Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevrilir

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Müasir dünya iqtisadiyyatının spesifik modeli sayılan azad iqtisadi zonaların yaradılması getdikcə sürətlənir. Azad iqtisadi zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir.
    Belə zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Bununla yanaşı, həmin zonalar ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafı, mühüm iqtisadi məsələlərin həlli, strateji proqram və layihələrin reallaşdırılması baxımından xüsusi önəm daşıyır.
    Xatırladaq ki, ilk xüsusi iqtisadi zonalar ötən əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən, hazırda planetimizin 130 ölkəsində 4 mindən çox xüsusi iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır.
    Azad bazar iqtisadi münasibətlərinin formalaşdığı Azərbaycanda da bu məsələ getdikcə aktuallığını artırır. Ölkəmizdə bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində belə zonaların yaradılmasının mühüm iqtisadi əhəmiyyəti vardır.
    2023-cü il iyunun 9-da ölkəmizdə ilk azad iqtisadi zona olan Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi istifadəyə verilib. Azərbaycanın iqtisadi həyatı üçün son dərəcə əlamətdar hadisə sayılan bu tədbirdə Prezident İlham Əliyevin iştirakı isə ölkəmizdə iqtisadi inkişafa göstərilən dövlət qayğısının bariz nümunəsi kimi diqqət çəkir. Təsadüfi deyil ki, Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməli kimi dəyərləndirilir.
    Xatırladaq ki, 850 hektar ərazini əhatə edən Ələt Azad İqtisadi Zonasının ilkin inkişaf mərhələsi çərçivəsində “Zona-1” ərazisi olaraq 60 hektar sahədə bir sıra işlər görülüb. Artıq investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün hazır vəziyyətə gətirilib. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin lazımi mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona-1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, eləcə də gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.
    Ələt Azad İqtisadi Zonasının ərazisində ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzi yaradılıb.
    Növbəti mərhələ çərçivəsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri, eləcə də 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün nəzərdə tutulmuş hissələrdə layihələndirmə işləri davam edir. Yaxın vaxtlarda isə 138 hektar sahədə torpaq işlərinə başlanılması planlaşdırılır.
    Azad iqtisadi zonada investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyindən vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar. Burada idxal və ixrac əməliyyatlarına gömrük rüsumları və vergilər, habelə aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Bununla yanaşı, yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişlərinin könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıması, əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyətin qoyulmaması, xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbinin olmaması, valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında hər hansı bir məhdudiyyətin nəzərdə tutulmaması da həmin imtiyazlar sırasındadır.
    Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz adlandırılan - Transxəzər beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkəmizin strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası xeyli sürətlənəcək.

Комментарии • 12

  • @alsuaydn9404
    @alsuaydn9404 Год назад

    Xeyirli uğurlu olsun. Azərbaycan hər sahədə inkişaf edir.

  • @imrannagiev2519
    @imrannagiev2519 Год назад

    Xeyirli ugurlu olsun

  • @kamaleabbaszade5945
    @kamaleabbaszade5945 Год назад

    Xeyirli uğurlu olsun

  • @azerallalhverdiyev6622
    @azerallalhverdiyev6622 Год назад

    Xeyirli olsun

  • @yunusibrahimov7939
    @yunusibrahimov7939 Год назад

    əla

  • @jalesasamedova2421
    @jalesasamedova2421 Год назад

    xeyirli olsun

  • @alifateh8902
    @alifateh8902 Год назад

    Həqiqətən azad iqtisadi zonaların bəzi ölkələrdə açılması onların iqtisadi sıçrayışına və sürətli inkişafina təkan verdi. Bunlardan ən uğurlusu isə gündən günə genişlənən və inkişaf edəni Birləşmiş ərəb əmirlikləridir . Ümid edirik ki, bu mexanizmin yaradılması bizim ölkəmizə də böyük dividentlər gətirəcək, yeni iş yerləri açılacaq. Xeyirli olsun.

  • @faiqatesli3248
    @faiqatesli3248 Год назад

    Logistik cəhətdən regionda çox ugurlu yer tutan Azərbaycana belə azad iqtisadi zonalar böyük dividentlər gətirə bilər. Yaxın zamanlarda , xüsusən də Zəngəzr dəhlizi açıldıqdan sonra ,Azərbaycan həm də logistik XAB vəziyyətinə gələcək və xətlər üzərində yaradılacaq belə yerlər də investorlar üçün çox cəlbedici olacaq.

  • @emilaxundov8717
    @emilaxundov8717 Год назад

    Xeyirli və uğurlu olsun. 44 günlük müharibədən sonra xüsusi ilə də cənab prezidentin apardığı siyasət illər öncəyə hesablanmış addımlar nəhayət ki, öz bəhrəsini verməyə başladı. Azərbaycan geosiyasi yerləşməsi baxımından çox önəmli bir coğrafi məkandır.

  • @cavidabbaszade2846
    @cavidabbaszade2846 Год назад

    Xeyirli olsun

  • @sevdahuseynova5507
    @sevdahuseynova5507 Год назад

    xeyirli olsun