MİNGƏÇEVİR ŞƏHƏR STADİONU BƏRPA OLUNUR

Поделиться
HTML-код
  • Опубликовано: 28 авг 2024
  • #mingəçevir #stadion #yaşarməmmədzadə
    Yeni mövsümdən “Mingəçevir” FK futbol üzrə ölkə birinciliyinin birinci dəstəsində mübarizə aparacaq. Keçmişdən bu günə “Ulduz”, “Toxucu”, “Avtomobilçi”, “Kür-Nur”, “Energetik” adları altında müxtəlif liqalarda çıxış edərək uğurlar qazanan Mingəçevir futbol məktəbinin yetirmələri, nəhayət zəngin futbol ənənələrini davam etdirmək fürsəti qazanıb. Təxminən bir ay sonra birinci dəstədə mövsümə start veriləcək. O zamana kimi 5200 yerlik Yaşar Məmmədzadə adına şəhər stadionu əsaslı şəkildə təmir olunaraq tamaşaçıların və klubun istifadəsinə verilməlidir. Hazırda stadionda geniş miqyaslı təmir işləri aparılır.Mövsüm başlayana qədər tribuna, soyunub-geyinmə otaqları, oturacaqlar və digər sahələrdə təmir işlərinin yekunlaşması nəzərdə tutulub. Onu da qeyd edək ki,Avqust ayında stadionun ətrafında süni örtüklü meydança quraşdırılacaq.Bunu Klubun İdarə heyətinin rəhbəri Rövşən Əhmədov bildirib.Qeyd edək ki, “Mingəçevir” futbol klubu, sözü gedən arenada məşqlərə başlayıb. Klubda həm yerli, həm də digər bölgələrdən dəvət olunan futbolçulara baxış keçirilir. Onlar arasında seçim edildikdən sonra komanda qarşıdakı günlərdə yoldaşlıq oyunlarında da qüvvəsini sınayacaq.

Комментарии •