Fikrət Əmirov - ŞEYX SƏNAN tamaşasından Kor Ərəbin Mahnısı. Solist - Gülağa Məmmədov
HTML-код
- Опубликовано: 7 фев 2025
- Fikrət Əmirov - ŞEYX SƏNAN tamaşasından Kor Ərəbin Mahnısı
Solist - Gülağa Məmmədov
Fikret Amirov - "Song of blind Arab"
Soloist - Gulaga Mammadov
Фикрет Амиров - "Песня слепого Араба"
Солист - Гюльага Мамедов
Музыка и исполнение на высшем уровне!✊🔥🇦🇿
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Çox sağ olun, təşəkkürlər.
🙏🎵❤️
Gülağa bəyin xüsusi səsi var. Bütün səslərdən seçilir və səsində yanğı var.
Allah her ucune rehmet elesin! H.Cavid,F.Emirov, G.Memmedov.
Gülağa Məmmədov deyil oxuyan. Məmmədəli Əliyevdir. Bacısı Töhbə xanım Əliyava da çox gözəl səsə malik sənətkar idi. Allah rəhmət eləsin hamısına
Bu ölməz əsəri hər sənətkar özünəməxsus ifa edib, amma mənim ən sevdiyim Gülağa Məmmədovun ifasıdır.
birdə Alim qasımov
@@xeyyamalper2997bir də Məmmədəli Əliyev .
Amma, mənim fikrimcə Məmmədəli əliyev bu mahnının möhrünü vurub
@@novruzovatamam1855 mən də bu fikirdəyəm
Düzdür...
tesekkur edirem.cox teesuf indiki cavanlar bu musiqileri dinlemir...
Müthiş 🎉❤
ПРЕКРАСНЫЙ ГОЛОС 🙏💐
ЧУДЕСНАЯ МУЗЫКА 👍❤
Mənə görə bu əsəri ən yaxşı ifa edən Gülağa Məmmədovdur əvəzolunmaz ifa
Vədud Müəzzin və Məmmədəli Sail Əliyevin ifasında da dinləyin, əgər daha öncə dinləməmisinizsə... Gülağa Məmmədovda daxil, hər biri öz imzasını atıb zənnimcə...
Düz deyirsiz mən də belə düşünürəm
@@royamirzeli3609 amma Alim də çox gözəl oxuyur
@@xeyyamalper2997 Bəli, o da öz üslubunda başqa bir dad yaradır dinləyici üçün.
Alim Qasımovda gözəl ifa edib
Şerhsiz! 👍
mohteshem!!
Çox gözəl ifa!!!
Möhtəşəm..
Əla
Təkrarolunmaz ifa!
Такраролунмаз асар! 🇦🇿
Azərbaycan incəsənətinə gərbdə hələ ki layigincə giymət verilməyib... Səbəbi, məncə gərblilərin egaizmdir!
👍👍
Alim qasımov çox improvizasiyalar edir vua vui viuu edə edə kommentləri də yığışdırıb öz videosunun şərhlərindən❗ AMMA Gülaga Məmmədov ƏLA oxuyub öz damğasını vurub ❗
😊آفرین
İki qalayçı kənd-kənd gəzib qab qalaylayırmış.Onlardan biri işini tez qurtarır və o biri yoldaşından tez başqa kəndə yola düşür.Çöldə qoyun otaran çobana rast gəlir.Çoban onun qalayçı olduğunu öyrəndikdə,doğramac yemək üçün yanında saxladığı taxta tabağı qalayçıya verib onu qalaylamağı tələb edir.Qalayçı nə qədər etiraz edib söyləyirsə də,bir nəticə vermir.Nəhayət çobanın əlindən xilas olub qaçmaq istədikdə çoban onu tutur,boynunu qolları arasına salıb sıxmağa başlayır.Ağrının təsirindən ufuldayan və çobanın onu boğmaq istədiyini görən qalayçı əlacsız qalıb tabağı qalaylamağa razı olduğunu söyləyir.Çoban onun boynunu qolları arsından buraxır.Qalayçı karastılarını çıxarıb tabağı nişasta ilə sürtməyə başlayır.Bu zaman o biri qalayçı gəlib çıxır.Yoldaşından nə etdiyini soruşduqda,o ciddi tərzdə cavab verir:
-Görmürsən,tabağı qalaylayıram.
Yoldaşı soruşur:
-A kişi,dəli olmamısan ki,tabağı da qalaylamaq olar?
Birinci qalayçı bir dostuna,bir çobana əyri-əyri baxaraq deyir:
-Görünür,sənin boynun hələ qoltuq görməyib,əgər görsəydi,tabağı qalaylamağın mümkün olduğuna sən də şübhə etməzdin.
Məcburiyyət qarşısında qalaraq bir iş görən adamı əhvalatdan bixəbər başqa bir məzəmmət edirkən bu məsəldən istifadə olunur:başın hələ qoltuq görməyib
👍👍👍👍👍👍
No comment
🖤
Eşitdiyimə görə Fikrət Əmirov ifası var Qarabağ mucrusu ve ya incisi bunu eslinde ermeniler bu eserden oranjirovka ediblər... Bu barədə kimin daha dəqiq məlumatı var...
Mende bilmek istirem giren o Qarabag mahnisi budu ya yox Amma mence yox((((
O əsərin (Qarabağ inciləri) Fikrət Əmirova heç bir dəxli yoxdur. Fikrət Əmirovun oğlu Cəmil Ə. da bunu təsdiq edib. Əslində, həmin musiqiyə qulaq asanda hiss olunur ki, Əmirovun stilində deyil. 90cı illərin estetikasında orta səviyyəlli populyar kültür nümunəsidir. Əmirov isə klassik əsərlər yazırdı.
Sadəcə hansısa maymaq youtubeda F.Əmirov -Qarabağ inciləri adi ilə paylaşıb bizim bisavadlar da düşüb ortalığa