NƏ TEZ KEÇDİNİZ AY İLLƏR...

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 5

  • @kitablaralmi177
    @kitablaralmi177  9 месяцев назад +3

    Uşaqlığımın keçdiyi gözəl ÇİNARLI qəsəbəsi...

  • @ruqeyyahesenli7350
    @ruqeyyahesenli7350 9 месяцев назад

    Menim sizinle kecirdiyim usaqliq illerim gozel idi muellimim😢❤

  • @eskermaksimov
    @eskermaksimov 9 месяцев назад

    Bura haradi bilmey olar gozeldi

    • @kitablaralmi177
      @kitablaralmi177  9 месяцев назад +1

      Şəmkir rayonu Çinarlı qəsəbəsi

  • @sadighemzeyev7046
    @sadighemzeyev7046 9 месяцев назад

    O vaxt dünya daha gözəl
    Daha da işıqlı idı
    Uçuq sökük məktəbim də
    O vaxt daha qəşəng idi
    Daha yaraşıqlı idi
    O vaxt sumkam çox gözəldi
    Dəftərlərim daha qəşəng
    Kitablarım çox qəşəngdi
    Qələmlərim vardı rəng-rəng
    O vaxt donum çox gözəldi
    Çox yaraşırdı əynimə
    O vaxt qoşa hörüklərim
    Çox yaraşırdı çiynimə
    O vaxt nənəmin əlləri
    Sığal çəkərdi başıma
    O vaxt necə güvənərdim
    Məndən böyük qardaşıma
    Anam çox gözəl olurdu
    Qayğılı üzü güləndə
    Atamdan çox çəkinərdim
    Evə dörd alıb gələndə
    Yaraşıqlı dayılarım
    Bir də xalalarım vardı
    O vaxt evi yandırmışdım
    Cəzadan bacım qurtardı
    O vaxt necə qorxmuşdular
    Mən arxa düşmüşəm deyə
    Küsdüyümü anlayanda
    Dayım qoymadı döyməyə
    Mən hamıdan kiçik idim
    Qarışdırardım dünyanı
    Sonra qaçıb gizlənərdim
    Bir də görərdim ki hamı
    Axtarır bəs bu qız hanı
    Yaman kitab sevən idim
    Hey xəlvətcə oxuyardım
    Xəyalımda arzulardan
    Əlvan çələng toxuyardım
    O vaxt günəş bol işıqlı
    Küçələr də çox genişdi
    O vaxt gözəl olan hər şey
    Yox olubdu bu nə işdi
    Nə tez keçdiniz ay illər
    Ovcumda tozunuz qaldı
    Yanağımda göz yaşları
    Saçımda iziniz qaldı