Yenə o bağ olaydı şeiri əslində kimə yazılıb?

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • ☪【A】【B】【U】【N】【Ə】 【OLUN】☪
    Sənə Maraqlıdırsanın bütün videolarını RUclips-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi: Richard Clayderman - A Comme Amour (Başqa versiya)
    ☪İfa: Yaşar Dəmirov
    ☪ Facebook səhifəmiz: www.facebook.c...
    ☪ Instagram səhifəmiz: / senan_demirli
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Sənə Maraqlıdırsa . Bütün Hüquqlar Qorunur © ® ™ ✔
    Yenə o bağ olaydı
    Yenə o bağ olaydı, yenə yığışaraq siz
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.
    Yenə o bağ olaydı, səni tez-tez görəydim,
    Qələmə söz verəydim.
    Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
    Yazaydım səhər axşam.
    Arzuya bax sevgilim, tellərindən incəmi?
    Söylə, ürəyincəmi?
    Yenə o bağ olaydı, yenə sizə gələydik,
    Danışaydıq, güləydik.
    Ürkək baxışlarınla ruhumu dindirəydin,
    Məni sevindirəydin.
    Gizli söhbət açaydıq, ruhun ehtiyacından.
    Qardaşından, bacından
    Çəkinərək çox zaman söhbəti dəyişəydin,
    Mənimlə əyişəydin.
    Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
    Sən, ey əsmər bənizli.
    Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
    Vay o qəlbə ki, boşdur!
    Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
    İnsanlar daha məsud.
    Duyğular daha incə, fikirlər daha dərin,
    Ürəklər daha sərin.
    İnsanların vüqarı, tələbi daha yüksək,
    Yolumuzdan daş, kəsək,
    Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
    Bu yaz, bir başqa yazdır!
    Yenə o bağ olaydı, yenə o qumlu sahil,
    Sular ötəydi dil-dil.
    Saçın kimi qıvrılan dalğalara dalaydım,
    Dalıb ilham alaydım.
    Əndamını həvəslə qucaqlarkən dalğalar,
    Qəlbimdə qasırğalar,
    Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
    Məni hirsim boğaydı.
    Cumub alaydım səni dalğaların əlindən,
    Yapışaydım belindən.
    Xəyalımız üzəydi sevda dənizlərində,
    Ləpələr üzərində.
    İlhamımın yelkəni, zərrin saçın olaydı,
    Sular xırçın olaydı.
    Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
    Gəlin baxın Xəzərə.
    Çıxalım Buzovnada kiçik qayalıqlara,
    Seyrə dalım bir ara...
    Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
    İşıqlar jalə kimi.
    Çilənib dağılarkən ətrafa damla-damla,
    Ən yaxın bir adamla.
    Nə gözəldir dinləmək suların nəğməsini,
    Təbiətin səsini!
    Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
    Bu sərin sahilləri!
    Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
    Aşıb-daşan duyğumuz.
    Şəklindəki sulara, baxaraq ləzzət almaq,
    Bu mavi şerə dalmaq.
    Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
    Bəzən hürküb çəkinmək.
    Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
    Bizim bu həyat kimi!
    Yenə o bağ olaydı sevdalar ölkəsində,
    O söyüd kölgəsində.
    İnci qumlar üstündə yenə verib baş-başa,
    Yayı vuraydıq başa.
    Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
    Dolu qədəhlər kimi.
    Yarpaqlar arasından uzadaraq əlini,
    Oxşayaraq telini.
    Gecələr darayaydı saçlarını ay gözəl!
    Sən gözəlsən, ay gözəl?
    Əllərində əllərim, gözlərində gözlərim...
    Asılaydı sözlərim
    Könlünün qulağından bir qızıl tana kimi,
    Günəş doğana kimi.
    Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
    Can-ciyər olacaqlar.
    Bir az da uzaqlara açacaqlar yelkəni,
    Ruh yeni, həyat yeni...
    Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
    Buludların fövqünə.
    Uçacaqlar sabaha, uçacaqlar yarına,
    Efir boşluqlarına.
    Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
    Bu insan oğlu bilsən.
    Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.
    Yenə o bağ olaydı, yenə yığışaraq siz,
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.
    Yenə o bağ olaydı, səni tez-tez görəydim.
    Qələmə söz verəydim.
    Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
    Yazaydım səhər-axşam.
    Arzuya bax, sevgilim, tellərindən incəmi?
    Söylə, ürəyincəmi?
    #yenəobağolaydı #yenəobağolaydlşeiri #YenəOBağOlaydı #MikayılMüşfiq #ArifəMəmmədxanlı #mikayılmüşfiq

Комментарии • 41

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  5 лет назад +5

    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni xeyirli, maraqlı videolar paylaşnda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH.*

  • @nurupasa4776
    @nurupasa4776 5 лет назад +27

    M.Müşvüqün heyatı da en az şeirleri qeder insanın qelbine toxunur.Şairin her bir misrası duyğu dolu ve axıcldır.Yene o bağ olaydı şeirine nefes veren ifaçıda şeirdeki duygunu bizlere çox gözel çatdırır.

  • @firuzememmedova9749
    @firuzememmedova9749 5 лет назад +15

    Super ifa... Ay Yaşar Dəmirov şeirə yeni can verdin əhsən sənə min yaşa....

  • @saidr1124
    @saidr1124 5 лет назад +22

    Şerin kimə yazıldığını bildikdən sonra mənə daha təsir etdi .Şeri ifa edən səsidə cox gözəldi.🙏👍

    • @saidr1124
      @saidr1124 5 лет назад +3

      Cox təsirlı həyat hekayəsidir hərgün qulaq asıram 🤔🤔🤔🙏🙏🙏🙏

    • @nihadnuru4795
      @nihadnuru4795 4 года назад +3

      Mənimdə tez rez dinlədiyim şerdir 👍👍👍

    • @huaweipsmart275
      @huaweipsmart275 4 года назад +1

      @@nihadnuru4795 mənimdə çox sevdiyim serdi 👍👍👍

  • @metanethuseyinova8158
    @metanethuseyinova8158 5 лет назад +11

    Allah rəhmət eləsin.ürəyində sevgisi gizli qalana yazığım gəlir.

  • @user-go5jb7ol5i
    @user-go5jb7ol5i 5 лет назад +12

    Şairi yaşamaĝa qoymadılar,Allah gözel şairlerimize rehmet elesin,qemlendim

  • @raderehimli6394
    @raderehimli6394 5 лет назад +17

    ŞEİRİN. SESLENMESİDE. ŞEİRE. YENİDEN. CAN. VERİR 👍👍👍👍

  • @xebermovqeyi
    @xebermovqeyi 5 лет назад +20

    Ugurlarin bol olsun gozel movzudur

  • @nihadaslan9018
    @nihadaslan9018 5 лет назад +14

    Bu payiz günündə də şeri dinləməyin bir ayri yeri var .Əməyinə sağlıq👍✌✌✌

  • @nihalmirzeliyev2629
    @nihalmirzeliyev2629 5 лет назад +14

    Şeirin səsləndirilməsi Yaşar Dəmirov möhtəşəm

    • @ctinhdf9746
      @ctinhdf9746 5 лет назад +2

      Şeir gözəldir amma səsləndirmə zəifdi

  • @huaweipsmart275
    @huaweipsmart275 4 года назад +5

    Hər gün qulaq asam bezmərəm bu şeirdən məlumat üçün çox sağ olun 👍👍👍🇦🇿

  • @DrAida-ih3ii
    @DrAida-ih3ii 5 лет назад +13

    Çox sevirəm bu şeiri💫

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 3 года назад +4

    Çox sağ olun maraqlı mə'lumata görə! Çox heyif ki,elə gözəl şairin həyatı çox faciəli olub. Heyif! Hər yerdə biz azərbaycanlılara düşmən kimi baxan, gərəkli, savadlı, say-seçmə insanlarımızı min bəhanə ilə aradan götürən, məhv edən ermənilər Müşviqimizində həyatına son qoyublar. Heyif!

  • @HGHG-hk4re
    @HGHG-hk4re 5 лет назад +9

    Daglimizdi Allah Rehmet elesin amin

  • @salamon7220
    @salamon7220 5 лет назад +6

    MARAQLI XEBERDI MENDE COXLARI KIMI HEYAT YOLDAWINA UNVALANDIGINI BILIRDIM

  • @aynuramammadova5661
    @aynuramammadova5661 5 лет назад +7

    Mikayil Mùwvig en sevdiyim wair.. heyati acinacagli insan..

  • @rusdam6377
    @rusdam6377 Месяц назад

    Həddindən artıq gözəl və mənalı şeyirdi❤

  • @agabeyhd1608
    @agabeyhd1608 5 лет назад +10

    Men destey oldum

  • @mrdamiroff5363
    @mrdamiroff5363 Год назад +2

    Sağol əmi 👍

  • @agabeyhd1608
    @agabeyhd1608 5 лет назад +10

    Salam ugurlar size

  • @agabeyhd1608
    @agabeyhd1608 5 лет назад +10

    👏👍👉👍👍

  • @senanayiboganli2595
    @senanayiboganli2595 5 лет назад +6

    Gözel mövzudu

  • @raderehimli6394
    @raderehimli6394 5 лет назад +13

    MARAQLI MELUMATDIR. BUNU. COXLARI. BİLMİRDİ. DEYİREMDA. SENE. MARAQLIDIRSA. KANALI. ARXİF. KANALIDIR. HELE. NELER. NELER. GELECEK. BU. KANALDAN. 👍👍👍👍

  • @user-mi2ko3pm8y
    @user-mi2ko3pm8y Год назад +1

    Ola biler cunki bildiyim qederiyle dilber xanimin ailesi genceden olduqu ucun arife xanimgilin baqi ola biler

  • @nihadnuru4795
    @nihadnuru4795 4 года назад +6

    Demək həyat yoldaşina yazilmayib 🤔🤔🤔

  • @reshadmemmedov1344
    @reshadmemmedov1344 5 лет назад +6

    Elbetki cox sevdiyim wair oz heyat yoldawi Dilber xanima hesr edib

    • @sefeqqdrl5402
      @sefeqqdrl5402 4 года назад +3

      Yox Arife Memmedxanliya hesr edib.

  • @kemalememmedova1495
    @kemalememmedova1495 2 месяца назад

    Burda ne var cox insanin ureyinde sevgisi olur

  • @aidetagiyeva2235
    @aidetagiyeva2235 Год назад +3

    Evli bir adamın basqa qadina yazdığı esq seiri birde bu seiri oxuya bileceyimi duşunmurem

  • @metanetnadirova748
    @metanetnadirova748 2 месяца назад

    Bu yalniş fikirdi, Müşfig yalniz Dilbər xanıma həsr edib❤

  • @sedanuriyeva8123
    @sedanuriyeva8123 3 года назад +3

    МЕКАНЫН ЧЕННЕТ ОЛСУН 2021 ШАИР ГЕЛБИ ХЕМИШЕ КОЗЕЛИК АХТАРЫР ШАИР УРЕЙИ ЧАГЛАЙЫБ МУШФИГИН М

  • @kemalememmedova1495
    @kemalememmedova1495 10 месяцев назад +1

    Burda ne var saf mehebbet onda kiymetli ne ola biler

  • @ismayilliismayilli1207
    @ismayilliismayilli1207 5 лет назад +3

    Repressiya ilə bağlı bir kitabda oxumuşdum bu məlumatı.kitabın adı Ağ ləkələr silinir.amma Arifə Məmmədxanlıya yazıldığı tam açıqlanmır

  • @rafaelakhundzada5724
    @rafaelakhundzada5724 9 месяцев назад +1

    Bu şeiri inanmıram Müşfiq Dilbərdən başqasına yaza.