Bakıda klassik avtomobillərin yürüşündən görüntü

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Bakıda klassik avtomobillərin yürüşündən görüntü
    Azərbaycan Avtomobil Federasiyası və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
    Bu avtomobillər yürüş üçün Avtomobil Federasiyasında qeydiyyat keçən və Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş etdirilən nəqliyyat vasitələri olub.
    Heydər Əliyev Mərkəzinin qarşısından start götürən klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş ediblər. Yürüşə 1983-cü ilədək istehsal olunan nəqliyyat vasitələri qatılıb. Əvvəlcə klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.
    Artıq ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər birinin olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.
    Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarında nostalji hisslər yaradaraq keçmişə səyahət hissi bəxş edib.
    Maşın karvanında qeyri-adi avtomobillər də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz QAZ-M21 “Volqa” avtomobili üzərində edilib. Yürüşdə iştirak edən bu maşın görünüş etibarilə avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.
    50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada sərgisi olub. Məkanda müxtəlif təqdimatlar və əyləncələrin keçirildiyi sponsorlar zonası da təşkil edilib.
    Tamaşaçılara həmçinin tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edilib. Konsertdə sevilən müğənnilər Aisel, Cin, Dilarə Kazımova, Nigar Camalzadə, Emin, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər.
    Abunə ol ☛ / @bakutv
    • QARABAĞ XRONİKASI
    • ARZUNUN VAXTI
    • SONUNCU ŞAHİD
    Bakıda klassik avtomobillərin yürüşündən görüntü
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #HeydərƏliyevMərkəzi #avtosərgi #retroavtomobillər #klassikavtomobillər #avtomobillərinyürüşü #avtomobilsərgisi #trend #sondəqiqə #keşfet #sondeqiqe #sonxeberler #gündəm #sonxəbərlər

Комментарии • 1

  • @jdjsbf
    @jdjsbf Год назад +1

    #RetroMaşınlar🇦🇿