“Bilik Günü”nə həsr edilmiş videoçarxı təqdim edir.
HTML-код
- Опубликовано: 8 фев 2025
- Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 15 Sentyabr - Bilik Günü münasibətilə bütün müəllimləri, şagirdləri və valideynləri təbrik edir, onlara “Bilik Günü”nə həsr edilmiş videoçarxı təqdim edir.
Videoçarxda gənc istedadlar: Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin 7-ci sinif şagirdi Cəmil Səbizadə və 9-cu sinif şagirdi Əbdüləli Hüseynli dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” (1913), “O olmasın, bu olsun” (1910) operettalarından, Qara Qarayevin “İldırımlı yollarla” (1958) baletindən, Tofiq Quliyevin “Qaytağı” əsərindən (1984) Fikrət Əmirovun “1001 gecə” baletindən, Arif Məlikovun “Skertso” əsərindən (1962), Polad Bülbüloğlunun “Uşaqlığın son gecəsi” kinofilminə bəstələdiyi “Gəl, ey səhər” mahnısından (1968), Vaqif Mustafazadənin “Mart” əsərindən (1975), Fərhad Bədəlbəyli “Dəniz” əsərindən (1977) fraqmentləri ifa ediblər.