Daha bir jurnalist "Abzas Media işi" ilə bağlı dindirildi

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Daha bir jurnalist, İsmayıl Tağıyev ifadə vermək üçün 9 aprel tarixində, saat 18:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb. O, təxminən 2,5 saat dindirildikdən sonra sərbəst buraxılıb. Jurnalist müsahibəsində iltizam imzaladığı üçün detallı açıqlama verə bilməyəcəyini, lakin, ona əsasən "Abzas Media işi" ilə bağlı suallar verildiyini bildirib. Həmçinin, ona bir daha ifadəyə çağrılmayacağı bildirilib.

    "Abzas Media" jurnalistlərinin həbsi və ya ictimaiyyət arasında tanınan adı ilə "Abzas Media" işi - 2023-cü il noyabrın 20-dən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "AbzasMedia" müstəqil media plaftormasının rəhbərliyi və jurnalistlərinə qarşı aparılan həbslər dalğasıdır. Həbslər zamanı "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, direktorun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilmiş və onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır.
    "AbzasMedia" jurnalistlərinin həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir.
    Kanalda yayımlanan bütün videoların Müəlliflik hüququ Nurlan Libreyə məxsusdur.
    nurlan.jurnalist
    Çəkin göndərin yayımlayaq - Whatsapp/ Telegram: +994 55 785 20 93

Комментарии • 1