Alim qasımov - "Səttarxan" ("Aypara" caz-folklor ansamblı) söz: Aşıq Hüseyn Cavan musiqi: Vaqif Gərayzadə Mənbə: Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası (üçüncü cild), Bakı, "Elm", 1988 (Səttarxan dastanı, "Səttarxana ithaf", səhifə: 522 / müəllif: Aşıq Hüseyn Cavan) ruclips.net/video/M3xsdI5KbDo/видео.html Mətn: Azər ölkəsinin qəhrəman oğlu, Azadlıq yolunun qurbanı oldun, And içdin vətənə igid Səttarxan, Vətənin imanı, ilqarı oldun. Sən oldun sərkərdə Azərbaycana, Azadlıq yolunda durdun mərdana, Quduz cəlladları boyadın qana, Öz ana yurdunun soltanı oldun. Şairlər şəninə yazır dastanı, Fərman tərif edir səntək aslanı, Sən əkmisən bizə bu gülüstanı, Gözəl gülşənlərin bağbanı oldun.
Alim qasımov - "Səttarxan"
("Aypara" caz-folklor ansamblı)
söz: Aşıq Hüseyn Cavan
musiqi: Vaqif Gərayzadə
Mənbə:
Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası (üçüncü cild), Bakı, "Elm", 1988
(Səttarxan dastanı, "Səttarxana ithaf", səhifə: 522 / müəllif: Aşıq Hüseyn Cavan)
ruclips.net/video/M3xsdI5KbDo/видео.html
Mətn:
Azər ölkəsinin qəhrəman oğlu,
Azadlıq yolunun qurbanı oldun,
And içdin vətənə igid Səttarxan,
Vətənin imanı, ilqarı oldun.
Sən oldun sərkərdə Azərbaycana,
Azadlıq yolunda durdun mərdana,
Quduz cəlladları boyadın qana,
Öz ana yurdunun soltanı oldun.
Şairlər şəninə yazır dastanı,
Fərman tərif edir səntək aslanı,
Sən əkmisən bizə bu gülüstanı,
Gözəl gülşənlərin bağbanı oldun.
Aparıcı imkan vermirki qonaqlar fikrini bitirsin, verlişin adı "Aparıcının divanı" olmalıydı.