Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - ƏTRAFLI AÇIQLAMADA

Поделиться
HTML-код
  • Опубликовано: 24 апр 2024
  • Aprelin 24-də Haaqada Beynəlxlaq Ədalət Məhkəməsində Ermənistan nümayəndəliyi Azərbaycana qarşı özünün növbəti əsassız iddialarını irəli sürüb.
    Ednews məlumatına görə, hüquqşünas Kostantinas Saridinis Qarabağ ərazisində basdırılan minaların bir çoxunun Azərbaycan tərəfindən basdırıldığını iddia edib.
    “Minaların partladığı yerlər Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi zamanı tədricən Azərbaycanın nəzarətinə keçən ərazilərlə sıx üst-üstə düşür. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun hərəkət istiqamətinə nəzər yetirsək bunlar aşkara çıxır. Ermənistanın yerləşdirdiyi minalar, müdafiə məqsədilə, geri çəkilən erməni qüvvələrini qorumaq üçün yerləşdirilib".
    Çıxışının sonuna minaların yalnız ordunun müdafiəsinə deyil, həm də etnik erməni xalqının təhlükəsizliyinə xidmət etdiyini söyləyir.
    Hərbi ekspert Ədalət Verdiyev saytımıza açıqlamasında söylənilən fikirləri bir sıra faktlarla təkzib edib:
    “Azərbaycan tərəfi heç bir halda işğal altında olan ərazilərdə mina basdıra bilməz. İkincisi də erməni tərəfinin verdiyi xəritələrin qeyri - dəqiq olmasını Ermənistan tərəfi özü də təsdiq edib. Bunu müxtəlif texniki vasitələrin olmaması ilə əlaqələndiriblər. Məsələn “GPS” sisteminin 1990 - cı illərdə mövcud olmaması guya ermənistan tərəfinə xəritələrin qeyri - dəqiq tərtib olunmasına səbəb və ya arqument kimi gətirilir. Maraqlısı idə odur ki, Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan 3 il əvvəl işğaldan azad olunan Kəlbəcər və Laçın rayonları istiqamətində 17 maşın ilə dolu minaları Azərbaycanlılara qarşı istifadə etdiyini etiraf etməsi, 2021 - ci il Ermənistan istehsalı olan minaların rus sülhməramlılarının nəzarətində olan ərazilərə gətirilməsi kimi sağlam faktlar var . Hansı ki, bu da minaların Ermənistan tərəfindən basdırılması və bu xəritələrin qeyri - dəqiq verməkdə Azərbaycan vətəndaşların, hərbçilərin daha çox sayda həyatına ziyan vurmağı güddüyünü aşkar şəkildə göstərir”.
    #ednews #hague #azerbaycan #haaqa

Комментарии • 3

  • @sevahaji6210
    @sevahaji6210 12 дней назад

    Bunların ağzının payını vaxtında vermək lazım idi.

  • @allahnqulu4358
    @allahnqulu4358 12 дней назад

    Göresem ne diyir?

    • @shmeaegm1198
      @shmeaegm1198 12 дней назад

      Videonun adına vurun, orda aşağıda tərcüməsi var