Это видео недоступно.
Сожалеем об этом.

Ramiz Rövşən - Səni sənsiz sevmək - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 1 авг 2024
  • #kamranmyunis #kamranyunis #ramizrövşən #eminsabitoğlu
    #şeirlər #poeziyateatrı #sevgişeirləri #şiirler #poeziya
    Ramiz Rövşən - Səni sənsiz sevmək
    Bəstəkar - Emin Sabitoğlu - "Özgə ömür" filmindən musiqi
    Səni sənsiz sevmək daha asandı,
    Ən isti yataqda sənsiz üşümək,
    Səni arzulamaq, səni düşünmək,
    Səni sənsiz sevmək daha asandı.
    Bəs səni özünlə sevmək necədi?
    Nazınla, sözünlə, umu-küsünlə,
    Çatılmış qaşınla, ağlar gözünlə,
    Turşumuş üzünlə sevmək necədi?
    Hərdən səndən bezib, günlər uzunu
    Səni küsdürərək sevmək necədi?
    Sonra bir öpüşlə yumub ağzını,
    Səni susduraraq sevmək necədi?
    Sənsiz lap darıxıb, görəndə yenə
    Dalaşa-dalaşa sevmək necədi?
    Qəflətən qollarım sənin belinə
    Dolaşa-dolaşa sevmək necədi?
    "Səni sənsiz sevmək" boş sözdü,
    boş söz,
    Korun gözündəki eynək kimidi.
    Səni sənsiz sevmək-
    gülü ətirsiz,
    Çırağı işıqsız sevmək kimidi.

Комментарии • 23

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 месяца назад +2

    Hər zamanınız hüzur içində olsun dəyərli sənətkar...

  • @yeganemustafayeva8939
    @yeganemustafayeva8939 2 месяца назад +3

    Sevmək ən gözəl duyğudur...

  • @fatmahasanova1858
    @fatmahasanova1858 2 месяца назад +2

    Sizə və bu şeri mənə göndərən oğlana təşəkkür edirəm

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 месяца назад +2

    Ramiz Rövşən
    Kamran Bəy
    Möhtəşəmliyi
    Var olun...

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 2 месяца назад +3

    çox gözəldi...çox...

  • @Aza_Aziz
    @Aza_Aziz 2 месяца назад +2

    Necə də gözəl şeirdir... Çox sağ olun Kamran bəy 💐

  • @sevincazadl1849
    @sevincazadl1849 2 месяца назад +1

    Gözəl ruhların vəhdətinə eşq olsun 👏👏

  • @raulagayev1657
    @raulagayev1657 2 месяца назад +2

    🙏🙏

  • @lolaazeri3917
    @lolaazeri3917 2 месяца назад +1

    Mükəmməl!
    Var olun.

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 2 месяца назад +2

    👍🎧

  • @elzaasgarovapasayeva5296
    @elzaasgarovapasayeva5296 2 месяца назад +2

    👏🏻💙

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 месяца назад +1

    Əsrarəngiz səsin sehri

  • @elmarammmdova882
    @elmarammmdova882 2 месяца назад +2

    Axşamınız xeyir,dəyərli sənətçi.Təşəkkürlər.

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 2 месяца назад +2

    Təşəkkürlər .

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 месяца назад +2

    Her vaxtınız xeyir deyerli sebetkar

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 2 месяца назад +2

    Səsinizə qüvvət, dəyərli Ustadımız.
    Sevərkən "niyə sevirik?" bilmirik ki, onlunla, ya onsuz qəlbə söz anlatmaq olmur ki..
    Beyin də işə qarışsa, üzüqara mübahisədən geri qayıdır, qəlb dediyindən dönmür ki..

  • @renaahmedova6240
    @renaahmedova6240 2 месяца назад +4

    Əhsən super 👍👍👏👏👏

  • @cickyags4191
    @cickyags4191 2 месяца назад +4

    Yazan əllər, söyləyən dilə, səsə min sağlıqlar! 👏👏👏
    🌹🌹🌹🌹🌹👏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 месяца назад +4

    Hər vaxtınız xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +2

    Bəh!Bəh! Möhtəşəm!" Dalaşa,_ dalaşa sevmək' sevgi deyil!,Bu həyat tərzidir!Nə vaxtsa sevib,sonra da səhv elədiyini bilib...məcburən bir yerdə nəyinsə xatirinə yaşa maq deməkdir!Şeirden çox Kamran bəyin özündən gələn müsbət enerjidən bəhrələndik!Üz gözündən nur yağırdi,sanki!Adama ağ rəng necə gözəl yaraşarmiş!Lap o nağıllardakı müdrik qocalara bənzədi!Maşallah olsun!🧿(Aşıq gördüyünü çağıran kimi,mən də gördüyümü yazdım!👍)💯🤲😊

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +2

    Salamlar! Bilmirəm Ramiz müəllim bu şeiri hansı yaşda yazıb?Mənə bu çox maraqlıdır!Sevmək gənc lərə aiddir!Bizə yox!Bizim üçün sevgi bir gənclik xatirəsindən başqa heç nə deyil!Kamran bəy də elə dedi ki...biz indi gedib kimi tapıb sevək???Kişi olsaydıq,yenə birinə baxıb vurulardiq!Bir könüldən min könülə aşiq olardıq! Gündüz leri gözümüz hər yanda onu axtarardi,geceleri də onun xəyalı ilə danışardıq!Yuxumuzda görməyi arzulayardiq! Lakin heç vaxt görməzdik!"Xəyallar gerçək olsaydı???😞Mən hər dəfə demişəm, bu sevgi məsələsi mənlik deyil! Təəssüf!Məni seviblər,mən sevməmişəm!Ona görə də bu haqda təsəvvür um yoxdur!😞(Mənə elə gəlir ki,Kamran bəy bu şeiri gənclər üçün seçib və ...gözəl də ifa etdi! Çünki özü də gəncdir! Təşəkkürlər!👏👍🙏🌹)

  • @useruser5401
    @useruser5401 2 месяца назад +1

    🙏