlsiniz. Özünüzdən utanmayın. Bu doğuşdan gəlir. Siz möhtəşəmsiniz

  • @CyberBlacks
    @CyberBlacks 3 года назад +25

    #loveislove

  • @gakhramanovha6900
    @gakhramanovha6900 Год назад +13

    Mahnı Gözəldir ama mənası daha çox..

  • @semamehmanli9331
    @semamehmanli9331 Год назад +85

    Mahnının melodiyası çox gözəldi, mənasını biləndən sonra hərşey daha da mükəmməlləşdi ❤️👌🏻

    • @zenox8599
      @zenox8599 Год назад +12

      10-14 yaş arası özünə LGBTQ deyən qızlar nə yaşayır? Heç mənasını da bilmir çoxu nəm e ala

    • @rida8501
      @rida8501 Год назад +9

      @@zenox8599 senin kimi ergen xxxtentacion fani lgbtden ne anlaya bilerki, birde xanimin lgbt uzvu oldugunu hardan cixartdin, lgbt uzvu olmag ve desteklemek basga basga sheylerdi ama sen ergen olduguna gore bunu bele basha dushmursen ancag bosh bosh danishirsiniz hamiviz

    • @zenox8599
      @zenox8599 Год назад +5

      @@rida8501 necə yəni tentacion'a qulaq asan onu sevən ərgən olur? LGBTQI dəstəkləyənlər və gey və.s olanlara -1%'də hörmətim yoxdu

    • @rida8501
      @rida8501 Год назад +1

      @@zenox8599 bashgalarina hormeti olmayan insanin ozune hormeti yoxdur demekdir.

    • @DARK-of8fl
      @DARK-of8fl Год назад

      @@rida8501 x fanları seni çox hamile qoyub ona görə abijniksen dalben

  • @SabuhiAbbasov
    @SabuhiAbbasov 3 года назад +39

    Nəqarət 😍

  • @Mvaiska
    @Mvaiska 21 день назад +2

    Bu şarkıyı bana Azerbaycan ex kız arkadaşım önermişti, ayrıldığımıza inanamıyorum hala...

  • @seljan9075
    @seljan9075 3 года назад +222

    "Çünki onlar sevmədi,
    Heç vaxt aşiq olmadı,
    Unutdular hislərin arxasınca qaçmağı..."🌈

    • @turkcunuz657
      @turkcunuz657 Год назад

      Gijdillaxsan sen

    • @pugbmobil6822
      @pugbmobil6822 Год назад

      E dur sikdir burdan

    • @lgbtaz6755
      @lgbtaz6755 Год назад +3

      🏳️‍🌈🏳️‍🌈🇦🇿🇦🇿

    • @HECTOR125.
      @HECTOR125. Год назад +11

      @@lgbtaz6755 Azərbaycan bayrağı bu bayrağın yanına yaraşmır

    • @Bass_Mega
      @Bass_Mega 6 месяцев назад

      ​@@lgbtaz6755bayrağıva işəsinlər

  • @orkhano
    @orkhano 3 года назад +21

    🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈

  • @jeonwxqyunus2702
    @jeonwxqyunus2702 Год назад +9

    Nə üçün yazıldığını bildikdən sonra daha çox sevirəm

  • @arzedna
    @arzedna Год назад +70

    _"çünki onlar sevmədi,_
    _heç vaxt aşiq olmadı,_
    _unutdular hisslərin arxasınca qaçmağı"._

  • @cielojoon
    @cielojoon Год назад +19

    Azərbaycansa ADA'da LGBT problemlərini yerəri qədər gündəmə gətirəndən sonra Almaniyada universitetə qəbul oldum. İndi cinsiyyət və fərqlilik fakültəsində oxuyuram və başqa universitetə transfer etmək istəyirəm. Hər 3 universitetdə ixtisasım insan hüquqları və cəmiyyət ilə bağlı idi. Müsahibədə Azərbaycanda LGBT haqda danışacam və sevgilimlə mahnımız olan bu mahnı gəldi ağlıma. Bilmirəm bir mahnı necə bu qədər mənalı ola bilər. Sevə-sevə də bu mahnının sözlərinə öz təqdimatımda yer verəcəm. Ümid edirəm bir gün insanlarımız beyin hüceyrələrini işlətməyə başlayar və LGBT nədir qısaca da olsa araşdırma aparar. Çünki artıq insanların cahilliyi ürəyimi bulandırır, həm də çox.

    • @ac3lvrss
      @ac3lvrss Год назад +4

      sənə bol bol uğurlar :') ümid edirəm ki dediklərini asanlıqla edərsən. az və yaxud çox təsiri olsa belə elədiyini heç bir lgbt+ üzvü unutmayacaqdır.

    • @penahibrahimbeyli7001
      @penahibrahimbeyli7001 Год назад +1

      Fikrilerinizi özünüzə saxlayın çünki həqiqətən ürəkbylandirir bu propaganda nəinki Azərbaycanda elə Almaniyadada insanlar köhnə ailə modellərini istəyir hər yerə bu dayatma istəmirik bu tip propaganda ailelerimize təsir etsin!

    • @cielojoon
      @cielojoon Год назад +1

      @@penahibrahimbeyli7001 az yaxşı, propaqandaymış. Yox dini təriqət. Almaniyada yaşayıram, amma Almanların xəbəri yoxdur elə şeydən. Az boş-boş danışın. Avam yığını, elə bil bütün ailələr LGBT ailəsidir. Beyin işlədin də arada

    • @ac3lvrss
      @ac3lvrss Год назад +2

      @@penahibrahimbeyli7001
      gedib mağara da ailənlə yaşaya bilərsən, davay getdin. vızqırt

    • @Sharifli_
      @Sharifli_ 27 дней назад

      ​@@ac3lvrss ailə movzusuna mühafizəkar yanaşmanın mağara təfəkkürü olması özü bir doqmadır. Kifayət qədər müasir olub da sözügedən mövzuda mühafizəkar mövqeyi olan nə qədər insan tanıyıram, sırf lgbt-yə, təbliğinə, insanların gözünə soxulmasına pis baxır deyə birini mağara adamı adlandırmaq sadəcə isbatsız ittihamdır.

  • @lalememmedova5423
    @lalememmedova5423 Год назад +64

    Mənasını dərk edenden sonra dahada gözəlləşməyi❤️

    • @studywithme3401
      @studywithme3401 Год назад +6

      Mənasını derk edenden sonra insanlarımızın müasirlik altında her pis şeye normal baxmasına gele sinir

    • @lalememmedova5423
      @lalememmedova5423 Год назад +12

      @@studywithme3401 və bunun müasirliklə heç bir əlaqəsinin olmaması

    • @Haldunswag
      @Haldunswag Год назад

      @@studywithme3401 adam ya geldi adam

    • @ronny6286
      @ronny6286 Год назад

      Halaldı oldun cool

  • @aysunmemmedzade677
    @aysunmemmedzade677 Год назад +16

    Dəstəkləyirəm!💜

    • @mamedof0
      @mamedof0 Год назад +1

      Lgbtni?????

    • @aisuuuu16
      @aisuuuu16 Год назад

      @@mamedof0 başqa nə olacaq?

    • @mamedof0
      @mamedof0 Год назад +1

      @@aisuuuu16 onu destekleyen özünə hörmet elemir şexsen

    • @aisuuuu16
      @aisuuuu16 Год назад +2

      @@mamedof0 Kiminsə özünə hörmət edib etməməyi sənə qalmıyıb şəxsən

    • @mamedof0
      @mamedof0 Год назад

      @@aisuuuu16 Ölkəcə biyabırçı gündəyik

  • @nohgigi
    @nohgigi Год назад +8

    LGBT fərdi olanda mahnı daha fərqli gəlir insana, çünki həqiqətən hamı özünü 'təmiz' sayıb səni çirkli görür. Amma ki belə şeylərin doğuşdan bəri gəldiyini qısa bir araşdırmayla anlaya bilərsiniz. Mən 12 yaşımda LGBT'dən xəbərsiz olanda belə bir qız olaraq həm oğlanlara həm də qızlara ilgi duyduğumu anlamaya və kəşf etməyə başladım. Yəni "gaylər insanlara pis təsir edir", "sən kimdəsə görmüsən ona görə belə deyirsən" falan kimi fikirlər boşdu. Bunu mən LGBT'dən xəbərim belə olmayanda düşünürdüm ki mən hansısa qızla sevgiliyəm. Daha sonra bu tip şeylər internetdə qabağıma çıxmağa başladı məndə araşdırdım və özümün Panseksual olduğunu anladım. Not:Panseksual insanlar qarşısındaki insanın cinsindən aslı olmayaraq (qız,oğlan,özünü cinssiz hiss edən,pzünü hər iki cinsdən hiss edən,trans və digər bütün cinslər) sevən insanlardır.

    • @arzualiyeva5765
      @arzualiyeva5765 Год назад +1

      əsla heçkimə fikir verməyin, siz özəlsiniz və yaxşı ki varsınız!❤

    • @nohgigi
      @nohgigi Год назад

      @@arzualiyeva5765 Təşəkkürlər❤

  • @Ksreww
    @Ksreww Год назад +108

    mahnının mənasını bilənnən sonra daha çox sevməyə başladım ölkəmizdə elə insanlar varki heç kəs özəl həyatınnan danışa bilmir kaşki hər kəs azad yaşaya bilsə

    • @Ksreww
      @Ksreww Год назад +3

      @Özləm Məmmədzadə bir şeyi bilmeden danismiyin xais eyer qiz qiz nan evlense usaglarida olur hemkinin oglanlarinda kiminse heyatini yargilamag yad insanlara qalmiyib

    • @mehribanhidayetova8046
      @mehribanhidayetova8046 Год назад +5

      @@Ksreww çox haqlısan kaş bütün insanlar seninkimi olsaa

    • @ayherhalde1480
      @ayherhalde1480 Год назад +5

      @Özləm Məmmədzadə qoyun hami usag dogmali deil sizin kimi cobanlar nie yasayir

    • @axmedli4090
      @axmedli4090 Год назад

      heckim ozel heyati dan danismamalidir menim vecime deil kim kimi skr kim kimi sevir sadece bunu duyurmax nebilib heryere yaymaq eseblesdiyim seyler bunlardir

    • @ayherhalde1480
      @ayherhalde1480 Год назад

      @@axmedli4090 lgbt deyende aglina sikis gelirse bedbextsen sadece

  • @orxanismayilzade5350
    @orxanismayilzade5350 Год назад +8

    Soxum sizin renginize ama melodiya yaxsidi

  • @essrdstyrddd3778
    @essrdstyrddd3778 2 года назад +67

    Biz Göyqurşağını elçatmaz olduğu üçün sevdik
    Kimlərinsə hislərinin simvolu olduğu üçün yox...

  • @snanabbaszad7453
    @snanabbaszad7453 Год назад +11

    Bu mahnı ilə "heterolar" editlər edirlər öz sevgililəri ilə. Amma mahnının anlamını dərk etmədən....

    • @Emil_Eynullayev
      @Emil_Eynullayev Год назад

      Hetero nə deməkdir? LGBT'ya qarşı çıxanlar yəni?

    • @felixthefoxxo
      @felixthefoxxo Год назад +2

      @@Emil_Eynullayev yox, heteroseksual = qarşı cinsə yönələn insanlara deyilir.

    • @Emil_Eynullayev
      @Emil_Eynullayev Год назад

      @@felixthefoxxoMənim fikrimcə qarşı cinsə yönələn insanların 90%-i həmcinslərinə yönələn insanlara qarşıdır və dəstəkləmir. Heteroseksual anlayışının LGBT'ya qarşı çıxan anlayışı ilə eyni mənaya gəldiyini düşünürəm. Bəlkə də boş düşüncə idi amma yazmaq istədim. Məlumat verdiyiniz üçün də təşəkkür edirəm

    • @felixthefoxxo
      @felixthefoxxo Год назад +2

      @@Emil_Eynullayev önəmli deyil, sadəcə onu deyim ki heteroseksual anlayışının lgbt-yə qarşı çıxmaqla heç bir əlaqəsi yoxdu.

  • @nuray903
    @nuray903 3 года назад +17

    omg 🛐

  • @gultacalizade8732
    @gultacalizade8732 Год назад +134

    Bunu esla desteklemerem destek olmaram xosda gelmir.ama onlara qarsi zorakiliq olmasi duzgun deyil.herkesin oz heyati var.mahni ise superr

    • @cielojoon
      @cielojoon Год назад +18

      Dəstəkləmək gedin sevişin, onu eləyin bunu eləyin demək deyil. Onsuz bu instinktivdir, öz seçimin olmur yəni. Dəstəkləmək elə zorakılığa yox deməkdir. Onlar da insandır, öz həyatlarıdır, başqalarına ziyan vurmadıqları müddətdə öz işləridir deməkdir.

    • @user-bu2wh8xb7v
      @user-bu2wh8xb7v Год назад +8

      @@cielojoon isteyen destekleyir biz desteklemiriy

    • @crazycipa
      @crazycipa Год назад +2

      @@cielojoon Burda desteklemek tek zorakiliga yox demek deyil,LGBT zorakilig demek deyil.Gay,lesbi və sayə onları dəstəkləmir,amma bir insan kimi onlara zorakılığa yox deyir,burda dəstəkləmək lazim deyil(burada lgbt aid olanları insan olmadığını demək istəmirəm)

    • @cielojoon
      @cielojoon Год назад +2

      @@crazycipa onları dəstəkləmək gedin öz cinsinizlə olun, arxanızdayam demək deyil ki. Yəni insan olaraq səni qəbul edirəm deməkdir. Lezbiyan olmasam da mən də LGBT+ fərdi sayılıram. Ondan əminliklə deyirəm yəni.

    • @crazycipa
      @crazycipa Год назад +1

      @@cielojoon Şərhdə Gültac xanım onu bildirib,onun mənasını deyirəm.
      Dəstəkləmək-sizin dediyiniz kimi "gedin öz cinsinizle olun,arxanizdayam"demek bilinir
      Hörmət edirəm-desteklemirem,amma hər insana kimi saygim var

  • @turabemir7963
    @turabemir7963 Год назад +4

    Bu şeherde gizli bir şekilde yaşamaq cetin olur

  • @125cedric
    @125cedric 3 года назад +46

    Joseph bəlkə də ən sevdiyim mahnın bu olacaq deyəsən🙂

  • @esmerdepp22
    @esmerdepp22 2 года назад +115

    love is love. 🏳️‍🌈💓
    heç vaxt özünüzdən utanmayın.

    • @kamranseferli8650
      @kamranseferli8650 2 года назад +3

      Necə bir hiss olduğu çatmır mənə

    • @esmerdepp22
      @esmerdepp22 2 года назад

      @@kamranseferli8650 dəstəkləmirsiniz yoxsa necə ?

    • @kamranseferli8650
      @kamranseferli8650 2 года назад +17

      @@esmerdepp22 neytralam hərkəs öz həyatını yaşıyır

    • @pubggameryt5251
      @pubggameryt5251 Год назад +25

      @@esmerdepp22 tupurm ele yaşayşa😂

    • @pubggameryt5251
      @pubggameryt5251 Год назад

      @@00000xxxxxx gijde varsan ağzvn danşqn bil a

  • @muradthmzov1843
    @muradthmzov1843 3 года назад +24

    qəşəng

  • @aytajsamadli3831
    @aytajsamadli3831 3 года назад +18

    Yasss✌️

  • @revan.27
    @revan.27 Год назад +19

    Musiqiyə qulaq assam belə bu ideologiyanın heç vaxt dəstəkləməyəcəm..

  • @fatimebababzade4400
    @fatimebababzade4400 3 года назад +25

    Çok güzel ve çok tatli

  • @nazringuliyeva8537
    @nazringuliyeva8537 3 года назад +269

    Bezmədən qulaq asıram, əladı!😍

    • @ruslan2128
      @ruslan2128 2 года назад +5

      Məndə, ağlayàraq .

    • @musa.8440
      @musa.8440 Год назад +3

      GEYLƏRİN MAHNİSİ OLDUGUNU BİLİRDİN BƏS

    • @Gozalinko
      @Gozalinko Год назад +16

      @@musa.8440 Nolsun ki?

    • @samra22
      @samra22 Год назад +8

      @@musa.8440 Hə nə olsun

    • @faridkurbat1505
      @faridkurbat1505 Год назад +3

      @@musa.8440 he

  • @user-tm6pz1qb1k
    @user-tm6pz1qb1k 6 дней назад +2

    klibə baxdıqdan sonra ölkənin inkişaf etdiyini başa düşdüm.

  • @avealludba
    @avealludba 3 года назад +81

    Love is love 🌈

    • @nadirwz
      @nadirwz Год назад +12

      Sevgi sevgidirse onda su sudur bes niye unitazdan su icmirsen?

    • @zfr5679
      @zfr5679 Год назад +8

      @@nadirwz Nadir müəllim siz çox ağıllısınız :D

    • @xaliqabbasl7131
      @xaliqabbasl7131 Год назад +10

      @@nadirwz çox ağıllısane bu qədər beynini işlətmə

    • @ArshadMami
      @ArshadMami Год назад +10

      @@nadirwz suyla sevgi eyni şeydi gjdl

    • @mynameisnerbalaxaladenlik2506
      @mynameisnerbalaxaladenlik2506 Год назад +1

      @@nadirwz halal olsunn dayıoğlii

  • @user-xy1fn5fv3g
    @user-xy1fn5fv3g Год назад +12

    din, irq,fərd bunlar deyil əsas insanların insanlığına hörmət edirəm, və hər kəs öz həyatını xoşbəxt olduğu kimi yaşamağa haqqı var, insanların həyatlarına burun soxub heçnə qazanmarsız, qoyun hər kəs öz həyatını yaşasın.❤️

  • @Ashley-kl7kh
    @Ashley-kl7kh 3 года назад +19

    🌈💖🌈💖🌈💖🌈

  • @orudjeva7043
    @orudjeva7043 3 года назад +13

    Hardan endirə bilərəm?

  • @anonimminona1440
    @anonimminona1440 2 года назад +18

    mənim həyatım mənim həyatımdır
    ❤🧡💛💚💙💜

  • @karimkarimli9614
    @karimkarimli9614 3 года назад +110

    Joseph bunu spotify'a atsın pleasee, möhtəşəm!

  • @fatimebababzade4400
    @fatimebababzade4400 3 года назад +19

    Möhtəşəm

  • @mia3597
    @mia3597 Год назад +19

    Ciddən LGBT'ni dəstəkləməyə bilərsiz buna heçbir sözümüz yoxdur. Sadəcə necəki sizin bu seçiminizə hörmət qoyulur sizdə o insanlara hörmət qoymalısız. Əgər iş dinə qalsa heç birinin təmiz dindar deyilsiz bunu sizi tanımadan belə deyə bilərəm. Ən böyük sübut elə bu videonun altında o insanlara təhqir etməyinizdir. Dünyanın heç bir yerində sizi zorla homofobik edə bilməyəcəkıli kimi sizdə heçbiryerdə kimisə zorla "straight" edə bilməzsiz. Mahnı möhtəşəmdir.

    • @ATAHUN178
      @ATAHUN178 Год назад

      Bir heckime mənə hörmət qoymasi deyilem yada kimese hörmət qoymali

    • @rahimibrahimov570
      @rahimibrahimov570 Год назад +1

      Biz ne qeder dindar olmasagda çaliwdigmiz qeder Allahin bize buyurduglarna əməl ediriy əsas oduguki bəlleri kimideyiliy heç hormetde qoymuram bunada mecbur deyiliy heç olarinda mene hormet qoymasin istemirem olarin hormetnede qalmamiwam

    • @Trax_Tor
      @Trax_Tor Год назад

      @@rahimibrahimov570 duzdu brat bize hormet qoyan var bunlarin hormeti lazim deqil

    • @mia3597
      @mia3597 Год назад +1

      @@rahimibrahimov570 afərin. Alqışlayaq sizi

    • @mia3597
      @mia3597 Год назад +1

      @@ATAHUN178 elə onnan

  • @bilalolgun8995
    @bilalolgun8995 3 года назад +41

    Sevgi kazanacak.

  • @user-xh7bc2jp2b
    @user-xh7bc2jp2b 3 года назад +17

    💗💗

  • @zhalabayramova7885
    @zhalabayramova7885 3 года назад +31

    Əla 🏳️‍🌈

    • @fexri444
      @fexri444 Год назад +2

      You are gicdillah?

    • @Nbizadehh
      @Nbizadehh Год назад +2

      @@fexri444 kimisə təhqir etmə haqqın yoxdu oda sən mən və digərləri kimi İNSANDIR sərbəst yaşamağa haqqları var hörmətlə yanaşıram hərkəsin fikrinə həyat onundu necə istəsə elədə yaşayar

    • @sadiqtagiyev
      @sadiqtagiyev Год назад +1

      @@Nbizadehh senin neyin kayfindasan cox maraqli geliree🤦‍♂️

  • @tamyoxyarm7203
    @tamyoxyarm7203 3 года назад +146

    Rəngsiz insanlar nə bilər sevgi nədir? Sizin rənglərinizi sevirəm❤️🏳️‍🌈

  • @alinlavrosa
    @alinlavrosa Год назад +5

    yasayisisa soz atanlar, desteklemediyiniz bir sey ucun yazilan mahninin altinda nifret qusmaginiz sizinde yasayisinizin cox yaxsi olmadiginin subutudur :)

  • @purrmeow3850
    @purrmeow3850 3 года назад +204

    Sadəcə möhtəşəmdir! Minority Azerbaijan, sizdən daha çox bu cür layihələr gözləyirəm. Mahnının lətafətindən danışmağa ehtiyac belə yoxdur. Bakının küçələrində çəkinmədən əl-ələ gəzə biləcəyimiz günləri həsrətlə gözləməkdən yorulsam da, hələ də ümidim var.
    Sevgi elə sevgidir! 🏳️‍🌈

    • @cennoohh
      @cennoohh Год назад +17

      Onda suda sudur toaletdən su için

    • @828s.
      @828s. Год назад +1

      Lgbt gey.

    • @ziyanur4669
      @ziyanur4669 Год назад +1

      Gözləyin çünki çox gözləyəcəksiz

    • @tekino06
      @tekino06 Год назад +8

      @@cennoohh su ile sevgi eyni seydi ?🧐

    • @parcalihaber1905
      @parcalihaber1905 Год назад

      @@cennoohh zorsan

  • @aslrd3834
    @aslrd3834 Год назад +6

    hər bir musiqinin öz məqsədi vardır a dostlar. bəlkə, uşaqları xoşbəxt etmək, ya insanlara daha yaxşı bir dünya bəxş etmək kimi. bu musiqinin də məqsədi bu kimi situasiyalarda insanların özlərini yalnız hiss etməmələridir. musiqini sevmisinizsə, məqsədə fikir verməkdə məcbur deyilsiniz :) və əgər nifrət dolu şərhlərinizi yazmağ əvəzinə, mahnının mükəmməlliyini danışsanız, məncə musiqi sektorumuz daha da inkişaf edər. sevgilər

  • @dylanobrian6136
    @dylanobrian6136 Год назад +10

    "Ya qalıb ruhum boş divarlar arasında ya da məğlub oldum bu yolun yarısında"...

  • @seidx8617
    @seidx8617 Год назад +6

    Çox gözəl çalışma uğurlarınız davamına nallıyım

  • @lhalison8096
    @lhalison8096 3 года назад +21

    💞💞💞

  • @samircabbarli9877
    @samircabbarli9877 Год назад +14

    əla uğurlarıvızın davamına nallayım💪💪

    • @ladypark28
      @ladypark28 Год назад +3

      Onlarda sənin rahat olduğun qisimlərə nallasınlar

    • @_azizoffs_
      @_azizoffs_ Год назад +1

      😂😂😂😂

  • @ornitorenkkoko7318
    @ornitorenkkoko7318 3 года назад +71

    Sadəcə möhtəşəmdir!

  • @6KReD06HOSTed6
    @6KReD06HOSTed6 3 года назад +45

    2:14 yox, ağlamıram, yox 🥺❤️🌈

  • @guingguing5326
    @guingguing5326 Год назад +75

    Dünyanı rəngli sevənlər üçündü bu mahnı 🌈❤️

    • @totu6631
      @totu6631 Год назад +4

      Mən qara'ya Aşiq olmuşam.🖤

    • @larryking8690
      @larryking8690 Год назад

      @@totu6631 😁😂😂😂

    • @fridmiraslanov4581
      @fridmiraslanov4581 Год назад +2

      Elə boş boş danışıb camaatın uşağının beynini pozursuz

    • @orxan504
      @orxan504 Год назад

      @@fridmiraslanov4581 +

  • @uazya
    @uazya 3 года назад +78

    Əladı, uşaqlar!

  • @aga1896
    @aga1896 3 года назад +39

    Çox qəşəysiz axı ❤️

  • @ismsevgi
    @ismsevgi 3 года назад +22

    💜

  • @siralsmdzde9011
    @siralsmdzde9011 3 года назад +27

    Love is love

  • @reqsanehasanova
    @reqsanehasanova Год назад +32

    Kütlə o qədər düşüncəsizdir ki, "təəssüf ki mahnı gaylərə həsr olunub" deyəndə elə düşündüm ki, əleyhinə yazılmış bir mahnıdı. Bərabər yanaşmaqdan daha möhtəşəm nə ola bilər ki?(
    Əlasınız.❤

  • @isaguclu2655
    @isaguclu2655 3 года назад +20

    🌈🌈🌈🌈

  • @karma1640
    @karma1640 3 года назад +43

    Super bir iş ərsəyə gətirmisiniz🏳️‍🌈

  • @elgun8775
    @elgun8775 2 года назад +17

    Mahnını bu yaxınlarda kəşf eləmişəm, yaxşıki.. :)

  • @fiebre3695
    @fiebre3695 3 года назад +19

    Solmasın rənglərimiz 🏳‍🌈

    • @ramaa_44
      @ramaa_44 Год назад

      O sənin rənglərin deyil.

  • @Adrianabdullazade
    @Adrianabdullazade 3 года назад +27

    🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈💅🥰

    • @kamran6889
      @kamran6889 3 года назад +4

      Love you Queen👑🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈

    • @Adrianabdullazade
      @Adrianabdullazade 3 года назад +3

      @@kamran6889 ❤️❤️❤️

  • @narminafandi7470
    @narminafandi7470 3 года назад +30

    Love is love 🦄🌈

  • @mehisha2116
    @mehisha2116 3 года назад +22

    🌈💛

  • @whollr3n
    @whollr3n Год назад +3

    Niyə yarğılayırsınız ki? Doğuştan olsun olmasın bu məni əlaqədar etmir.Mən lgbt dəstəkləmirəm,mənim üçün dəstəklənəcək birşey deyil,ancaq bu o demək deyil ki bu insanların qəlbini qıra bilmə,onları həyatdan soyudma hüququmuz var.Hər kəsin öz həyâtıdır,heç kim eyni qəbrə bastırılmayacaq.Məncə onlara olunan irqçiliyi anlatan çox gözəl bir mahnıdır,təşəkkütlər Joseph..

  • @zeynalovel.2831
    @zeynalovel.2831 3 года назад +42

    Love for all, all for love 💙🏳️‍🌈

  • @madinakeri3825
    @madinakeri3825 3 года назад +10

    çünki onlar sevmədi...

  • @reonedjalil7046
    @reonedjalil7046 3 года назад +65

    Möhtəşəmdir 🏳️‍🌈🕊

  • @Signora07
    @Signora07 Год назад +5

    LGBT dəstəkləmirəm lakin o insanlara qarşı əsla mənfi fikir bildirməmişəm .Dinə əsasən günahdı lakin oooo qədər günahlarımız varki
    Bizdə təmiz deyilik

  • @aliyqdirli4324
    @aliyqdirli4324 3 года назад +23

    💜💜💜

  • @lashalles
    @lashalles 3 года назад +34

    Love is love🏳️‍🌈💖❤🥰

  • @aerinflame
    @aerinflame 9 месяцев назад +5

    Heç olmayan rənglərdəyik... 🤍🏳️‍🌈

  • @smukhtasanli
    @smukhtasanli 3 года назад +49

    Əməyi keçən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Çox möhtəşəmdir. ♥️

  • @gulunadjafli8455
    @gulunadjafli8455 3 года назад +44

    Çox içdən...

  • @isgenderhuseynov2126
    @isgenderhuseynov2126 Год назад +4

    cox gözəl mahnidir insana bağımlılık .yaradir . uğurlar