Yumurtalıqların polikistoz sindromu
HTML-код
- Опубликовано: 14 окт 2024
- Bu dəfəki mövzum "Yumurtalıqların polikistoz sindromu" haqqındadır. İzləməyi unutmayın.
Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
Facebook: / drsevincmehtiyeva
İnstagram: / drsevincmehtiyeva
Yumurtalıqların polikistoz sindromu haqqında danışmaq istəyirəm. Yumurtalıqların polikistoz sindromu poliendokrin sindromdur. Başqa cür adı Şteyn-Levental sindromudur. Bu hal yumurtalıqlarda follikulun partlamamasına gətirib çıxarır. Yəni follikul yetişir, çartlaya bilmir, anovulyasiya baş verir. Bundan başqa, bədəndə esterogenlərin də testosteronun, androgenlərin ifrazı pozulur. Mədəaltı vəzin funksiyasında pozğunluq olur, insulinin sekresiyası artır. Böyrəküstü vəzin funksional pozğunluğu olur. Onun da bəzi hormonlarının sekresiyası artır və həmçinin, hipotalamus hipofiz sistemdə pozğunluq olur. Ona görə də ona poliendokrin sindrom deyirlər. Avropa alimləri 2003-cü ildə belə bir konsensusa gəliblər ki, əgər qadınlarda bu 3 simptomdan 2-i olarsa, onda yumurtalıqların polikistoz sindromu diaqnozu qoyulmalıdır. Birincisi, ovulyasiyanın olmaması. İkincisi hirsutizm, yəni androgenlərin artıq ifrazı, üçüncü isə ultrasəs müayinəsi zamanı yumurtalıqlarda polikistozun aşkar olunması. Bu 3 haldan 2-i varsa, qadına yumurtalıqların polikistoz sindromu diaqnozu qoyulmalıdır. Bunun səbəb nədir? Dəqiq səbəbi bilinmir. Necə olur ki, bəzi ailələrdə yumurtalıqların polikistoz sindromu olur? Bəzi qadınlarda, hətta nənədən anaya, anadan qıza keçir.
Yumurtalığın polikistoz sindromunun simptomları hansılardır?
1- ci növbədə oliqomenoreya və amenoreya, yəni tsiklin ya çox nadir hallarda olması və yaxud da ki, aylarla, hətta illərlə tsiklin olmaması. 2- ci hirsutizm, yəni tüklənmənin olması. 3-cü artıq çəki, piylənmənin olması - bu qadınlarda kişi tipli piylənmə olur. Onların, əsasən, qarın nayihəsi piylənir. 4-cü striyaların olması bədəndə. Yəni dəri dartınmaları, dəri cırılmaları. 5-ci olması, yəni piqment ləkələrin bədəndə olması, xüsusən də sürtünən nayihələrdə. Amma üzdə də olar bilər. Bədənin hər hansı bir nayihəsində tünd rəngli piqment ləkələrinin olması. Yumurtalıqlar ultrasəs zamanı polikistozun aşkar olunması. Bu polikistozlar nədir? Partlamayan, ovulyasiya olmayan follikullardır ki, yumurtalığın qabığı altına yığılırlar və bunlar mirvari sindromunu xatırladır. Elə bil ki, yumurtalığın ətrafına mirvari taxılıb və bir də ki, yumurtalığın həcminin böyüməsi. Əlamətləri bunlardır, simptomlar bunlardır. Əgər qadınlar simptomlardan 2-ni, 3-nü özlərində hiss edirlərsə, mütləq ginekoloqa müraciət etməlidirlər. Ginekoloq onları müayinə edəcək və yumurtalığın polikistoz sindromu təsdiqləndikdən sonra o, öz müalicəsini aparacaq.
Çox gözel hekim yanda olmşam
Neçiyə müayinə olmusuz?
Həkim falekul partlamamağına görə qan analizi siz işlədiyiniz xəstəxanada verilir? Verilirsə neçiyə başa gəlir?
Verilir Baja deyil
@@DrSevincMehtiyeva həkim analizin cavabı neçə günə çıxır?
@@love....347 2 saata
@@DrSevincMehtiyeva salam həkim mənim vaginal bölgəmdə qaşıntlar var yəni aybaşı olub ped qoydum oda lap pis vəziyətə saldı dərim açılıb və səhərsi gün yoldaşımdada bu cür hal əmələ gəldi xaiş edirəm bu nədən yaranır? və mənə yuyumağ üçün dərman deyə bilərsiz aptekdən alım
@@love....347 müayinəyə gəlin
Məndə belə bir problem var. Müalicəyəsi haqında danışırdiz. Tam sağalırmi, nece Ana ola bilərem
Aybaşı dqzənə salınıe və evlisizsə gamilə olursuz 4-5 aya
Salam Həkim yumurtalığın strukturasında stroma qalındı. Periferik yerləşən çoxsaylı kistoz boşluqları izlənir.bu nə deməkdi? qorxulu birçeydimi? zəhmət olmasa cavab yazardız 🙏🏼
Xeyr qorxulu deyil
Çox sağol gözəl Həkim. Mən qız uşağıyam gələcək ana olmağıma problem olmaz ki bunlar? Sonsuzluqla bir əlaqəsi yoxdu ki? Aybaşımda gec gec olur? zəhmət olmasa cavab yazardız 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@@cavidliyev6977 ancaq danışmaqla dəqiq nəsə demək olmur Gərək özüm yoxlsyım Gərək bəzi nhormonları verəsiz Ondan sonra dəqiq bir söz deyərəm
@@DrSevincMehtiyeva Salam Həkim. Bunlarda analiz vermişəm.
Hormonlar
Testesteron (sərbəst) . Nəticə:1,1. Vahid:,pg/ml. Referans:0-4,1
TSH reseptor anticismi: Nəticə: 1,17 Vahid: U/L. Referans:
@@cavidliyev6977 yoxlanmağa gəlmək lazımdır ac vəziyyətdə
Hekim menim yumurtaliglarim normaldi ama aybasi normal olmur,hormonlarim qaydasinda deyil tuklenme sivilce olur buda polikistozum elametidi
Salam bəli elədir . Amma dəqiqləşdirmək üçün mqtləq gəlin sizi yoxlayıb müalicə tazım
Yazım
😅