Əliağa Vahid - Oldu (Qəzəl)

Поделиться
HTML-код
  • Опубликовано: 24 июл 2015
  • Söyləyir - İslam Rzayev
    Ey gül səni hər kimki sevdi bəxtəvər oldu,
    Eşqində bir ancaq mənim ömrüm hədər oldu...
    Kim sevdi qara zülfünü ağ günlərə çıxdı,
    Tale mənə yar olmadı bir dərdi-sər oldu.
    Mən ağladım öz halıma biganə sevindi,
    Şükr eylə ki mən qaldım o məndən betər oldu...
    Kuyində mənə zülm eləyəndən biri qalmıb,
    Ahım odu yandırdı hamı dərbədər oldu.
    Yıxmaqdı məni məqsədi namərd rəqibin,
    Bar vemədi məqsudi bütün bisəmər oldu.
    Ayrılmaz idik bir-birimizdən aramızda,
    Göz dəydi bizə bəlkə də bir bədnəzər oldu.
    Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdi
    Hər kim vətənin sevdi o əhli-hünər oldu.
    Vəhşiliyə namərdliyə nadanlığa nifrət,
    Insanliq ilə ömr eləyən bəxtəvər oldu.
    Səndən sora Vahid ayıq ol qoy deməsinlər,
    Dünyaya gəlib getdi heyif bixəbər oldu.
    Abunə olaraq ən gözəl qəzəlləri və musiqiləri dinləyə bilərsiniz.
    Facebook Səhifəmiz: / 207122586112633
  • ВидеоклипыВидеоклипы

Комментарии • 8

  • @arzumustafayev2106
    @arzumustafayev2106 2 года назад +3

    Deyerdim ehli qelem Vahid ,ehf ederse meni, Böyük Füzulimizin yadigari , men özümem!!!!!!!!!!!Allah her Iki senetkara rehmet elesin.Amin.

  • @elhamrefiyev951
    @elhamrefiyev951 Год назад +3

    Nə gözəl aydın oxuyur.Hanı belə xanəndələr.Ruhu şad olsun

  • @vidadividadi8537
    @vidadividadi8537 4 года назад +2

    ALLAH rəhmət eləsin hər ikisinə

  • @user-iw4pq6kk5z
    @user-iw4pq6kk5z Год назад +1

    easha👏👏👏👏

  • @poladhsnli8843
    @poladhsnli8843 3 года назад +2

    👍

  • @soltanhuseyinov9979
    @soltanhuseyinov9979 Месяц назад

    ❤🌹🌹🌹🌹🌙

  • @oricelioruceli6847
    @oricelioruceli6847 3 года назад +1

    Esq zencirine Vahid de giriftar oldu Guya azmis biri de artdi bu divanemizin

  • @vahidquliyev1180
    @vahidquliyev1180 3 года назад +1

    İndi bildim ki,köhnə kişilərdənsən