Ucar çöllərində yetişdirdikləri bitkilər həbslərinə səbəb oldu - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 12 окт 2024
  • #APATV #ucar #DİN #əməkdaş #Bərgüşad #Göyçay #həbs #çətənə #həbs #araşdırma #polis #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayonun Təzə Şilyan kəndi ərazisində yerləşən çöllük ərazidə narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
    Gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Bərgüşad kənd sakini Əmiraslan Məcidli və onun qohumu, Göyçay rayonunun Cəyirli kənd sakini Tural Məcidov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” yaxalanıblar. Bu zaman hər iki şəxs məsuliyyətdən yayınmaq üçün həmin ərazidən qaçmağa cəhd etsələr də onların bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
    Həmin əraziyə keçirilən baxış zamanı isə yaş çəkisi 58 kiloqrama yaxın olan 54 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
    Aşkar olunan faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, Əmiraslan Məcidli və Tural Məcidov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 6