Göyçayda şagirdlər məktəbə su və odun daşımalı olur - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 12 сен 2024
  • #APATV #Göyçay #Çərəkə #1saylı #tamortaməktəb #şagird #məktəb #su #odun #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Göyçayda şagirdlər məktəbə su və odun daşımalı olur - APA TV
    Göyçay rayonunun Çərəkə kənd 1 saylı tam orta məktəb bərbad vəziyyətdədir.
    APA TV-nin yerli bürosunun xəbərinə görə, 1969-cu ildə inşa edilən iki mərtəbəli məktəb binası heç vaxt təmir edilməyib. Binada istilik sistemi, içməli su, təbii qaz, elektrik enerjisi, bufet yoxdur, sanitar qovşaq tam bərbad vəziyyətdədir. Bir çox sinif otaqlarında, dəhlizdə taxta qapı və pəncərələr, döşəmə, tavan yararsız vəziyyətdədir. Sinif otaqları böyük, pəncərələr qırıq olduğu üçün odun yandırmaqla içərini isitmək olmur. Küləkli havada odun sobasından çıxan tüstünün sinfə dolması dərsin yarımçıq qalmasına səbəb olur.
    Valideynlər bildirir ki, şagirdlər məktəbə odun və su daşımaq məcburiyyətində qalır.
    Məktəbə yeni direktor təyin olunan İlahə Əliyeva APA TV-nin yerli bürosuna olaraq bildirib ki, təhsil ocağının təmiri ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Onun sözlərinə görə, məktəbin təmiri dövlət proqramına salınıb.
    Qeyd edək ki, məktəbin uzun illər bərbad vəziyyətdə olması və təmir işlərinin görülməməsi səbəbindən burada oxuyan şagirdlərin saylı xeyli azalıb, onlar uzaq məsafədə yerləşən və daha yaxşı şəraiti olan məktəblərə getməyə məcbur olublar.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 13

  • @cavidliyev8603
    @cavidliyev8603 Год назад +5

    Kərtənkələ qaçar də, uçası deyil ki🤣🤣

  • @user-ed2jj6vz2y
    @user-ed2jj6vz2y Год назад +2

    Yeni direktor yuxarilara muraciet edib. Bes eks-direktor uzun iller hara baxirdi?

  • @raufmuradov1466
    @raufmuradov1466 Год назад +2

    Ümummiyyətlə bizim Çərəkə kəndində infrastruktur yox dərcəsindədi.Yollarımız pis vəziyyətdədi,əhalinin içməli su problemi var.İndiki dövrdə su problemin olması bizə Afrika ölkələrini xatırladır.Sonra deyirik ki,inkişaf var.Hanı bəs?Çox sağ olsunlar bu məsələni işıqlandıranlar.

  • @elvintagiyev515
    @elvintagiyev515 Год назад

    O danişan keçel iş veren qapi pencere usdasisan duzeltde niye düzeltmirsen

  • @ismayilxelefov4349
    @ismayilxelefov4349 Год назад +2

    Nazir Əmrullayev könüllü rüşvət yığılmağının tərəfdarıdır

  • @elvintagiyev515
    @elvintagiyev515 Год назад

    O mektebde ders keçen varki?

  • @user-vc9ie5tw9y
    @user-vc9ie5tw9y Год назад +1

    Ман бу яхында Чернополда олмушам орда бела мактаб йохдур бу мактабда о гадар савадлы дахи адамлар охуйублар инди елабил мактаб мухарибадан удузуб чыхыб умимиятла Череке канди вахтыйла районда биринчи ерда олуб инди кандда ичмайа су йохдур ким агзын ачыб соз дейир полисла горхузурлар беш илда бир дафа башчы ичра канда галир яланнан гостариш верир бираз колдан бираз канал тамизламакдан данышыб гедир инсанлар кешкалдан су ичир орданда памперс ва башга шейлар чыхыр бизим канда бир манат пул айрылмыр бахылмыр ела бил биз ерманистанын таркибиндайик бу канда ишыг 220волт йох 160 волт верилир дардимиз чооооооххххххх бойикдир Онголада Африкада олдугу кими

  • @cavidmemmedov1848
    @cavidmemmedov1848 Год назад +3

    Arvad ancaq qafiyeyle danisire. Getirmisem vermisem gormusem gelmisem getmisem 😃😃

  • @sabirabad-tv-tv8798
    @sabirabad-tv-tv8798 Год назад +1

    Sabirabadda bunada bərbad gündə olan kənd məktəbləri var

  • @shidceyhunisrafilov7684
    @shidceyhunisrafilov7684 Год назад +1

    Dağil ay məkdəb😂

  • @thepatroncolgarsonsuz888
    @thepatroncolgarsonsuz888 Год назад

    Bizim məktəb

  • @thepatroncolgarsonsuz888
    @thepatroncolgarsonsuz888 Год назад

    Bizim məktəb

    • @LeylaAzimli
      @LeylaAzimli 4 месяца назад

      Temir olunubmu məktəb?