Erməni rəqibini məğlub edən güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Поделиться
HTML-код
  • Опубликовано: 29 авг 2024
  • Erməni rəqibini məğlub edən güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
    Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı daha bir yunan-Roma güləşçimiz üçün uğurlu alınıb.
    Belə ki, 67 kq çəkidə çıxış edən və yarımfinala qədər uğurla irəliləyən Həsrət Cəfərov burada Ermənistan təmsilçisi Slavik Qalstyanı 5:3 hesabı ilə məğlub edərək finala adlayıb. Bununla da o, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
    Digər pəhləvanımız 63 kq-da qüvvəsini sınayan Murad Məmmədov yerli güləşçi Georgi Tibilovdan güclü olub. Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan M.Məmmədov finala yüksəlib. 77 kq-da qüvvəsini sınayan Sənan Süleymanov isə turnirin finalına qədər irəliləsə də, burada sonuncu xal prinsipinə əsasən, gümüş medalla kifayətlənib və olimpiadaya lisenziya qazanıb.
    Qeyd edək ki, daha əvvəl məşhur yunan-Roma güləşçilərimiz Rafiq Hüseynov və Eldəniz Əzizli dünya çempionatının qalibi olub. Rafiq finalda iranlı Əlirza Mohmadipianini, Eldəniz isə gürcüstanlı Nuqzari Tsurtsumianini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
    Xatırladaq ki, daha əvvəl sərbəst güləş millimiz dünya çempionatını 2 gümüş medalla başa vurub. Yığmamızın heyətindən yalnız 97 kq çəkidə çıxış edən Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Əlavə edək ki, Serbiyada keçirilən mundiala sentyabrın 24-ü yekun vurulacaq.
    ❂❂❂❂❂
    • Bir cümləyə görə ailəs...
    • Ermənistanda gərginlik...
    • Ermənistanda gərginlik...
    Erməni rəqibini məğlub edən güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
    ❂❂❂❂❂
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ❂❂❂❂❂
    2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #Güləşçimiz #HəsrətCəfərov #Ermənirəqib #paris2024 #yayolimpiyaoyunları #sonxəbər #sonxəbərlər #xəbər #xəbərlər #xəbərlərbugün #xeberler #xəbər #gündəm #azerbaycan #azerbaijan #sondəqiqə #sondeqiqe #sonxeberler #sonxəbərlər #gundemxeberler #xəbərləryeni #xəbərlərdəbugün #gününxəbərləri #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #xeberlersondeqiqe2023 #ensonxeberler2023bugün

Комментарии • 3