Şəki Dövlət Dram Teatrı. Səməd Vurğunun "Vaqif" Pyesinin Motivləri Əsasında. (2016)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Şəki Dövlət Dram Teatrı. Azərbaycanın görkəmli şairi Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlandığı tamaşaya Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Rejissor Mərdan Feyzullayev quruluş verib.Tamaşanın “Vaqif” dramının motivləri əsasında ssenari müəllifi Vaqif Aslan, rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur.
    Tamaşada rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə,İqrar Salamov həmçinin teatrın aktyorları Akif Yusifov, Rəhim Qocayev və başqaları ifa edir.
    S. Vurğun "Vaqif". (Pyesin motivləri əsasında mənzum dram)
    Ssenari müəllifləri - Vaqif Aslan
    Mərdan Feyzullayev
    Quruluşçu rejissor - Mərdan Feyzullayev
    Rəssamlar - Qüdrət Məmmədov
    Aleksandr Krupenin
    Geyim üzrə rəssam - Elman Rəşidov
    Rollarda:
    1. Vaqif - Əbülfət Salahov
    2. Qacar _ Xanlar Həşimzadə
    3. Vəzir Mirzə Şəfi - Aydın Əlibalayev
    4. Vidadi - İlyas Əsədov
    5. Məhəmməd bəy - Rəhim Qocayev
    6. Təlxək - İqrar Salamov
    7. Əli bəy - Orxan Həmidli
    8. İbrahim Xan - Akif Yusifov
    9. Sadiq bəy - Çingiz Novruzəliyev
    10. Səfərəli bəy - Pərviz İsmayılov
    11. I maska - İlkin Rüstəmov
    12. II maska - Fərahim Fətəliyev
    13. III maska - Qurban Rəsulov
    14. IV maska - Elvin Mabudov
    İlk tamaşa: 12 mart 2016-cı il.

Комментарии • 44