Esmira Mehiqızı - söz niyə bu qədər ağrıyır, bacı - Kamran M. YuniS
HTML-код
- Опубликовано: 8 сен 2024
- #esmiramehiqızı #kamranyunis #eminsabitoğlu #şeirlər
#poeziyateatrı #şiirler #kamranmyunis
Esmira Mehiqızı - söz niyə bu qədər ağrıyır, bacı
Bəstəkar - Emin Sabitoğlu - Dörd bazar günü
ev niyə bu qədər ovulur nəmdən,
dərd niyə bir belə çoxalır, bitmir.
hər yana yol gedir ayrılıqlardan
amma uşaqlığa bir yol da getmir
bəs yollar hayana uzanıb gedir,
yağış da elə heyy.. yağır da, kəsmir.
gəlmir o günlərdən, haçandı.. gəlmir
əsmir, o küləkdən.. haçandı, əsmir
gün nədən bu qədər soyuqdu, nəmdi,
havalar da qızmır,
sazaqdı.. sazaq.
kimi çağırdımsa.. hay da vermədi
nəyi istədimsə uzaqdı.. uzaq
yaz niyə bu qədər qışa bənzəyir
qış axı, bəs niyə yaza bənzəmir.
baxdığın güzgülər dəyişib indi
biri də o dəli qıza bənzəmir.
bilmirsən, bu evin daşı, divarı..
nədəndi.. bir belə ağlayır, bacı.
mən heç e..
onsuz da mən ağrıyıram-
söz niyə bu qədər ağrıyır, bacı.
Ürəyiniz Ruhunuz Var olsun Usdad
Var olun.🙏
Hər zamanınız xeyirli olsun Dəyərli sənətkar.
Esmira xanım, Kamran bəy var olun hər ikiniz.
Esmira Mehigizi
Kamran. M. Yunis
Tesekkurler. 💙💙
Möhtəşəm ağziniza sağlıq
Kamran bəy🙏🏻🙏🏻
Çox gözəl ifa etmisiz dahi insan.Sizə qurban olum.Ruhuma oxşayırsız.Kaş məndə uşaq olardım.Hər şeydən uzaq.
Var olun sənətkar
Dərd niyə bir belə çoxalır, bitmir......🥺😢
Axşamınız xeyir Ustad,
İndicə atv də Sizi dinləyirəm,
Həmişəki kimi mükəmməl.....👏👏👏👏👏👏👏👏
Doğrudanda, dünya heç kimin..........
Nə gozəl..
Axşamınız xeyir Kamran müəllim səsinizə sağlık teşekkürler üstadımız
İnsanlar niyə bu qədər qışa bənzəyir?!...
Biz sizi daima izleyirik ve izleyeceyikde
Gecəniz xeyir olsun Sevimli Sənətkarımız!🙏
SABAHLARINIZ XEYIR OLSUN USTAD..
MOHTEWEM MOHTEWEM
SOZ YIYESI TANRI QORUSUN SIZI 🤲
SES YIYESI,RUHUMUZA ILAC SENET SERKERDEMIZ 🙏
VAR OLUN 🤲
Yağış da elə heyy..yağır da kəsmir.💐
Cox kövrəlmiş em yene bu axsam
🎧👍👍👍
Təbriklər! 💐💐💐💐💐
@@cickyags4191 çox sağ olun.elerinizden öpürem Anam💋
@@nezaketletifova1118 SİZ sağ olun! Əl öpənləriniz çox olsun! 🙏😘
🥺🥺🥺
Sizinçün çox darıxıram qatdaş🥺
8 👍🎧
Her yere yol gedir ayriliglardan…amma ushagliga bir yolda getmir.
Ichimden derin bir ah chekmek geldi…
Yaz niyə bu qədər qışa bənzəyir,... 💐
💐6💐
Baxdığım güzgülər dəyişib indi. Biri də o dəli qıza bənzəmir....
Sabahlarımız xeyirliyə açılsın, İNŞALLAH!
Tam bu günlə səsləşən sözlər və bu səsləşməni insanın ruhuna hopduran ecazkar bir səs.Var olasız.
Yerinə düşdu..... Var olun!
Gün nədə bu qədər soyuqdu, nəmdi ......
Havalar da qızmır, sazaqdı..sazaq.😔
@@yeganequliyeva664 😔😔
😔😔😔
Çox sağ ol dəyərli sənətçimiz .Xeyirli səhərlər .
Geçeniź xeyir olsun,USTAD! Yeni gününüz uqurlu olsun,inşaallah!
Amin! Allah🙏
Derd niye bir bele coxalir,bitmir
🌹5🌹
Yeganem men ilk idim☺️
@@nezaketletifova1118 Təbriklər💐👏
@@nezaketletifova1118 Gəl indi BACI ilk olmasın!👍🌹
@@nezaketletifova1118 Həmişəki kimi birincilik savaşı🥰👍
Təbrik edirəm Nazı💐👏
@@zemfirababayeva4926 MaşAllah olsun hamı burdaymış ki👍🌹
Yaz niyə bu qədər qışa bənzəyir?!
71👍
😪😪😪
Gecəniz xeyir ƏZİZ SƏNƏTKARIMIZ!
Kama salam.sende şeir gözleyirdin ki dinleyib sonra yatasan?
Zema xanimda oyaq idi bayaq.
@@nezaketletifova1118 Salam əzizim💐bəli👍
@@nezaketletifova1118 Bildiriş ücün sağ ol əzizimiz.♥️💐
@@zemfirababayeva4926 canim menim.hamimiz oyaq qalib şeirimizi gözleyirdik.
Kimi çağırdımsa "hay" da vermədi...
Bu aktyora qarwl cox boyuk hormetim var