Elnarə Təhməzova | Kamal Yaşar

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии •

  • @DesBunda-lm5jh
    @DesBunda-lm5jh 8 месяцев назад +1

    Əziz Kamal, sənə o qədər xoş arzularım, dualarım var ki… Namazlarımda, dualarımda, günlük həyatımda mütləq sənə yaxşı nələrsə arzulayıram, istərdim çox xoşbəxt olasan, buna layiq olduğuna bütün mənliyimlə əminəm, həm də sağlam olasan, çünki görüləsi çox işlərin var, “səliqəli” nitqin, insana rahatlıq bəxş edən səs tembrin və ən əsası bütün vəhdəti tamamlayan məsum, sadə bir o qədər də dərin baxışların… Səni izləyən zaman, elə bilirəm yaz səhərinin, dalğalı dənizin mehi əsir üzündə, o dərəcə rahatlıq tapıram. Şeiri yalnız oxumağı sevirəm, kimsə səsləndirəndə, dinləməyə səbrim çatmır, amma sənin səsinlə saatlarla şeirlər toplusu dinləyə bilərəm. “Qar adamı” şeirini də çox dinləyirəm… Özümü tapıram o şeirdə, tənhalığımı…
    Və mən bir neçə il əvvəl “Mənim bir nənəm vardı” şeirini dinlədim, bilmirəm neçə dəfə dinlədim… İlahi… Axı mənim də bir nənəm vardı, məni həqiqətən sevən… O qədər ürəyimə yer elədi, keçmişi tapdım səs tonunda… Lap əvvəldən ona görə “siz” deyə müraciətlə başlamadım yazıya, çünki sən mənə ən əzizimi, doğmamı xatırladan ən, ən, doğma səssən…
    Allaha əmanət ol, əziz Kamal…